“Rüstəm İbrahimbəyov müxalifətin başına gələn ən son bəladır”
Tarix: 30.07.2013 | Saat: 22:49:00 | E-mail | Çapa göndər


Sərraf Balaxan: “İndi “milli şura”da təmsil olunan partiyalar seçkiyə öz
namizədləri və öz uğursuz strategiyaları ilə gedəcəklər”

Müsahibimiz YAP GB Ofisinin rəhbəri Sərraf Balaxandır.

- Radikal müxalifətin hazırkı seçki strategiyası barədə fikirləriniz nədir?
- Xalqın çox gözəl tanıdığı və 20 ildir zərrə qədər də olsun etimad göstərmədiyi bir kəsimin yaratdığı “milli şura” bu gün öz virtual liderinin sorağındadır. Bunlar hələ özlərini tam formalaşdıra bilməyiblər. Çünki orada toplanan və yalan söz birliyində əlbir görünən insanlar əslində barışmaz rəqib, daha dərində isə bir-birinə hədsiz nifrətləri olan şəxslərdir. “Milli şura” seçkilərin keçiriləcəyi məkanda deyil, digər bir ölkədə qərar vermək üçün toplanırsa, bunların niyyəti bəlli olur. Bu insanların niyyəti xalq və millətin, ölkənin gələcəyi deyil, yalnız hakimiyyətdir. Elan etdikləri namizədin rəsmən qeydə alınması məlum səbəblərə görə çox çətindir. Hətta hüquqi baxımdan mümkünsüzdür. Öz liderini belə, dəqiqləşdirə bilməyən bir qurumun seçki strategiyası da yəqin, çox gülməli olacaq. Əslində strategiyanı o qurumlar hazırlayır ki, onlar seçkiöncəsi bütün komponentlərini tam formalaşdıra biliblər. “Milli şura” heç seçkidə ən vacib komponent olan namizədini belə, dəqiqləşdirə bilməyib. Mənə elə gəlir ki, bu prezident seçkilərinə indi “milli şura”da təmsil olunan partiyalar yenə öz namizədləri və öz uğursuz strategiyaları ilə gedəcəklər.
- “Milli şura”nın seçki ilə bağlı mövqeyini və hazırda düşdüyü vəziyyəti necə qiymətləndirirsiniz?
- Ötən həftə görünməzdən-bilinməzdən ortaya çıxan və nə etdiyinin fərqində olmayan Rüstəm İbrahimbəyov haqqında bildirmişdim ki, o, müxalifətimizin başına gələn ən son bəladır. Biz buna şahidlik etdik. Rüstəm İbrahimbəyov öz vədləri ilə ona sonsuz ümidlər bəsləyən hakimiyyət istəkli müxalifətimizi aldatmaqda davam edir. Ona inanan sadəlövhlər artıq indi mətləbdən hali olublar. Bir müddət öncə İsa Qəmbər, “daha Rüstəm İbrahimbəyov deməsin ki mitinqə 100 min adam yığın gəlim” deyə bir söz işlətmişdi. Baxın, bu sözün arxasında dayanan iş indi üzə çıxdı. “Milli şura”nın sözçüsü qismində çıxış edən Eldar Namazov isə Rüstəm İbrahimbəyovun budəfəki “gəlməməyini” də belə əlaqələndirdi ki, hələ bəs sənəd məsələləri qalmaqdadır. Bir tərəfdən də böyük narahatlıq keçirən bu insanlar Gürcüstanda toplanıb müzakirələr aparmaq, alternativ müəyyənləşdirmək istəyirlər. Bu alternativ məsələsi isə artıq “milli şura”nın sonudur. Çünki quru “bəy”lərin sayı həddindən artıq çoxdur. Səbirsizliklə Rüstəm İbrahimbəyovu gözləyənlər bu gün öz puç olan xəyallarını qələmə aldılar. Susanlar da oldu, təbii ki, onlar bu işi öncədən görənlər idi. İndi İsa Qəmbər Gürcüstana - qəbula gedir, “milli şura” üzvü Mehriban Vəzir “İbrahimbəyov kimi insanlar ermənilərlə işbirliyinə gedər” deyir. Müxalifət onsuz da olmayan nüfuzunu da “Rüstəm bəyi” gözləməklə daha da itirdi. Başqanları belə çaş-baş qalan müxalifətin indi görün sadə üzvləri, azsaylı tərəfdarları nə haldadır?
İlkin AĞAYEV




 
Bölməyə aid digər xəbərlər
18.11.2018
Sanya meri: Azərbaycan qədim tarixə və özünəməxsus mədəniyyətə malik ölkədir
18.11.2018
Dünyanın heç bir ölkəsində qanunsuz, icazəsiz mitinq keçirməyə yol verilmir
17.11.2018
Milli Dirçəliş Günü ilə bağlı icazəsiz aksiya keçirməkdə məqsəd təxribat törətmək və ara qarışdırmaqdır
16.11.2018
Ermənistan yaxın zamanlarda KTMT-də tamamilə təklənəcək
16.11.2018
Rəsmi Paris Azərbaycanın işğal olunmuş ərazilərindən Fransaya qanunsuz səfərlərin qarşısını almalıdır

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10500

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info