BMT Somalidə Türkiyə səfirliyinə qarşı terroru pisləyib
Tarix: 30.07.2013 | Saat: 22:46:00 | E-mail | Çapa göndər


BMT Təhlükəsizlik Şurası Somalinin paytaxtı Moqadişoda Türkiyə səfirliyinin əməkdaşları yaşayan binanın qarşısında baş verən terror aktını pisləyib. Təhlükəsizlik Şurasının üzvləri terror aktı nəticəsində həlak olanların ailələrinə, Türkiyə xalqına və hökumətinə başsağlığı veriblər.

Təhlükəsizlik Şurasının sədrinin yaydığı açıqlamada qeyd olunub ki, terrorizm bütün təzahürlərdə təhlükəsizlik və sülh üçün çox böyük təhdiddir. BMT TŞ üzvləri eyni zamanda hadisəni törədənlərin məsuliyyətə cəlb edilməsinin vacibliyini də vurğulayıblar. Qeyd edək ki, iyulun 28-də Somalinin paytaxtı Moqadişoda Türkiyə səfirliyinin əməkdaşları yaşayan binanın qarşısında avtomobil partladılıb. İnsident nəticəsində 1 türk polisi həlak olub, 3-ü isə yaralanıb. Yaralılardan birinin vəziyyətinin ağır olduğu bildirilir. Yaşayış kompleksinin təhlükəsizlik xidməti hücum edənlərdən ikisini zərərsizləşdirib, lakin üçüncü terrorçu üzərində olan partladıcı qurğunu işə sala bilib. Hücum nəticəsində 2 somalili və 1 terrorçu ölüb, 9 nəfər isə yaralanıb. Məlumata görə, partlayış nəticəsində binanın darvazası dağıdılıb. Terror aktına görə məsuliyyəti “Aş-Şabab” ekstremist qruplaşması öz üzərinə götürüb.
Anar




 
Bölməyə aid digər xəbərlər
20.11.2018
Qətərdə regionun ultramüasir klinikası açılıb
19.11.2018
Putin:“Türk axını” tamamlandıqdan sonra Rusiya-Türkiyə enerji əməkdaşlığı daha da güclənəcək”
18.11.2018
Bolqarıstanı kütləvi etiraz aksiyaları bürüyüb
17.11.2018
Rusiyadan Ermənistana gedən magistralda 600-ə yaxın avtomobil qalıb
17.11.2018
Suriyada uşaqlardan ibarət terrorçu dəstələr yaradılıb

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10507

1 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
2 “Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
3 Şervin Nəcəfpur: “Norveçdə doğulub boya-başa çatsam da, Vətən uzaqda deyil”
4 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb
5 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info