“TEDx konfransların ən əsas hədəf kütləsi gənclərdir”
Tarix: 24.04.2019 | Saat: 15:44:00 | E-mail | Çapa göndər


Mayın 7-də UNEC-də “Azərbaycan. Lider. Tərəqqi” mövzulu TEDxUNEC konfransı keçiriləcək. Konfransla bağlı UNEC Karyera Mərkəzinin direktoru Ramil Cabbarovun UNEC NEWS-a müsahibəsini təqdim edirik.

- Dünyada böyük izləyici kütləsinə sahib TED təşkilatının müstəqil TEDx konfranslarında dinləyicilər nə qazanırlar?

- 1984-cü ildə qurulan TED təşkilatı dünyanın bütün ölkələrində hər il minlərlə insana “paylaşmağa dəyər ideyalar” şüarı ilə müxtəlif konteksli yüzlərlə konfranslar keçirir. TED təşkilatı fərdlərin öz ölkələrində bu formatda müstəqil konfrans keçirməsi üçün TEDx konseptini yaratmışdır. TEDx konfransları sadəcə yeni fikirlərin paylaşıldığı mühit deyildir, burada səslənən təcrübələr, ilhamverici uğur hekayələri dinləyicilərə yeni motivasiya mənbəyi yaradır.

- UNEC-də TEDx konfransları keçirilməsi hansı zərurətdən doğdu?

- TEDx konfransların ən əsas hədəf kütləsi məhz, gənclərdir. Bu konfransları böyük maraqla izləyən, burdakı çıxışlardan ruhlananların da böyük əksəriyyəti məhz gənclərdir. Bu amili nəzərə alaraq, 2016 və 2017-cı illərdə TEDx konfranslarının təşkil olunması üçün lisenziya müraciəti etdim. İki həftə ərzində müraciətə baxıldı və lisenziya sahibi kimi tədbirin keçirilməsinə icazə verildi.

- TEDx lisenziyasının alınması prosesi çətindirmi? Bura hər kəs müraciət edə bilərmi?

- Öncəliklə bir məqamı qeyd edim ki, TED təşkilatı TEDx lisenziyasını qurumlara deyil, fərdi şəxslərə verir. Universitetlərdə təşkil olunan TEDx konfranslarına lisenziya tələbələr, fakültə nümayəndələri və ya inzibati heyət tərəfindən alına bilər. Bunun üçün TED təşkilatının rəsmi saytından qaydalarla tanış olub, online formada müraciət etmək kifayətdir. TEDx lisenziyası tamamilə ödənişsiz təqdim edilir.

- TEDx konfranslarından iştirak haqqı hansı qayda ilə tənzimlənir?

- Burada yanaşma birmənalı olaraq lisenziya sahibinə bağlıdır. Təşkilatçı universitetdə keçirilən TEDx konfransının təşkilati xərclərini öncədən müəyyən edərək bir büdcə formalaşdırır. Həmin büdcəyə uyğun olaraq da biletin qiymətini müəyyən edir. Burada TED təşkilatı “Təşkilatçılar üçün təlimat qaydaları”nda da qeyd etdiyi kimi, büdcə səlahiyyətləri təşkilatçıya verilir və təşkilatçı da burada tam müstəqil ola bilər. TEDx konfransları heç bir halda gəlir məqsədilə keçirilə bilməz və bütün gəlirlər təşkilati işlərə xərclənməlidir. Təlimatda o da qeyd edilmişdir ki, əlavə vəsait qalarsa, bu növbəti konfrans üçün ehtiyat olaraq saxlanmalıdır.
TEDx UNEC konfransı ilk iki tədbirində universitetin sponsorluğu ilə ödənişsiz həyata keçirildi. Bu il isə bilet qiyməti 15 AZN müəyyən olundu, lakin alış qiyməti 10 qəpikdir və ödənişin 14 manat 90 qəpiyi isə UNEC-in sponsorluğu ilə qarşılanır. Simvolik ödəniş iştirakçıları müəyyən etmək üçün saxlanılmışdır.

- Konfransın büdcəsi başqa necə müəyyənləşə bilər?

