Prezident Xorvatiya Baş nazirinin müavininin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib
Tarix: 29.04.2019 | Saat: 12:15:00 | E-mail | Çapa göndər


Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 29-da Xorvatiya Respublikası Baş nazirinin müavini, xarici işlər və Avropa məsələləri naziri xanım Mariya Buriçin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib. AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı Xorvatiyaya səfərini məmnunluqla xatırlayaraq orada aparılan danışıqların və müzakirələrin səmərəli olduğunu qeyd etdi və bu səfərin ikitərəfli münasibətlərin inkişafına mühüm töhfə verdiyini bildirdi. Prezident İlham Əliyev ölkələrimizin müxtəlif sahələrdə əməkdaşlıq həyata keçirdiklərini vurğulayaraq, əlaqələrimizin gələcəkdə də genişlənəcəyinə əminliyini ifadə etdi. Dövlətimizin başçısı Mariya Buriçin ölkəmizə səfərinin ikitərəfli münasibətlərin möhkəmlənməsi işinə töhfə verəcəyinə ümidvar olduğunu bildirdi.
Xanım Mariya Buriç, ilk növbədə, Xorvatiyanın Baş naziri Andrey Plenkoviçin salamlarını dövlətimizin başçısına çatdırdı. Mariya Buriç Prezident İlham Əliyevin Xorvatiyaya səfərinin çox uğurlu keçdiyini və səfər zamanı əlaqələrimizin daha da möhkəmlənməsi baxımından məhsuldar müzakirələrin aparıldığını qeyd etdi. O, səfəri çərçivəsində Xorvatiyanın Azərbaycandakı səfirliyinin rəsmi açılışında iştirak edəcəyini diqqətə çatdırdı. Prezident İlham Əliyev Xorvatiya Respublikasının Baş naziri Andrey Plenkoviçin salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını Xorvatiyanın Baş nazirinə çatdırmağı xahiş etdi.




 
Bölməyə aid digər xəbərlər
20.10.2019
Gələn il Azərbaycan manatının dollara məzənnəsi ilə bağlı proqnoz
19.10.2019
Moskva Bakıya nüvə elmi və texnologiyaları mərkəzinin yaradılmasını təklif edib
19.10.2019
Çinlə Azərbaycan arasında ticarət dövriyyəsi rekord həddə çatıb
19.10.2019
BP: Azərbaycanın bərpa olunan enerji mənbələri sahəsində böyük potensialı var
19.10.2019
Azərbaycanda həyata keçirilən iqtisadi islahatlar Vaşinqtonda müzakirə olunub

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10923

1 Mitinqi yox, Türk Şurasının nailiyyətini təbliğ edin...
2 Prezident: Gələn ilin büdcəsi həm sosial, həm investisiya yönümlü olmalıdır
3 Gələn il əmək pensiyaları bir daha artırılacaq
4 “Zəngəzurun Ermənistana birləşdirilməsi böyük Türk Dünyasını parçaladı”
5 70 saylı Masallı şəhər və 71 saylı Masallı kənd seçki dairələrində seminarlar keçirilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info