Krakovda akademik Yusuf Məmmədəliyevin barelyefi açılıb
Tarix: 25.04.2019 | Saat: 13:10:00 | E-mail | Çapa göndər



Görkəmli Azərbaycan alimi, akademik Yusuf Məmmədəliyevin Polşa elminə verdiyi töhfələri nəzərə alaraq, Krakov şəhərində yerləşən Stanislav Staşiç adına Dağ-Mədən Akademiyasının təklifi və Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin, ölkəmizin Polşadakı səfirliyinin dəstəyi ilə görkəmli şəxsiyyətin xatirəsinin əbədiləşdirilməsi məqsədilə həmin təhsil müəssisəsinin ərazisində aprelin 24-də Y.Məmmədəliyevə həsr olunmuş barelyefin təntənəli açılış mərasimi keçirilib.
Mədəniyyət Nazirliyindən AZƏRTAC-a bildirilib ki, mərasimdə Stanislav Staşiç adına Dağ-Mədən Akademiyasının rəhbərliyi, Kimya və Neft fakültələrinin müəllim-professor və tələbə heyəti, habelə Azərbaycan Respublikasının nümayəndələri – ölkəmizin Polşadakı səfiri Həsən Həsənov, Mədəniyyət Nazirliyinin sektor müdiri Vüqar Baxışov, Azərbaycan Milli Elmlər Akademiyası akademik Y.H. Məmmədəliyev adına Neft Kimya Prosesləri İnstitutunun laboratoriya rəhbəri, Y.H. Məmmədəliyevin Memorial Muzeyinin direktoru, professor Reyhan Əliyeva və mətbuat nümayəndələri iştirak ediblər.
Tədbirin birinci hissəsində Akademiyanın rəhbərliyi keçirilən bu tədbirin məqsəd və məramından danışıb.
Səfir Həsən Həsənov çıxış edərək barelyefin bu akademiyanın ərazisində quraşdırılması ideyası və həyata keçirilməsi barədə tədbir iştirakçılarına məlumat verib.
Vüqar Baxışov nazirliyin rəhbərliyinin salamlarını akademiyaya çatdıraraq rəsmi təşəkkür məktubu təqdim edib. Reyhan Əliyeva tədbirdə akademik Y. Məmmədəliyevin elmi və ictimai fəaliyyəti haqqında və xüsusən onun neft və kimya sahəsində Polşa alimləri ilə əlaqələrindən danışıb. Bundan sonra Heydər Əliyev Fondu tərəfindən hazırlanmış Y.Məmmədəliyevə həsr olunan film nümayiş olunub.
Tədbirin ikinci hissəsində Akademiyanın Kimya fakültəsinin korpusunda Y. Məmmədəliyevin barelyefin rəsmi açılış mərasimi həyata keçirilib və barelyefin qarşısına Azərbaycan və Polşa nümayəndələri tərəfindən gül dəstələri qoyulub.
Tədbirdə akademik Yusuf Məmmədəliyevin “Polşa alimlərinin dünyada neft kimyası elminin inkişafına verdiyi töhfə” adlı kitabçalar və onun həyat və yaradıcılığını əks etdirən bukletlər mərasim iştirakçılarına paylanılıb, habelə xeyli sayda nüsxə Akademiyanın kitabxanasına bağışlanılıb.




 
Bölməyə aid digər xəbərlər
24.05.2019
109 yaşlı “Ər və arvad”la həmyaşıd Akademik Musiqili Teatr
24.05.2019
Çingiz Abdullayevin “Torjestvo xama” kitabının təqdimatı olub
24.05.2019
“Almaz” yenidən səhnəyə qayıdır
24.05.2019
“Mənim balaca şahzadəm” cizgi filminin təqdimatı olub
23.05.2019
Ukraynanın ən populyar yumoristik teleşousu Azərbaycanda açılacaq

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10787

1 Üç müharibə iştirakçısı olan general-mayor
2 Oqtay Zülfüqarovun uşaq mahnıları müasir aranjemanda səslənəcək
3 “İrəvan quberniyasına aid arxiv materiallarını oxuduqca hiss edirsən ki, buralar döğma torpaqlardır”
4 …Hər sözdə vətən axtaran soydaşımız
5 Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevdən


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info