Pakistan yeni prezidentini seçdi
Tarix: 30.07.2013 | Saat: 22:44:00 | E-mail | Çapa göndər


Pakistanda prezident seçkiləri keçirilib. Ölkə konstitusiyasına əsasən, dövlət başçısı parlamentin hər iki palatasının - Milli Məclisin və Senatın deputatlarının, habelə ölkədəki dörd əyalətin hər birinin (Belucistan, Pəncab, Sind və Xayber-Paxtunxva) qanunverici məclislərinin nümayəndələrinin daxil olduğu seçkiçilər kollegiyası tərəfindən seçilir.
Pakistanın siyasi sistemində prezident müəyyən mənada
nominal simadır.

Bu onunla bağlıdır ki, 2010-cu ildə konstitusiyaya 18-ci düzəliş qəbul ediləndən sonra ölkədə bütün hakimiyyət baş nazirin əlində cəmləşib. Baş nazir vəzifəsinə parlament seçkilərində qalib gəlmiş partiyanın nümayəndəsi təyin edilir. Budəfəki seçkilərdə qələbəyə əsas iddiaçı hakim Pakistan Müsəlman Liqası Partiyasından (Nəvaz Şərifin fraksiyasından) namizəd Məmnun Hüseyn heesab olunurdu. O, tanınmış biznesmen və Sind əyalətinin keçmiş qubernatorudur. Bu ilin mart ayında parlament seçkilərində qalib gəlmiş Nəvaz Şərifin partiyası federal və əyalət parlamentlərində səslərin əksəriyyətini qazandığını nəzərə alanda, Pakistanın növbəti prezidentinin də hakim partiyanın namizədi Məmnun Hüseyn olacağına şübhə edənlər çox az idi.
Prezident seçkiləri ilə əlaqədar paytaxt İslamabadda terror aktları ehtimal edildiyinə görə, təhlükəsizlik tədbirləri gücləndirilibr. Şəhərdə gücləndirilmiş polis bölmələri dislokasiya olunub. lkin nəticələrə görə, mayda keçirilən parlament seçkilərində qalib gələn “Pakistan Müsəlmanlar Liqası” partiyasının namizədi Məmnun Hüseyn seçkilərdə qalib gəlib. Belə ki, Milli Assambleyanın 277 üzvü M.Hüseynin lehinə səs verib. Seçkilərdə onun əsas rəqibi müxalifəti təmsil edən “Pakistan Təhrikiye İnsaf” partiyasının namizədi Vəhiuddin Əhməd olub. O Milli Assambleyanın 34 üzvünün dəstəyini ala bilib. Qeyd edək ki, 73 yaşlı M.Hüsseyn bu ilin sentyabrın 8-də prezidentlik dövrü bitəcək hazırkı prezident Asif Əli Zərdarini əvəz edəcək. Pakistanda prezident 5 illik müddətə seçilir.




 
Bölməyə aid digər xəbərlər
13.11.2018
Tramp Makronu hədəfə aldı: “ABŞ gəlməsəydi artıq Parisdə almanca öyrənməyə başlamışdınız”
13.11.2018
Litvada prezident seçkiləri kampaniyası başlanıb
13.11.2018
Hillari Klinton 2020-ci ildə ABŞ prezidentliyinə namizədliyini irəli sürə bilər
12.11.2018
Misirdə sosial şəbəkələrdə yanlış informasiya yayanlar cəzalanacaq
11.11.2018
Türkiyə HHQ İraqın şimalında 14 terrorçunu məhv edib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10461

1 İncəsənət dünyaya sülh gətirir
2 İsveçdə Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şurası yaradılıb
3 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
4 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
5 “2019-cu ildə əmək haqları və pensiyalar artacaq”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info