Ölkəmiz Ümumdünya Gömrük Təşkilatının Avropa regionuna rəhbərlik edəcək
Tarix: 27.04.2019 | Saat: 01:26:00 | E-mail | Çapa göndər



Rusiyanın Sankt-Peterburq şəhərində keçirilən Ümumdünya Gömrük Təşkilatı (ÜGT) Avropa Regionu Gömrük Xidməti Rəhbərlərinin Konfransı başa çatıb.

Dövlət Gömrük Komitəsinin (DGK) mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, konfransda Ümumdünya Gömrük Təşkilatı Avropa regionunun tranzit sistemlərinin uyğunlaşdırılması, ÜGT-də əlavə dillərin istifadəsi, ÜGT-yə qoşulma ilə əlaqədar işçi qrupun fəaliyyətinin nəticələri, ÜGT-də fəaliyyətin qiymətləndirilməsi alətinin hazırlanması, 2019-2022-ci illər üzrə hazırlanacaq Strateji Planda Avropa regionunun prioritetləri, ÜGT-nin qayda və prosedurlarının təkmilləşdirilməsi, ÜGT-nin regional laboratoriyalarının texniki şərtlərinin qəbul edilməsi, habelə ÜGT Avropa regionunun ÜGT-nin Komitə və orqanlarında təmsil edilməsi məsələləri müzakirə edilib.
Konfransda ÜGT-nin Potensialın Gücləndirilməsi üzrə Bakıda yerləşən Avropa Regional Ofisinin rəhbərinin və ÜGT-nin Maliyyə Komitəsinin sədrinin hesabatları dinlənilib və bundan sonra Ümumdünya Gömrük Təşkilatının Gömrük Əməkdaşlıq Şurasının sədr müavini, Avropa regionu üzrə rəhbəri vəzifəsinə seçkilər keçirilib.
Seçkilər zamanı ayrılmış vaxtın sonuncu saatında qeyd olunan vəzifəyə Avropa İttifaqı tərəfindən Yunanıstanın namizədliyi irəli sürülüb. Məhz bu namizədlik Avropa İttifaqı tərəfindən dəstəkləndiyi üçün gərgin müzakirələr aparılıb. Ümumi razılıq əldə olunmadığından məsələnin müzakirəsi növbəti günə keçirilib. Bununla əlaqədar, Azərbaycan nümayəndə heyətinin gün boyunca Avropa İttifaqının nümayəndələri, o cümlədən Yunanıstan, Böyük Britaniya və Rusiya gömrük xidmətlərinin rəhbər vəzifəli şəxsləri ilə məsələyə dair geniş spektrli müzakirələri aparılıb.
Konfransın öz işini davam etdirdiyi dövrdə məsələ yenidən müzakirə edilib və Böyük Britaniya gömrük xidmətinin rəhbəri Azərbaycanın namizədliyi barədə öz müsbət mövqeyini bildirib. Bununla yanaşı, Qazaxıstan, Türkiyə, Belarus gömrük xidmətlərinin nümayəndələri də müsbət rəylə çıxış edib. Gərgin keçən müzakirələrdən sonra Azərbaycan iki il müddətinə Ümumdünya Gömrük Təşkilatının Gömrük Əməkdaşlıq Şurasının sədr müavini, Avropa regionu üzrə rəhbər seçilib.
Sonra Azərbaycan tərəfi sədr müavinliyi çərçivəsində görüləcək işlər ilə əlaqədar olaraq proqram xarakterli təqdimatla çıxış edib.




 
Bölməyə aid digər xəbərlər
20.10.2019
Gələn il Azərbaycan manatının dollara məzənnəsi ilə bağlı proqnoz
19.10.2019
Moskva Bakıya nüvə elmi və texnologiyaları mərkəzinin yaradılmasını təklif edib
19.10.2019
Çinlə Azərbaycan arasında ticarət dövriyyəsi rekord həddə çatıb
19.10.2019
BP: Azərbaycanın bərpa olunan enerji mənbələri sahəsində böyük potensialı var
19.10.2019
Azərbaycanda həyata keçirilən iqtisadi islahatlar Vaşinqtonda müzakirə olunub

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10923

1 Mitinqi yox, Türk Şurasının nailiyyətini təbliğ edin...
2 Prezident: Gələn ilin büdcəsi həm sosial, həm investisiya yönümlü olmalıdır
3 Gələn il əmək pensiyaları bir daha artırılacaq
4 “Zəngəzurun Ermənistana birləşdirilməsi böyük Türk Dünyasını parçaladı”
5 70 saylı Masallı şəhər və 71 saylı Masallı kənd seçki dairələrində seminarlar keçirilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info