Gürsel Baran: “Türkiyə-Azərbaycan ticarət həcmini 5 milyard dollara çatdırmağı planlaşdırırıq”
Tarix: 23.04.2019 | Saat: 21:30:00 | E-mail | Çapa göndər


Bu gün dünyada etibarlı tərəfdaş kimi tanınan ölkəmizin çoxşaxəli xarici siyasəti mövcuddur. İkitərəfli formatda əldə edilmiş razılaşmalar icra edilir, Azərbaycanın xarici ölkələrlə əlaqələri getdikcə möhkəmlənir və qonşu ölkələrlə əlaqələrimiz daha da inkişaf edir. Əldə edilmiş razılaşmalar həm ikitərəfli əlaqələrimizi möhkəmləndirir, eyni zamanda, regionda sabitliyin, təhlükəsizliyin, əməkdaşlığın inkişafına xidmət göstərir. Son illər iqtisadi sahədə həyata keçirilən tədbirlər qarşılıqlı investisiyalara da imkan yaradır. Xüsusilə də qonşu Türkiyə ilə iqtisadi sahədə əlaqələr getdikcə güclənir.
Bunun bariz nümunəsi kimi dünən Ankara Ticarət Palatasının sədri Gürsel Baranın rəhbərlik etdiyi nümayəndə heyəti ölkəmizə səfərə gəlib. Qonaqlar öncə Fəxri xiyabana gələrək xalqımızın ümummilli lideri, müasir müstəqil dövlətimizin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil qoyub. Şəhidlər xiyabanına gələn qonaqlar ölkəmizin azadlığı və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini yad edib, məzarları üzərinə tər güllər düzüblər. Qonaqlar, həmçinin Şəhidlər xiyabanında qəhrəman türk əsgərlərinin xatirəsinə ucaldılmış abidəni ziyarət edərək önünə gül dəstələri qoyublar.
Ankara Ticarət Palatasının sədri Gürsel Baran bildirib ki, Ankara ilə Azərbaycan arasında 200 milyon dollarlıq bir ticarət həcmimiz var. Bu rəqəmi Ankara-Bakı aviareysinin başlamasıyla yaxın zamanda 1 milyard dollara çatdırmağı arzu edirik. O, Türkiyə ilə Azərbaycan arasında 2 milyard dollar ətrafında bir ticarət həcmi olduğunu deyib: “Hər iki ölkənin də iştirakı ilə bu rəqəmin qısa müddətdə 5 milyard dollar olmasının qarşısında heç bir maneə olmadığını düşünürəm”.

“Bakı-Tbilisi-Qars dəmir yolundan əldə ediləcək gəliri təsvir etmək mümkün deyil”

Ölkəmizdə səfərdə olan Ankara Ticarət Palatasının sədri Gürsel Baran birbaşa uçuşların Ankara və Bakıdakı iş adamlarının qarşılıqlı əlaqələrinə müsbət təsir göstərəcəyini deyib və iki ölkənin əməkdaşlığı sayəsində həyata keçirilən Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin əhəmiyyətinə diqqət çəkib: “Yalnız bu dəmir yolundan əldə ediləcək gəliri təsvir etmək mümkün deyil. Çindən Avropaya gedən dəmir yollarının hamısı Rusiyadan keçərkən, indi 7 min kilometr qısaldırıq və Türkiyə üzərindən keçiririk. Bu hər iki ölkə üçün də böyük qazancdır”.

Ankaradan Bakıya həftədə 3 gün uçuşlar başlayır

Türk Hava Yollarının başladığı ilk birbaşa Ankara-Bakı aviareysi ilə ölkəmizə gələn Ankara Ticarət Palatasının sədri Gürsel Baran açıqlamasında bildirib ki, Türkiyə və Azərbaycanın dili, dini, keçmişi və tarixi birdir. Belə bir ölkəyə Ankaradan birbaşa uçuşların olmamasının doğru olmadığını və bu boşluğu aradan qaldırdıqlarını deyən G. Baran, uçuşun iki ölkənin daha da yaxınlaşması baxımından uğurlu olmasını arzulayıb. O, bu uçuşların həm Bakı, həm də Ankara iqtisadiyyatına əhəmiyyətli təsir edəcəyini vurğulayıb: “Ankaradan Bakıya həftədə 3 gün uçuşlar olacaq. Biz birbaşa uçuşlara yeni xətlər əlavə etmək niyyətindəyik, bunun üçün ATP kimi daha çox işləyəcəyik. Qardaş və dost ölkə olan Azərbaycanın paytaxtı Bakıya təşkil edilən birbaşa uçuşlar sayəsində Ankaranın da sağlıq və termal turizminə təsiri ilə bağlı əlaqələr quracağıq”.
G.Baran qeyd edib ki, Ankara müdafiə sənayesinə görə dünyada əsas yerlərdən birini tutur. Bundan başqa, səhiyyə turizminə, böyük sərgi və konfransların keçirilməsinə görə də üstün mövqeyə sahibdir: “Rəsmi Ankara ilə Bakı arasında ən çox təhsil sahəsinə diqqət yetirilməlidir. Azərbaycan müstəqil elan etdikdən bu günə qədər 125 min azərbaycanlı tələbə Türkiyədə təhsil alıb. Hazırda isə 15 min tələbə təhsilini davam etdirir. Bu sayı daha da artırmaq mümkündür. Ümumiyyətlə Ankara-Bakı aviareysi açıldığı üçün iki qardaş ölkə arasında iqtisadi sahədə daha çox layihələr həyata keçirmək olar”.

Nigar Abdullayeva




 
Bölməyə aid digər xəbərlər
24.05.2019
Böyük Britaniya ilə kiçik və orta sahibkarlıq sahəsində əməkdaşlıq imkanları müzakirə edilib
24.05.2019
ABŞ-ın paytaxtında Trans-Xəzər regionu ilə bağlı strateji müzakirələr aparılıb
24.05.2019
“DOST” mərkəzlərinin Nümunəvi Nizamnaməsi təsdiqlənib
23.05.2019
Soydaşımız Ulyanovsk avtomobil zavodunun baş direktoru təyin edilib
23.05.2019
Qadın biznes inkubatorların yaradılması müzakirə edilib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10787

1 Üç müharibə iştirakçısı olan general-mayor
2 Oqtay Zülfüqarovun uşaq mahnıları müasir aranjemanda səslənəcək
3 “İrəvan quberniyasına aid arxiv materiallarını oxuduqca hiss edirsən ki, buralar döğma torpaqlardır”
4 …Hər sözdə vətən axtaran soydaşımız
5 Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevdən


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info