Buzovna qəsəbəsində məktəblər üçün yeni korpuslar tikilir
Tarix: 31.07.2013 | Saat: 19:47:00 | E-mail | Çapa göndər


“2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı” na uyğun olaraq Xəzər rayonunun Buzovna qəsəbəsində bir sıra təhsil ocaqlarının tikintisi və əsaslı təmir işləri həyata keçirilir.
Rayon icra hakimiyyətindən bildiriblər ki, hazırda qəsəbədəki 26 nömrəli orta məktəbin həyətində 800 şagird yerlik 40 əlavə sinif korpusunun tikintisi işləri aparılır. Qəsəbənin 206 nömrəli orta məktəbinin həyətində isə 6 əlavə sinif otağı üçün yeni korpus binasının tikintisi davam etdirilir. Burada həmçinin idman və akt zalının inşası da planlaşdırılıb.
Bundan əlavə, qəsəbədəki 125 nömrəli məktəbin həyətində də yeni korpusun inşası işləri yekunlaşmaq üzrədir. Hər üç binanın dam örtüyü vurulub, pəncərələr qoyulub, kanalizasiya, istilik və elektrik xətləri çəkilib. Binaların daxilində son tamamlanma işləri aparılır.
Eyni zamanda, məktəblərin həyətində yaşıllıq və abadlaşdırılma ilə bağlı tədbirlər də görülür.




 
Bölməyə aid digər xəbərlər
16.11.2018
Sanqaçal qəsəbə sakinləri ilə növbəti səyyar görüş keçirilib
16.11.2018
Sahil Babayev Şəmkirdə 5 rayonun sakinləri ilə görüşüb
16.11.2018
Birinci qrup ilkin əlillik təyin olunanların sayında azalma 75,8 faizə çatıb
16.11.2018
“Bakı Metropoliteni” işçi axtarır
15.11.2018
110 şəhid hərbi qulluqçu üzrə 135 vərəsəyə birdəfəlik ödəmənin verilməsinə dair qərar qəbul olundu

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10493

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info