“Məntəqə seçki komissiyalarının şikayətlərə laqeyd yanaşmaq hüququ yoxdur”
Tarix: 31.07.2013 | Saat: 19:12:00 | E-mail | Çapa göndər


Mərkəzi Seçki Komissiyasının (MSK) sədr müavini Natiq Məmmədov dairə seçki komissiyaları (DSK) sədrləri üçün seçki hüququ üzrə ixtisaslaşdırılmış kursda çıxışında bildirdi ki, vətəndaşların müraciətinin haqlı-haqsız olmasından asılı olmayaraq, bu müraciətlərin araşdırılması mexanizmi qurulub. N. Məmmədov çıxışında vətəndaşların seçki hüquqlarının pozulmasına aid müraciətlərə baxılması məsələlərinə toxunaraq qeyd etdi ki, artıq şikayətlərin azaldılması tendensiyası halları baş verir. Bu da maarifləndirmə işinin artırılması ilə bağlıdır. O bildirdi ki, seçki komissiyalarına ünvanlanan şikayətlərə baxılmasını tənzimləyən sənəd də qəbul edilib. N. Məmmədov məntəqə seçki komissiyalarının vətəndaşlarla ən çox ünsiyyətdə olan seçki qurumu olduğunu da xatırladaraq, burada çalışan şəxsləri diqqətli olmağa çağırdı: “Məntəqə seçki komissiyasının fəaliyyəti narazılıqlarla tez-tez qarşılaşır. Məntəqə seçki komissiyalarının əsas fəaliyyəti seçiciləri müəyyən edib, seçkidə iştirakını təmin etməkdir. Məntəqə seçki komissiyalarının şikayətlərə laqeyd yanaşmaq hüququ da yoxdur. Seçki günü isə məntəqə seçki komissiyaları əsas işini davam etdirməli, şikayətlərə də baxmağa çalışmalıdır”. N. Məmmədov qeyd etdi ki, şikayət ərizələrində ünvan, tarix və şikayəti göndərən şəxs barədə məlumat, əlaqə telefonu aydın əksini tapmalıdır. O, kimlərin şikayət etmək səlahiyyətində olduğunu da açıqladı: “Vətəndaşlar, partiyalar, namizədlər şikayət göndərə bilər. Siyasi partiya, yaxud siyasi partiyalar birbaşa, yaxud səlahiyyətli nümayəndəsi vasitəsi ilə şikayət verə bilər. Məntəqə seçki komissiyalarında şikayət qeydiyyatdan keçməlidir. Komissiyada şikayətin araşdırılması azaddır”. Şikayət verən şəxsin iclasda iştirak etmək istəyinin nəzərə alınmalı olduğunu da vurğulayan N. Məmmədov bildirdi ki, Avropa Şurası Venesiya Komissiyasının tövsiyəsinə uyğun olaraq, DSK-nın qərarları açıq keçirilən iclaslarda elan olunmalıdır: “Ancaq qanunvericiliyə görə, maraqlı tərəflər qərar verən şəxslərin mövqelərini bilməməlidir. Bu, bir çox səbəblərlə bağlıdır. Bununla belə, obyektivlik naminə biz DSK tərəfindən qərar qəbul edilərkən iclasların qapalı yox, açıq keçirilməsini tövsiyə edirik”. N.Məmmədov DSK-lar tərəfindən 2 gün ərzində şikayətlərə baxılmalı olduğunu da qeyd etdi: “DSK-nın şikayətlə bağlı verdiyi qərarın dərc olunması müddəti də azaldılıb. Qərarlar isə 18 saat ərzində dərc olunmalıdır. DSK təkrar şikayətə baxa bilməz”.MSK sədrinin müavini ekspert qrupunun üzvü olmayan şəxslərin araşdırma aparmaq səlahiyyətində olmadığını da qeyd etdi. N. Məmmədov DSK-da telefon və internetlə müraciətə baxılması prosedurunu da açıqladı: “Qeydiyyat kitabında şəxsin hansı saatda zəng etdiyi və hansı məsələ ilə əlaqədar müraciət etdiyi əksini tapmalıdır. Çünki sabah vətəndaş bu zəngi DSK-ya şikayət kimi təqdim edə bilər. Telefon və internetlə müraciətə baxılmasına gəlincə, elə məsələ ola bilər ki, DSK üzvü baxa bilər. Ancaq elə məsələ də ola bilər ki, onunla bağlı DSK-nın iclasında qərar verilməlidir. Bu halda da vətəndaşa izah olunmalıdır ki, DSK-ya yazılı müraciət etsin. Ümumiyyətlə, müraciətlər yazılı olmalıdır”.


Nigar Abdullayeva




 
Bölməyə aid digər xəbərlər
16.11.2018
“Hüquqi dövlət quruculuğunda məhkəmə-KİV münasibətlərinin inkişafı vacibdir”
16.11.2018
Azərbaycan Gənclərinin VIII Forumu keçirilib
16.11.2018
Dərman vasitələrinin qanunsuz dövriyyəsi ilə əlaqədar başlanmış cinayət işi məhkəməyə göndərilib
16.11.2018
Dövlət Miqrasiya Xidmətinin fəaliyyətində yeniliklər tətbiq olunur
16.11.2018
“Azərbaycanda hakimlərin sayı azdır”

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10488

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info