Billur Hümbətov: “Tiflis görüşündən hiss etdim ki, Rüstəm İbrahimbəyovun əhval- ruhiyyəsi əvvəlki kimi deyil”
Tarix: 31.07.2013 | Saat: 18:35:00 | E-mail | Çapa göndər


Gürcüstanda səfərdə olan “milli şura” üzvləri qurumun sədri Rüstəm İbrahimbəyovla görüşüblər. Görüşdən öncə isə qurum daxilində ciddi fikir ayrılığı olduğu aşkar görünürdü. Hətta Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı Divanın toplantısında “Rüstəm İbrahimbəyov kimdir ki, İsa Qəmbər onun ayağına gedə?” deyərək bir daha vahid namizəd seçdikləri kinorejissorla bağlı ciddi problem yaşadıqlarını təsdiq etdi.
Həmçinin, hələ bir neçə gün öncədən deyilirdi ki, Müsavat başqanı ilə Rüstəm İbrahimbəyov təkbətək görüşəcək. Bu, heç də təsadüfi bir hal deyil. Uzun müddətdir İsa Qəmbərin öz namizədliyindən geri çəkilməməsi, qurumda təmsil olunan bir sıra partiyaların qarşı-qarşıya gəlməsinə səbəb olmuşdu.
“Milli şura”da təmsil olunmayan müxalifət partiyalarından olan Vətəndaş və İnkişaf Partiyası(VİP) sədrinin müavini Billur Hümbətov “Palitra”ya verdiyi açıqlamada “milli şura”nın Tiflis toplantısının qaranlıq məqamlarının olduğunu söylədi:
“Burada narahat doğuran məsələlər çoxdur. İctimaiyyət arasında müxalifət liderlərinin gözlənilməz və şübhə doğuran addımlar atmaqları mənfi qarşılanır. Bu səbəbdəndir ki, sonda onlara olan ümidlər puça çıxır. Bu insanların böyük əksəriyyəti fikirləşirdilər ki, nəhayət onlar bir araya gəldilər. Amma son olaylar göstərdi ki, onlar arasında birlik mövcud deyil. Müxalifətin Tiflis görüşündən hiss etdim ki, Rüstəm İbrahimbəyovun əhval- ruhiyyəsi artıq əvvəlki kimi deyil. Onun vahid namizədlikdən geri çəkilmək ehtimalı yaranıb. İsa Qəmbərin Rüstəm İbrahombəyovla namizədlik məsələsini ayrıca görüşlə müzakirə ediləcəyi də deyilir. Bütün bu olaylar insanlar arasında birmənalı qarşılanmır”. VİP funksioneri deyir ki, müxalifət uzun illər sonra inteqrasiyaya cəhd etdi, amma fikir ayrılıqları onları birləşməyə qoymur: “Hətta seçdikləri vahid namizəd Bakıya gələcəyini desə də, bu, reallaşmadı. Təəssüf hissi ilə qeyd edirəm ki, bu layihənin başında başqa bir dövlət dayanırdı. Bütün olayları nəzərə alsaq, müxalifətin sosial bazası seçkilər bitən kimi daha da azalacaq.
“Milli şura”dakılar xarici ölkələrdən birinin layihəsinə çevriliblər. Son addımlarında isə şəxsi maraqlarını daha önə çəkərək qalmaqallar yaratdılar. “Milli şura”da təmsil olunan partiyaların hansı addımları atmaları bizi maraqlandırmır. Sadəcə olaraq bizi narahat edən odur ki, Azərbaycanı yenidən hansısa müstəmləkəçi dövlətin himayəsinə atmaq istəyirlər. On minlərlə vətəndaşımız bu yolda şəhid olub. Yenidən hansısa dövlətin tabeliyinə keçmək ilə heç cür razılaşa bilmərik. “Milli şura”nın son fəaliyyətində isə bununla bağlı izlər hiss olunur.”
Tural




 
Bölməyə aid digər xəbərlər
05.06.2020
Almaniya Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli üzrə səyləri dəstəkləyir
05.06.2020
“Prezidentin çıxışı siyasi və tarixi cəsarət idi”
03.06.2020
Prezident İlham Əliyevdən xəritəyə görə icra başçısına irad: Sisyanın əsl adı Qarakilsədir. Ona görə bunu pozun və Qarakilsə yazın
03.06.2020
Azərbaycan hərbçiləri Moskvada keçiriləcək hərbi paradda iştirak edəcək
03.06.2020
Yüksək texnoloji cəmiyyətin müsbət tərəflərindən savayı kəskin mənfi tərəfləri də mövcuddur

Şərh əlavə olunmayıb

    ,    
Tural TAĞIYEV
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11532

1 Badımcan sırdağı - VİDEO
2 ATƏT Parlament Assambleyasının sədri Prezident İlham Əliyevi təbrik edib
3 “Tez bir zamanda mükəmməl təhsil sisteminə malik dövlətlərdən biri olacağıq”
4 “Ali Baş Komandan Azərbaycan Ordusunun döyüş qabiliyyətini yüksək qiymətləndirir”
5 Möcüzələr adası və bir az da vahiməli məkan-VİDEO


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info