Niderland Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllini dəstəkləyir
Tarix: 25.04.2019 | Saat: 12:43:00 | E-mail | Çapa göndər



Niderland Azərbaycan və Ermənistan liderlərinin, həmçinin xarici işlər nazirlərinin görüşlərinin nəticələrinin səmərəli olacağına ümid edir. Bizim ölkəmiz Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllini dəstəkləyir.

AZƏRTAC xəbər verir ki, bu fikirləri Niderlandın Azərbaycandakı səfiri Onno Kervers ölkəsinin milli bayramı - Kral Gününə həsr olunan brifinqdə bildirib.
Niderland ilə Azərbaycan arasında yaxşı əlaqələrin mövcud olduğunu söyləyən səfir qeyd edib ki, ikitərəfli əlaqələr getdikcə güclənir. Hər iki ölkə kənd təsərrüfatı sahəsinə xüsusi önəm verir. Diplomat deyib: “Məlum olduğu kimi, Niderland dünyada böyük qida ixracatçısı kimi tanınır və ölkədə kənd təsərrüfatı sektoru kifayət qədər inkişaf edib. Azərbaycanda da kənd təsərrüfatının inkişafı prioritet istiqamətdir. Ona görə də bu sahədə ölkələrimizin əməkdaşlığı üçün geniş imkanlar mövcuddur. Bu ilin mayında keçiriləcək “Caspian Agro” sərgisində ardıcıl olaraq dördüncü dəfə Niderlandın narıncı pavilyonu yer alacaq. Bu mühüm sərgidə təxminən iyirmi holland şirkəti təmsil olunacaq”.
Səfir bildirib ki, ölkələrimiz arasında təkcə iqtisadi və siyasi münasibətlər yox, həm də elm, təhsil, idman, mədəniyyət sahələrində də güclü əlaqələr mövcuddur. Ötən ildə səfirliyimizin nümayəndələri Azərbaycanın regionları ilə münasibətləri gücləndirmək məqsədilə Naxçıvan Muxtar Respublikasına, Qobustana, Astaraya, Lənkərana, Gəncəyə, Mingəçevirə, Ağdama məhsuldar səfərlər ediblər.




 
Bölməyə aid digər xəbərlər
16.10.2019
Prezident: Ümumdünya İqtisadi Forumunun hesabatı bir daha onu göstərir ki, Azərbaycanda aparılan islahatlar ardıcıl xarakter daşıyır
16.10.2019
Növbəti diplomatik uğur: Azərbaycan Prezidentinin tutarlı arqumentləri
16.10.2019
XİN Minsk qrupu həmsədrlərinin bölgəyə səfər marşrutuna münasibət bildirib
16.10.2019
Banqladeşin Baş naziri Azərbaycana səfərə gəlir
16.10.2019
Fuad Qəhrəmanlı barəsində cinayət işi başlanılıb

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10916

1 Aşqabadda Azərbaycan və Türkmənistan prezidentlərinin görüşü olub
2 Bakıda Rus Kitab Evinin açılmasının 10 illik yubileyi qeyd olunub
3 Aşqabadda MDB Dövlət Başçıları Şurasının geniş tərkibdə iclası keçirilib
4 “Xoşbəxtlikdən, Azərbaycanın qolu sayılmadı“
5 Vasim Məmmədəliyev vəfat edib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info