Vüsal Qasımlı Koreya səfirini qəbul edib
Tarix: 26.04.2019 | Saat: 14:38:00 | E-mail | Çapa göndər


Azərbaycan Respublikası İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru, iqtisad elmləri doktoru Vüsal Qasımlı Cənubi Koreyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Kim Tonq Opu qəbul edib. Vüsal Qasımlı bildirib ki, Azərbaycan və Cənubi Koreya iqtisadi inkişaf modellərinin müqayisəsi, təcrübə və fikir mübadiləsi əhəmiyyətlidir. Görüşdə xüsusilə 4-cü sənaye inqilabı şəraitində Azərbaycan və Cənubi Koreya arasında innovativ inkişaf, insan kapitalı, idarəetmə, biznes həlləri, ticarət əlaqələri və sərmayə qoyuluşu kimi məsələlər müzakirə olunmuşdur. Qərara alınmışdır ki, Bakıda İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi və Koreya İnkişaf İnstitutu birlikdə "Problemli kreditlərin həlli: Azərbaycan və Koreya təcrübələri" mövzusunda beynəlxalq konfrans keçirsin. Səfir Kim Tonq Opa İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin layihələri - Azexport.az, EnterpriseAzerbaijan.com, Rəqəmsal Ticarət Qovşağı, Azranking.az və “Bir Pəncərə” İxraca Dəstək Mərkəzi barədə məlumat verilib.
Sonda səfir Kim Tonq Opa “Doing Business 2020” islahatlarına həsr olunan islahat icmalı təqdim olunub.

Anar




 
Bölməyə aid digər xəbərlər
20.10.2019
Gələn il Azərbaycan manatının dollara məzənnəsi ilə bağlı proqnoz
19.10.2019
Moskva Bakıya nüvə elmi və texnologiyaları mərkəzinin yaradılmasını təklif edib
19.10.2019
Çinlə Azərbaycan arasında ticarət dövriyyəsi rekord həddə çatıb
19.10.2019
BP: Azərbaycanın bərpa olunan enerji mənbələri sahəsində böyük potensialı var
19.10.2019
Azərbaycanda həyata keçirilən iqtisadi islahatlar Vaşinqtonda müzakirə olunub

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10923

1 Mitinqi yox, Türk Şurasının nailiyyətini təbliğ edin...
2 Prezident: Gələn ilin büdcəsi həm sosial, həm investisiya yönümlü olmalıdır
3 Gələn il əmək pensiyaları bir daha artırılacaq
4 “Zəngəzurun Ermənistana birləşdirilməsi böyük Türk Dünyasını parçaladı”
5 70 saylı Masallı şəhər və 71 saylı Masallı kənd seçki dairələrində seminarlar keçirilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info