6 ay ərzində qəsdən adam öldürmə cinayətlərindən cəmi 5-i açılmayıb
Tarix: 31.07.2013 | Saat: 19:51:00 | E-mail | Çapa göndər


Baş Prokurorun birinci müavini Rüstəm Usubov Mərkəzi Seçki Komissiyasında (MSK) dairə seçki komissiyaları (DSK) sədrləri üçün seçki hüququ üzrə ixtisaslaşdırılmış kursda çıxışında bildirib ki, prokurorluq orqanları əməkdaşlarının 52 faizi gənc kadrlardan ibarətdir. R. Usubov bildirib ki, prokurorluq dünyagörüşə malik, vətənpərvər gənc hüquqşünaslarla təmin olunub: “Bu gənclərdən 70 nəfəri daha da irəli çəkilib. Onlar hazırda Baş Prokurorluğun mərkəzi aparatında işləyir”.
R. Usubov cinayət hadisələrinin istintaqı ilə bağlı aparılan işlərə də toxunub: “Əvvəlki illərlə müqayisədə bu ilin birinci yarısında soyğunçuluq 24 faiz, oğurluq 46 faiz, dövlət əmlakının talanması ilə bağlı cinayətlər isə 17,3 faiz azalıb. Əvvəlki illərdə ən azı 500-600 qəsdən adam öldürmə cinayətləri qeydə alınırdısa, son illər 180-190 qəsdən adamöldürmə hadisəsi baş verir. Əvvəlki illər bu cinayətlərin 200-ü açılmamış qalırdısa, son illər 10-15 qəsdən adam öldürmə cinayəti açılmamış qalıb. Ümumilikdə isə bu ilin 6 ayı ərzində bu xarakterli cinayətlərdən cəmi 5 iş açılmayıb”.

Nigar




 
Bölməyə aid digər xəbərlər
20.08.2019
Bakıdan avtobusla Naxçıvana gedənlərə şad xəbər
20.08.2019
Azərbaycanın avtomobil bazarında qiymətlər necə dəyişəcək?
20.08.2019
Daha 185 şəhid vərəsəsinə birdəfəlik ödəmə verilməsinə dair qərar qəbul olunub
19.08.2019
Azərbaycanda əhaliyə bu xidmət pulsuz göstəriləcək – Qaydalar təsdiqləndi
18.08.2019
Xaçmaz və Xızıya yeni polis rəisləri təyin olunub

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Namiq Əliyev
Anar MİRİYEV
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10867

1 750 mindən çox vətəndaşın pensiyasında artım olacaq
2 Sabahdan Türkiyə ilə Naxçıvan arasında birbaşa hava dəhlizi açılır
3 Azərbaycana qarşı casusluq edən 128 nəfər aşkar edilib
4 “Məqsədimiz elm xadimləri və tələbələri bir araya toplayaraq “düşünən beyin” komandası qurmaqdır”
5 “Dövlət dəstəyi olmadan Belarusda Azərbaycan turizminin təbliği ilə bağlı istənilən nəticə əldə olunmaz”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info