“Qayıqda düşünülməmiş hərəkətlər qəbuledilməzdir”
Tarix: 23.04.2019 | Saat: 15:57:00 | E-mail | Çapa göndər


Cavid Kərimov: “Yarış zamanı birinci üzsən belə, dənizdə batan insan və ya rəqibinin təhlükədə olduğunu görəndə dərhal yarışı saxlayıb ona kömək etməlisən”

Gözlə baxanda ucu-bucağı görünməyən, bəzən sakit, hərdən dalğalı dəniz…
Təkamül boyu bəşər övladı dənizlə “əlaqə” qurmağa çalışıb. Dənizi ram etmək nə qədər çətin olsa da, insan bunu etmək istəyib.
Sular qoynunda hərəkət etmək üçün ən ibtidai formada olan qayıqlar müasir dövrümüzdə iri gəmilərlə əvəzlənib. Bununla belə, dənizin imkanlarından idman məqsədləri üçün hər zaman istifadə olunub. Dəniz idman növlərindən biri olan Yelkənli Qayıq idmansevərlər arasında çox məşhurdur. Dalğalı dənizdə öz qayığını tək idarə etmək və hətta yarışlarda iştirak insana unudulmaz anlar yaşadır.
Müasir zamanda bütün qayıqların mühərriklə təchiz olunmasına baxmayaraq küləyin hesabına hərəkətə gələn yelkənli qayıq idmanı hələ də böyük azarkeş kütləsinə malikdir. Ölkəmizdə də yelkənli idman növünün həvəskarları kifayət qədərdir.
Azərbaycan Dövlət Dəniz Akademiyasının Gəmiqayırma və Gəmi Təmiri Mühəndisliyi ixtisasının 2-ci kurs tələbəsi Cavid Kərimov artıq 5 ildir ki, bu idman növü ilə peşəkar formada məşğul olur. O, Yelkənli İdman Federasiyasının ölkəmizdə təşkil etdiyi kuboklarda bir neçə dəfə uğurlu, bir dəfə isə ən yüksək nəticə göstərərək mükafatlara layiq görülüb. Cavidin özünün ən çox yadında qalan qalibiyyət isə keçən il ümummilli lider Heydər Əliyevin 95 illiyinə həsr olunmuş “Baku Sailing Regatta”da olub. ASCO və Azərbaycan Yelkənli İdman Federasiyasının birgə təşkil etdiyi yarışda yelkənçimiz ən yüksək pilləyə layiq görülüb. O, həmçinin xaricdə keçirilən yarışlarda da mütəmadi iştirak edib.
Bir sözlə, 20 yaşında olmasına baxmayaraq Cavidin idman karyerası çox zəngindir.

- Cavid, söhbətə bəlkə də hamıya adi görünən bir sualla başlamaq istərdim: Niyə məhz bu idman növü?

– Bu idmanda fiziki güclə yanaşı, intellektual səviyyə də tələb olunur. Burada həm taktiki, həm də strateji biliklərin böyük rolu var. Ona görə mənə çox maraqlı gəldi.

- Bu idmanın intellektuallığı nədən ibarətdir ki?

- Hər işdə olduğu kimi burada da xüsusi incəliklər mövcuddur. Qayıqda düşünülməmiş hərəkətlər qəbuledilməzdir. Sən hərəkəti etməmişdən əvvəl, onu nəzəri cəhətdən başa düşməlisən. Məsələn, əl və ayağın hər bir hərəkəti sənin sürətini həm azalda, həm də çoxalda bilər. Ona görə də bu nəzəriyyəni bilən idmançı hansısa bir hərəkəti etməzdən əvvəl yaxşı düşünməlidir. Amma bunu çox operativ və tez etməyi vacibdir.

Ən birinci şərt nədir?

-Təhlükəsizlik, bir daha təhlükəsizlik. Yelkənli idman üzrə beynəlxalq qaydaları öyrənərkən bizə ilk növbədə təhlükəsizlik qaydalarını izah edirlər. Özü də təkcə özümüzün yox, ətrafımızda olanların da təhlükəsizliyinə fikir verməliyik.

Necə yəni ətrafda olanlar? Sən tək olursan axı qayıqda.

– Qaydalara əsasən yarış zamanı birinci üzsən belə, dənizdə batan insan və ya rəqibinin təhlükədə olduğunu görəndə dərhal yarışı saxlayıb ona kömək etməlisən. Bunu etməsən, finiş xəttinə birinci gəlsən də səni qalib elan etməyəcəklər.

15 yaşından bu idmanla məşğulsan. Bu idmana qədərki dövr və bu idmanla məşğul olandan sonrakı dövrü müqayisə edək. Nə fərq hiss edirsən? Sənə nəyi öyrətdi?

– Ən əsası, diqqətim daha da güclü formalaşdı. Yəni, suda hərəkətə başlayandan sahilə çıxana qədər bütün başqa məqamları unudub, fikrini ancaq idarə etdiyin qayığa yönəldirsən. Bayaq dediyim kimi hər bir hərəkət, hər bir qərarı operativ şəkildə qəbul edirsən. Həm də burada sağlam rəqabət var. Mən ədalətli qərarın nə olduğunu da bu idmanla daha yaxşı anladım.

Tural




 
Bölməyə aid digər xəbərlər
24.05.2019
Fuad Abbasov saxlanmasının əsl səbəbini açıqlayıb
23.05.2019
Vahid Rzayev:”Səhər gördük ki, ermənilər arxiv sənədində özlərinə sərf etməyən hissəni qayçı ilə kəsiblər”
23.05.2019
“Gəmi mühiti insana möhkəm, iradəli olmağı öyrədir”
21.05.2019
“İrəvan quberniyasına aid arxiv materiallarını oxuduqca hiss edirsən ki, buralar döğma torpaqlardır”
20.05.2019
Oqtay Zülfüqarovun uşaq mahnıları müasir aranjemanda səslənəcək

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10787

1 Üç müharibə iştirakçısı olan general-mayor
2 Oqtay Zülfüqarovun uşaq mahnıları müasir aranjemanda səslənəcək
3 “İrəvan quberniyasına aid arxiv materiallarını oxuduqca hiss edirsən ki, buralar döğma torpaqlardır”
4 …Hər sözdə vətən axtaran soydaşımız
5 Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevdən


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info