Özbəkistanda keçirilən “Ənənəvi təsviri incəsənət festivalı“nda Azərbaycan milli stendi təqdim olunub
Tarix: 23.04.2019 | Saat: 13:43:00 | E-mail | Çapa göndər


Özbəkistan Rəssamlıq Akademiyasının təşkilatçılığı ilə keçirilən “Ənənəvi təsviri incəsənət festivalı"nda ölkənin gənc rəssamları, heykəltəraşları, bütün regionlardan dəvət olunan sənətkarlar öz əl işlərini, habelə xarici ölkələrin səfirlikləri, mədəniyyət mərkəzləri milli stendlərini təqdim edirlər.
Bu il də tədbirə maraq böyük olub, festivalda Özbəkistanın mədəniyyət, incəsənət sahəsi üzrə tanınmış mütəxəssisləri, xarici ölkələrin Özbəkistandakı səfirləri, diplomatları, mədəniyyət, incəsənət sahəsi üzrə mütəxəssislər, bu sahə üzrə müəllim və tələbələr iştirak ediblər. Festivalda ölkəmizi Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi təmsil edib. Tədbiri giriş sözü ilə açan Özbəkistan Rəssamlıq Akademiyasının prezidenti, xalq rəssamı Akmal Nur festivalın əhəmiyyətindən danışıb, Özbəkistan Mədəniyyət Nazirliyinin dəstəyi ilə keçirilən təsviri sənət festivalının gənc istedadların üzə çıxarılması və Özbəkistanın zəngin incəsənətinin dünyaya tanıdılmasına xidmət etdiyini bildirib. Festivalda Özbəkistanla yanaşı Azərbaycan, Qazaxıstan, Rusiya, Latviya, Qırğızıstan, Türkmənistan, İran və başqa ölkələrin öz milli stendini qurduqlarını qeyd edən natiq, gələcəkdə də bu cür layihələrin davam etdiriləcəyini qeyd edib.
Latviyanın Özbəkistandakı səfiri Mixails Popkov, Banqladeşin Özbəkistandakı səfiri Masud Manan çıxışlarında Özbəkistan prezidenti Şavkat Mirziyoyevin rəhbərliyi ilə son zamanlar ölkədə hər bir sahədə olduğu kimi mədəniyyət sahəsində də böyük islahatlar, layihələrin həyata keçirildiyini, zəngin mədəniyyət, incəsənət haqqında danışaraq, onun dünyaya tanıdılmasında festivalın mühüm əhəmiyyətə malik olduğunu qeyd ediblər.
Açılış mərasimində özbək mədəniyyətinə dair milli rəqslər və musiqilər ifa olunub.
Daha sonra festivalın rəsmi açılışı olub, iştirakçı fəxri qonaqlar milli stendlərlə tanış olublar.
Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin təşkil etdiyi "Odlar yurdunun nəfəsi" adlı milli stendi münsiflər heyətinin və iştirakçıların böyük marağına səbəb olub.
Azərbaycan milli stendində Azərbaycan xalçaları, Azərbaycan milli geyimləri, kəlağayıları, misdən hazırlanmış məişət qabları, milli musiqi alətlərimiz, milli mədəniyyətimizə dair müxtəlif kompozisiyalar sərgilənib.
Milli stendlə tanış olanlar ölkəmizin zəngin mədəniyyəti, qədim tarixi, Azərbaycan xalqının istedadı haqqında məlumatlandırılıb, ipək yolunun üzərində yerləşən Azərbaycanın görməli məkanları, turizm imkanları, habelə tanınmış rəssamlarımızın rəsmləri nümayiş etdirilib.

Tural




 
Bölməyə aid digər xəbərlər
24.05.2019
109 yaşlı “Ər və arvad”la həmyaşıd Akademik Musiqili Teatr
24.05.2019
Çingiz Abdullayevin “Torjestvo xama” kitabının təqdimatı olub
24.05.2019
“Almaz” yenidən səhnəyə qayıdır
24.05.2019
“Mənim balaca şahzadəm” cizgi filminin təqdimatı olub
23.05.2019
Ukraynanın ən populyar yumoristik teleşousu Azərbaycanda açılacaq

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10787

1 Üç müharibə iştirakçısı olan general-mayor
2 Oqtay Zülfüqarovun uşaq mahnıları müasir aranjemanda səslənəcək
3 “İrəvan quberniyasına aid arxiv materiallarını oxuduqca hiss edirsən ki, buralar döğma torpaqlardır”
4 …Hər sözdə vətən axtaran soydaşımız
5 Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevdən


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info