“Seçki komissiyalarının işinə müdaxilə edənlər cinayət məsuliyyətinə cəlb oluna bilər”
Tarix: 31.07.2013 | Saat: 19:28:00 | E-mail | Çapa göndər


Baş prokurorun birinci müavini Rüstəm Usubov Mərkəzi Seçki Komissiyasında (MSK) dairə seçki komissiyaları (DSK) sədrləri üçün seçki hüququ üzrə ixtisaslaşdırılmış kursda çıxışı zamanı bildirdi ki, seçki komissiyaların fəaliyyətinə müdaxilə edənlər - partiyalar, bələdiyyələr və digər təşkilatların nümayəndələri Cinayət Məcəlləsinə uyğun məsuliyyətə cəlb oluna bilər. R. Usubov bildirdi ki, 2005-ci ildə keçirilən parlament seçkilərinin nəticələri ilə bağlı Baş Prokurorluğa 365 müraciət daxil olub. Həmin müraciətlərin 102-i MSK-dan, 35-i dairə seçki komissiyalardan, 4-ü partiyalar blokundan, 31-i hüquq mühafizə orqanlarından, 193-ü isə vətəndaşlardan daxil olub. R. Usubov qeyd etdi ki, həmin vaxt 20 DSK ilə bağlı cinayət işi qaldırılıb. Eyni zamanda 10 DSK-nın nəticələri ləğv edilib. 4 dairə seçki komissiyasının nəticəsi MSK, 6 dairə seçki komissiyasının nəticəsi isə Konstitusiya Məhkəməsi tərəfindən ləğv edilib. 2008-ci ilin prezident seçkiləri zamanı Baş Prokurorluğa heç bir müraciət daxil olmadığını deyən R. Usubovun sözlərinə görə, 2010-cu ildə parlament seçkiləri ilə bağlı 89 müraciət daxil olub. Həmin müraciətlərin 83-ü MSK və DSK-lara göndərilib, 5-i ilə bağlı şərh verilib: “Bir müraciətlə bağlı isə cinayət işi açılıb. Bu, 89 saylı Göyçay-Ağdaş Dairə Seçki Komissiyasında namizədliyi qeydə alınan Vidadi İsgəndərov tərəfindən məntəqə seçki komissiyalarının işinə müdaxilə olunması ilə bağlıdır”. O əlavə etdi ki, qanun pozuntularının sayının azalması seçki komissiyalarının işinin düzgün qurmasının nəticəsi kimi də qiymətləndirilə bilər. R. Usubov bildirdi ki, prokurorluq orqanlarının maddi-texniki bazasının gücləndirilməsi, sosial vəziyyətin yaxşılaşdırılması istiqamətində, korrupsiyaya qarşı mübarizədə daha ciddi işlər görülüb. Korrupsiyaya qarşı mübarizədə ciddi islahatlar aparılmaqla, səmərəliliyi gücləndirilib, kompleks tədbirlər həyata keçirilib: “Hüquqpozmaların sahələri müəyyənləşdirilərək, aidiyyatı üzrə göndərilib. Korrupsiyaya qarşı mübarizə sahəsində ictimai qurumlar, QHT-lərlə əməkdaşlıq edərək, əhəmiyyətli işlər görülüb. Bunun nəticəsində bəzi beynəlxalq təşkilatlar Azərbaycan dövlətinin mübarizə tədbirlərini səmərəli hesab edib”. R. Usubov qeyd etdi ki, prokurorluq orqanlarının fəaliyyətində şəffaflığın artırılması, informasiya kommunikasiya sistemi tətbiq olunmaqla, elektron sənəd dövriyyəsinin aparılması sahəsində bir sıra işlər görülüb: “Korrupsiyaya qarşı mübarizədə cəza tədbirləri tətbiq olunur, eyni zamanda inzibati tədbirlər və sistem xarakterli addımlar görülür. “ASAN xidmət” mərkəzlərinin yaradılmasında da məqsəd korrupsiyaya qarşı mübarizənin gücləndirilməsidir. Korrupsiyaya qarşı mübarizədə, şəffaflığın artırılmasında İKT sahəsinin inkişafı çox mühümdür. Baş Prokurorluq tərəfindən 2013-cü ildə bununla bağlı xüsusi proqram hazırlanıb. Azərbaycan respublikasında qeyd alınmış cinayətlərdə bağlı Elektron Cinayət Sistemi yaradılıb. Elektron Cinayət Sistemində cinayət qeydə alınandan başlayaraq sonrakı proseduralarla bağlı məlumatlar yer alır. Bu, bizim işimizi daha da asanlaşdırır”.

Nigar Abdullayeva




 
Bölməyə aid digər xəbərlər
22.03.2019
Azərbaycan və Pakistan arasında təhlükəsizlik və hərbi sahələrdə əməkdaşlığın inkişaf yolları müzakirə olunub
21.03.2019
Azərbaycan və Argentina arasında əməkdaşlığın perspektivləri müzakirə edilib
21.03.2019
Nursultan Nazarbayevin qərarı qazax xalqının firavan gələcəyini təmin edəcək
21.03.2019
Meksikada Novruz bayramı və Azərbaycan Mədəniyyəti Günü qeyd olunub
21.03.2019
Birinci vitse-prezident Mehriban Əliyeva Dariqa Nazarbayevanı təbrik edib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10702

1 Elektromaqnitizmin müxtəlif sahələrinə mühüm töhfələr verən görkəmli azərbaycanlı alim
2 Lənkəranın ucqar kənd məktəbində Novruz şənliyi keçirilib
3 Yuliya Naçalova vəfat edib
4 İraqda bərə qəzaya uğrayıb: 71 ölü
5 Məhkum edilmiş bir sıra şəxslər əfv olundu


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info