ADU-da SƏLİS-in e-vətəndaş proqramı təqdim olunub
Tarix: 26.04.2019 | Saat: 00:21:00 | E-mail | Çapa göndər


Azərbaycan Dillər Universitetində (ADU) Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının yeni brendi olan SƏLİS-in (Sürətli Əlaqələndirmə və Layihələrin İdarəetmə Sistemi) e-vətəndaş proqramının təqdimatına həsr olunmuş tədbir keçirilib.
Universitetdən Trend-ə verilən məlumata görə, ADU-nun rektoru akademik Kamal Abdulla qonaqları salamlayaraq Şuranın ulu öndər Heydər Əliyevin cəmiyyətin inkişafında gördüyü işlərin çox məntiqli və sistemli şəkildə davamı kimi özünü göstərdiyini bildirib:
“Bu, Prezident İlham Əliyevin bilavasitə rəhbərliyi və tövsiyəsi ilə yaradılan Şuradır. Dövlət dəstəyi, cəmiyyətdə gedən proseslərin, ideyaların, layihələrin üzə çıxmasına, reallaşmasına öz ciddi töhfələrini verib. Elə güman edirəm ki, ağıllı, şüurlu, gələcəyi düşünə bilən, ideyalarını həyata keçirmək üçün canında coşqunluq olan tələbələrimiz bugünkü təqdimatda çox şey öyrənəcəklər. Mənə, həmkarlarıma müəllim və tələbələrimiz tez-tez müxtəlif layihələr üçün müraciət edirlər. Həmin ideyaların cücərməsi, onların ardınca getməyiniz şansınızı həyata keçirmək üçün Dövlət Dəstəyi Şurası özü universitetə gəlib. Şuranın sədri Azay Quliyev QHT-lərin normal insani və vətəndaş cəmiyyətinə layiq mövqe tutması üçün ulu öndərdən bu zamana gələn tövsiyələri həyata keçirmək işində çox böyük əzmlə fədakarlıq göstərir”.
Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri, Milli Məclisin deputatı Azay Quliyev universitet rəhbərliyinə yaratdığı şəraitə görə təşəkkürünü bildirib:
“ADU-da olmaq bizim üçün xüsusi əhəmiyyətlidir. Ona görə ki, bu universitetin məzunları Azərbaycanı yalnız ölkə daxilində deyil, ölkə xaricində də çox uğurla təmsil edirlər. Dövlət sizi dəvət edir ki, cəmiyyətin inkişafında sizi, ictimaiyyəti maraqlandıran problemlərin həllində iştirak etsin. Dövlət vətəndaşa şərait yaradır ki, bizim gördüyümüz işlərdən başqa nəyi daha yaxşı etmək istəyirsinizsə, təkliflərinizi verin. Ona görə də Şura öz fəaliyyətini daim yeniləməyə çalışır”.
A.Quliyev rəhbərlik etdiyi qurumun fəaliyyət istiqamətləri haqqında ətraflı məlumat verib. Şura sədri QHT-lərə, vətəndaşlara, Vətəndaş Cəmiyyətinə fasiləsiz xidmət edən, QHT layihələrinin maliyyələşdirilməsi, hesabatlılıq, apelyasiya, müraciətləri və digər (ümumilikdə 20 xidmət) elektronlaşdıraraq izafi vaxt və maddi itkiləri aradan qaldıran innovativ, müasir və çevik SƏLİS Xidmət haqda danışıb. Azay Quliyev qeyd edib ki, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası ilk dəfə olaraq 2019-cu il dördüncü qrant müsabiqəsi çərçivəsində ölkənin bütün vətəndaşlarını QHT layihələrinin maliyyələşdirilməsi ilə bağlı qiymətləndirməyə dəvət edir. Bu məqsədlə Şuranın yeni brendi SƏLİS-ə daxil olan e-vətəndaş proqramını ictimaiyyətə təqdimatına başlanıb.
Sonra SƏLİS Xidmətə daxil olan e-vətəndaş xidməti, vətəndaşların istifadə qaydaları, verəcəyi səmərə barədə hazırlanmış təlimat xarakterli video-çarx nümayiş olunub. Video-çarxın nümayişindən sonra Şuranın əməkdaşı Elnur Bağırlının “e-vətəndaş proqramından istifadə qaydalarının təqdimatı” haqqında çıxışı dinlənilib. Tədbirdə iştirakçılar arasından könüllü olaraq seçilən ADU-nun tələbəsi Nuranə Mustafayeva e-vətəndaş xidmətindən yararlanıb. Beləliklə, e-vətəndaş xidmətinə qoşulmaq üçün tələb olunan sadə prosedur qaydaları reallaşdıran tələbənin e-vətəndaş olması prosesi tədbir iştirakçılarına əyani nümayiş etdirilib.




 
Bölməyə aid digər xəbərlər
24.05.2019
6 fənn üzrə olimpiada qalibi, vunderkind Kamil: “11 məşhur universitetin pulsuz təhsil təklifinə “yox” dedim, çünki...
24.05.2019
GEANT-ın Avropa açıq elm buludu layihəsi ilə bağlı müzakirələr aparılıb
24.05.2019
Türkiyədə 1400 illik tarixi olduğu təxmin edilən kitab ələ keçirilib
24.05.2019
Təhsil müəssisələrində “İnsan hüquqları aylığı”
24.05.2019
Qafqaz ölkəsi olaraq yaşadığımız regionu dərindən öyrənməliyik

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10787

1 Üç müharibə iştirakçısı olan general-mayor
2 Oqtay Zülfüqarovun uşaq mahnıları müasir aranjemanda səslənəcək
3 “İrəvan quberniyasına aid arxiv materiallarını oxuduqca hiss edirsən ki, buralar döğma torpaqlardır”
4 …Hər sözdə vətən axtaran soydaşımız
5 Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevdən


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info