Millət vəkili Rüstəm İbrahimbəyova yerini göstərdi
Tarix: 30.07.2013 | Saat: 22:52:00 | E-mail | Çapa göndər


Sahib Alıyev: “Naşı hər yerdə naşıdır”

Milli Məclisin Tərtərdən olan deputatı Sahib Alıyev sosial şəbəkələrdə “milli şura”nın sədri Rüstəm İbrahimbəyov haqqında maraqlı ifadələr səsləndirib.
“Palitra”nın xəbərinə görə, Rüstəm İbrahimbəyovu Rəsul Quliyevə bənzədən millət vəkili, kinorejissorun son zamanlardakı anormal addımlarının səbəbinin hamıya bəlli olduğunu vurğulayıb:
"Rəsul, pardon Rüstəm İbrahimbəyovun "gözləyin, gəlirəm"ləri necə də tanışdır deyilmi? Biri buna bənzər açıqlamaları ondan öncə dəfələrlə səsləndirmişdi, hətta, deyəsən, vədini yerinə yetirmək üçün cəhdfason nəsə də etmişdi. Heyhat... İndi də İbrahimbəyov başlayıb hər ayın əvvəlində "gözləyin, gəlirəm" deyib, sonra da dəbbələməyə. Hər kəs bilir ki, bu, nə üçündür. O, Rəsul Quliyevin artıq "patentləşdirdiyi" bu fənddən yararlanaraq diqqəti öz üzərinə cəlb etməyə çalışır".
Daha sonra Rüstəm İbrahimbəyovu plagiatçılıqda günahlandıran Sahib Alıyev “milli şura” sədrini naşı adlandırıb: "Bəli, bədii əsərlərində plagiatçılığı uğurla ört-basdır edən Rüstəm İbrahimbəyov siyasətdə naşı olduğundan kimisə yamsıladığını gizlədə bilmir. Və dostlarından ona bir deyən yoxdur ki, siyasət də ədəbiyyat kimidir, ay yoldaş İbrahimbəyov. Naşı hər yerdə naşıdır. İstər tanınmış ol, istər tanınmamış".
Millət vəkili həmçinin təcrübəsizlərin siyasətlə məşğul ola bilməyəcəyini qeyd edib: "Bu sahədə təcrübən və bacarığın yoxdursa, sadəcə tanınmışlığına güvənib siyasət yapa bilməzsən. Yapanda, bu olacaq kino çıxarmaq. Kino çəkmək yox ha, kino çıxarmaq. Bizə xas bir çox incəliklərdən bixəbər olan Rüstəm İbrahimbəyov, görünür, bunun da fərqində deyil. Fərqində deyil ki, kino çəkmək başqa şeydir, kino çıxarmaq başqa. Kino çəkəndə adamı tərifləyir və ona hətta Oskar da verirlər. Kino çıxarana isə ən yaxşı halda təlxək kimi baxırlar".
Qeyd edək ki, Rüstəm İbrahimbəyov iyul ayının 31-də Bakıya gələcəyini bildirsə də, daha sonra bu səfəri ertələmiş və sənədlərini qaydaya salıb, gələcəyini bildirmişdi.
Tural




 
Bölməyə aid digər xəbərlər
20.09.2018
Azərbaycanda dünyanın ilk kurqan arxeoparkı yaradılacaq
19.09.2018
Gənc ailələr üçün yeni imkan: “Aqrar məhəllə” yaradılır
19.09.2018
İqtisadiyyat naziri Gəncədə vətəndaşları qəbul edəcək
19.09.2018
Yol polisi sürücülərə müraciət edib
19.09.2018
Qaxın daha bir kəndi qazlaşdırılıb

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info