“Seçicilərin şəxsiyyət vəsiqəsi ilə təmin olunmasını ciddi nəzarətdə saxlayırıq”
Tarix: 30.07.2013 | Saat: 23:13:00 | E-mail | Çapa göndər


Oruc Zalov: “Seçki zamanı seçicilərin və
bu prosesi həyata keçirən şəxslərin təhlükəsizliyi tam təmin edilir”


Mərkəzi Seçki Komissiyasında (MSK) dairə seçki komissiyaları (DSK) sədrləri üçün seçki hüququ üzrə ixtisaslaşdırılmış kursda daxili işlər nazirinin müavini Oruc Zalov çıxışı zamanı bildirib ki, seçki zamanı seçicilərin və bu prosesi həyata keçirən şəxslərin təhlükəsizliyi tam təmin edilir. O deyib ki, Daxili İşlər Nazirliyinin (DİN) və digər hüquq-mühafizə orqanlarının səmərəli işinin nəticəsidir ki, ölkədə sabitlik mövcuddur.

Onun sözlərinə görə, bu gün ölkədə kriminogen durum nəzarət altındadır: “Bu gün Azərbaycanda elə bir narahatçılıq doğuran şərait yoxdur. Aparılan profilaktik tədbirlər nəticəsində cinayət hadisələrinin qarşısı baş verməmişdən öncə alınır. Azərbaycan nəinki bölgədə, keçmiş SSRİ-də, hətta onu əhatə edən coğrafiyada ən sabit və sakit ölkədir. Bu ölkələrlə müqayisədə Azərbaycan ən az cinayət halları baş verən ölkədir. 100 min nəfərə cəmi 232 cinayət hadisəsi baş verir. Bu da çox aşağı göstəricidir”. O. Zalov sabitliyin ölkənin ən ucqar regionlarında da mövcud olduğunu deyib: “Bu gün Azərbaycan gələn yüzlərlə, minlərlə turist ölkədə istənilən vaxt istirahət edə və gəzə bilirlər. Hazırda polisin maddi-texniki bazası o qədər genişlənib ki, ölkə ərazisi müasir avadanlıqlar vasitəsilə nəzarət altında saxlanılır”.
Qarşıdan gələn prezident seçkilərinə toxunan O. Zalov bildirib ki, polisin, hüquq-mühafizə orqanlarının üzərinə düşən əsas vəzifələrdən biri də ölkədə mövcud olan sabitliyi qoruyub saxlamaq və təmin etməkdir. O.Zalov bildirib ki, DİN seçicilərin səsvermə hüququnun reallaşdırılması üçün onların hər birinin şəxsiyyət vəsiqəsi ilə təmin olunması məsələsini ciddi nəzarətdə saxlayır: “Çalışırıq ki, səsvermə gününə 2-3 gün qalmış belə, adı seçicilər siyahısında olan, lakin, şəxsiyyət vəsiqəsi olmayan seçicilər sözügedən sənədlə təmin olunsun. Hesab edirəm ki, burada ciddi problem yoxdur. Biz eyni zamanda istəyirik ki, seçkilərdə iştirak edəcək seçicilərin - vətəndaşların hər birinin hüququnu təmin edək. İnanıram ki, biz bu işi elə yüksək səviyyədə keçirəcəyik ki, bir çox ölkələrdə belə bunu etmək mümkün deyil”. O. Zalov bildirib ki, seçkilərə 2-3 gün qalmış bülletenlər seçki komissiyalarına paylanacaq: “Bu prosesə hər hansı müdaxilənin baş verməməsi, təhlükəsizliyin tam təmin olunması istiqamətində də DİN seçki komissiyaları ilə qarşılıqlı şəkildə fəaliyyət göstərəcək”. Nazir müavini deyib ki, seçki kampaniyası çərçivəsində partiya və siyasi təşkilatların toplantı keçirdiyi yerlərdə təhlükəsizlik tam şəkildə təmin olunacaq: “Qanunsuz aksiyaların qarşısı isə müvafiq qaydada alınacaq. Siyasi partiya və namizədlər yerli icra orqanları tərəfindən onlara ayrılan yerlərdə tam sərbəst şəkildə mitinq keçirə, seçicilərlə görüşə bilərlər. Biz bu tədbirlərin təhlükəsizliyini təmin etməyə hazırıq. Həmin ərazilərdə onların öz fikirlərini təhlükəsiz şəkildə söyləməyə imkan yaradacağıq. Lazım gələrsə və ya MSK-nın rəyi olarsa, hətta namizədlərin təhlükəsizliyini də öz üzərimizə götürə bilərik. Bununla belə, kütləvi informasiya vasitələrinin, müşahidəçilərin və exit-poll keçirənlərin işinə maneə yaradan bütün maneələr aradan qaldırılacaq. Həmçinin pozucu qüvvələrin nümayəndələrini də vaxtında müəyyən edib, pozuculuq hərəkətlərinin qarşısını alacağıq. Güman edirəm ki, seçkiləri nə pozan olacaq, nə də buna cəhd edən. Əgər belə hallar baş verərsə, belə şəxslər qanuna müvafiq şəkildə aşkarlanaraq, üzə çıxarılacaq və zərərsizləşdiriləcək”.
Nigar




 
Bölməyə aid digər xəbərlər
12.11.2018
Zəfərlərə doğru
12.11.2018
“İrəli”nin intellektual yarışlarının Dağlıq Şirvan və Şəki- Zaqatala üzrə qalibləri müəyyənləşib
12.11.2018
Heydər Əliyev Fondu və Milli Onkologiya Mərkəzi birgə onkoloji skrininq və elmi-praktiki konfrans keçiriblər
12.11.2018
İran vətəndaşı daxili orqanlarında narkotik vasitələr keçirmək istədi
12.11.2018
Külli miqdarda xarici valyutanı gizlədərək keçirmək istədi

Şərh əlavə olunmayıb



    ,    
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Mehriban Nəsib
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10456

1 İncəsənət dünyaya sülh gətirir
2 İsveçdə Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şurası yaradılıb
3 “Universitet müəllimi 30-40 il əvvəl qazandığı bilik və metodlarla auditoriyaya girməməlidir”
4 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
5 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info