Şri-Lanka hadisələrini DAEŞ boynuna götürdü, amma...
Tarix: 23.04.2019 | Saat: 22:58:00 | E-mail | Çapa göndər



Şri-lankada Pasxa günü kilsə və mehmanxanaları hədəfə alan terror hücumlarında həyatını itirənlərin sayı 321-ə yüksəldi. Ölənlərin 45-i uşaqdır.


Hadisələri terror təşkilatı DAEŞ boynuna götürdü.

Ölkənin yerli mətbuatında çıxan xəbərlərə görə, təşkilatın sözdə informasiya agentliyində yayımlanan açıqlamada aralarında kilsə və böyük otellərin olduğu 8 yerdə törədilən hücumların DAEŞ-in etdiyi iddia olunub. Amma təşkilat bunu edənlər haqqında məlumat verməyib.
Şri-Lanka hökuməti isə Pasxa günü baş verən terror hücumlarına görə Milli Tövhid Camaatı adlı qrupu müqəssir sayır. İttihamda təşkilatın hücumlarının beynəlxalq terror şəbəkəsinin dəstəyilə həyata keçirildiyi şübhəsi də ifadə olunub.
Şri-Lanka “Daily Mirror”un polis media sözçüsü Ruvan Qunasekaranın (Ruwan Gunasekara) açıqlamalarına əsaslanaraq verdiyi xəbərə görə, hücumlardan sonra aparılan əməliyyatlar zamanı bu zamana qədər 40-a yaxın şübhəli saxlanılıb.
Xatırladaq ki, 21 apreldə Şri-Lankada xristianların müqəddəs Pasxa ayinlərinin keçirildiyi Koççikade (Kochchikade) şəhərindəki Sankt-Antonis (Sankt-Anthonys), Katanadakı Sankt-Sebastian, Battikaloadakı Məryəm Ana kilsələri və paytaxt Kolombodakı beş ulduzlu “Shangri”, “Cinnamon Grand” və “Kingsbury” otellərinə bombalı hücumlar edilib.




 
Bölməyə aid digər xəbərlər
24.05.2019
Tereza Mey istefasını elan edib
24.05.2019
İğtişaşların ardı-arası kəsilmir
24.05.2019
“Ərdoğanın Aİ-yə ehtiyacı yox, Aİ-nin Ərdoğana ehtiyacı var“
24.05.2019
Culian Assanja qarşı daha 17 maddə üzrə ittiham irəli sürülüb
24.05.2019
Con Bolton Şinzo Abe ilə görüşəcək

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10787

1 Üç müharibə iştirakçısı olan general-mayor
2 Oqtay Zülfüqarovun uşaq mahnıları müasir aranjemanda səslənəcək
3 “İrəvan quberniyasına aid arxiv materiallarını oxuduqca hiss edirsən ki, buralar döğma torpaqlardır”
4 …Hər sözdə vətən axtaran soydaşımız
5 Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevdən


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info