- “Təşkilatçılar üçün təlimat qaydaları”nda bu istiqamətdə iki məqama diqqət çəkilir. Bunlardan birincisi bilet satışıdır. İkinci istiqamət isə sponsor cəlbidir. Sponsorlarla bağlı konkret qaydalar da qeyd edilmişdir ki, bu prosedurlar da lisenziya sahibi tərəfindən qorunmalıdır. TEDx UNEC konfransında universitet mənə bu tədbiri keçirmək üçün tam sponsorluq dəstəyi verdiyi üçün digər sponsor axtarışlarına ehtiyac qalmadı.

- TED təşkilatının iştirakçı sayı ilə bağlı hər hansı tələbi mövcuddur?

- Qaydalara uyğun olaraq, TEDx konfransında 100 nəfərlik iştirak limiti mövcuddur. Məlumat üçün bildirirəm ki, TEDxUNEC konfransına artıq 100 nəfər qeydiyyatdan keçmişdir. Ümummilli Lider Heydər Əliyevə həsr edilən konfransda iştirakla bağlı hər gün çoxsaylı müraciətlər almaqdayıq. Hər kəsin böyük diqqətini nəzərə alaraq, 100 nəfərlik iştirak limitinin artırılması istiqamətində TED təşkilatına müraciət edilmişdir.

- Lisenziya qaydaları pozularsa, bu halda növbəti addımlar necə olacaq?

- Əgər təşkilatçı lisenziya qaydalarını pozarsa, bu zaman TED təşkilatı növbəti dəfə həmin şəxsə lisenziya verilməsi məsələsinə məhdudiyyət qoya bilər. Amma bu universitetdə növbəti TEDx tədbirinin keçirilməsinə hər hansı maneə ola bilməz. Bunun üçün universitetin tövsiyə etdiyi şəxs lisenziya üçün müstəqil şəkildə müraciət edə bilər.

- 7 may tarixində təşkil olunacaq “Azərbaycan. Lider. Tərəqqi” mövzusunda TEDx UNEC konfransı haqqında məlumat verərdiniz

- Bu konfransımız Azərbaycanda Ümummilli Lider Heydər Əliyevə həsr edilən ilk TEDx konfransı kimi tarixə keçəcəkdir. Məruzəçilər Ulu Öndərin liderlik xüsusiyyətlərindən, bizlərə ilham verən həyat hekayəsindən, onun dahi əsəri olan Azərbaycanımızdan bəhs edəcəklər.
Məlumat üçün bildirək ki, AMEA-nın Neft-Kimya Prosesləri İnstitutunun direktoru, akademik Vaqif Abbasov “Liderlik fəlsəfəsi”, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri, YAP icra katibinin müavini Mübariz Qurbanlı “Azərbaycanın Lideri”, Sosial Tədqiqatlar Mərkəzinin İdarə Heyətinin sədri, millət vəkili Zahid Oruc “Liderin Azərbaycanı” mövzuları ilə çıxış edəcəklər.




 
Bölməyə aid digər xəbərlər
24.05.2019
Fuad Abbasov saxlanmasının əsl səbəbini açıqlayıb
23.05.2019
Vahid Rzayev:”Səhər gördük ki, ermənilər arxiv sənədində özlərinə sərf etməyən hissəni qayçı ilə kəsiblər”
23.05.2019
“Gəmi mühiti insana möhkəm, iradəli olmağı öyrədir”
21.05.2019
“İrəvan quberniyasına aid arxiv materiallarını oxuduqca hiss edirsən ki, buralar döğma torpaqlardır”
20.05.2019
Oqtay Zülfüqarovun uşaq mahnıları müasir aranjemanda səslənəcək

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10787

1 Üç müharibə iştirakçısı olan general-mayor
2 Oqtay Zülfüqarovun uşaq mahnıları müasir aranjemanda səslənəcək
3 “İrəvan quberniyasına aid arxiv materiallarını oxuduqca hiss edirsən ki, buralar döğma torpaqlardır”
4 …Hər sözdə vətən axtaran soydaşımız
5 Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevdən


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info