Azərbaycan Gömrük Xidmətinin rəhbər vəzifəyə seçilməsi ölkəmizə qlobal miqyasda etimadın bariz nümunəsidir
Tarix: 29.04.2019 | Saat: 17:31:00 | E-mail | Çapa göndər





Azərbaycan Gömrük Xidmətinin rəhbər vəzifəyə seçilməsi ölkəmizə qlobal miqyasda etimadın daha bir bariz nümunəsidir. Bu sözləri aprelin 29-da keçirilən mətbuat konfransında Dövlət Gömrük Komitəsi (DGK) sədrinin müavini İqbal Babayev Azərbaycanın Ümumdünya Gömrük Təşkilatının Avropa regionuna rəhbər seçilməsini şərh edərkən deyib. “Prezident İlham Əliyevin apardığı məqsədyönlü daxili və xarici siyasətin, davamlı inkişaf strategiyasının, qloballaşan dünyada müasir çağırışlara, eləcə də beynəlxalq ticarətin inkişafına töhfə verən layihə və tətbiqlərin nəticəsi olaraq, ölkəmiz bütün istiqamətlərdə, o cümlədən gömrük sahəsində dünya birliyinə inteqrasiya olunub, Azərbaycan Gömrük Xidməti Ümumdünya Gömrük Təşkilatının ən fəal üzvlərindən biri kimi özünü təsdiq edib. Xəbər verildiyi kimi, Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi Ümumdünya Gömrük Təşkilatı Gömrük Əməkdaşlıq Şurasının sədr müavini, Avropa Regionu üzrə rəhbər seçilib. Bununla bağlı qərar aprelin 26-da Sankt-Peterburqda, Ümumdünya Gömrük Təşkilatı Avropa Regionu Gömrük Xidməti Rəhbərlərinin Konfransında qəbul edilib. Azərbaycan Respublikası 2 il müddətinə Ümumdünya Gömrük Təşkilatı Gömrük Əməkdaşlıq Şurasının sədr müavini, Avropa Regionu üzrə rəhbər seçilib. Beynəlxalq aləmdə söz sahibi olan, dünya ticarət-təchizat zəncirinin davamlılığının təmin edilməsində xüsusi rol oynayan Böyük Britaniya, Türkiyə və Rusiya kimi Avropanın nəhəng dövlətlərinin, eləcə də Qazaxstan və digərlərinin Azərbaycanı dəstəkləməsi, şübhəsiz ki, ölkə rəhbərliyi tərəfindən aparılan uğurlu siyasətin təntənəsi kimi qiymətləndirilməlidir”, - deyə o bildirib.
İ.Babayev qeyd edib ki, son illər Azərbaycanda siyasi, iqtisadi, humanitar mövzularda keçirilən beynəlxalq konfrans və forumlar, I Avropa Oyunları, IV İslam Həmrəyliyi Oyunları və Formula 1 kimi mötəbər idman yarışları, mədəniyyət və incəsənət sahəsində beynəlxalq tədbirlər dövlətimiz və onun rəhbəri tərəfindən dünyanın tərəqqisinə yönələn töhfələr kimi dəyərləndirilir. “Prezident İlham Əliyev tərəfindən beynəlxalq ticarətin təhlükəsiz şəkildə reallaşdırılması, sərhədkeçmə proseslərinin sürətləndirilməsi, gömrük prosedurlarının sadələşdirilməsi məqsədilə atılan addımlar, həyata keçirilən islahatlar, eyni zamanda, gömrük orqanlarının bu istiqamətdə qarşıya qoyulan vəzifələri uğurla icra etməsi təkcə Azərbaycan vətəndaşlarının deyil, region və dünya dövlətlərinin də iqtisadi inkişafına, xalqların rifahının yaxşılaşdırılmasına münbit şərait yaradır. Bu da Azərbaycanın dünyada nüfuzunun sürətlə artmasını, ölkəmizə beynəlxalq aləmdə göstərilən etimadın yüksəlməsini təmin edən amillərdir. Azərbaycan Prezidentinin rəhbərliyi ilə ölkədə bütün sahələrdə olduğu kimi, gömrük sistemində aparılan islahatlar da kompleks xarakter daşıyır. İslahatlar fiskal siyasətin, maliyyə-uçot sisteminin düzgün qurulmasını, şəffaflığın təmin edilməsini, qaçaqmalçılığa qarşı effektiv mübarizə aparılmasını təmin etməklə yanaşı, ölkə gömrüyünün dünya gömrük ailəsinin ən etibarlı üzvünə çevrilməsinə şərait yaradıb. Təkcə son bir ildə Azərbaycanda 100-dən çox ölkədən ümumilikdə 1000-dən artıq nümayəndənin, beynəlxalq ekspertlərin, gömrük xidməti rəhbərlərinin, hökumət və özəl sektor təmsilçilərinin iştirakı ilə keçirilən Gömrük və Logistika üzrə Səlahiyyətli İqtisadi Operatorlar Beynəlxalq Assosiasiyasının illik Assambleyası və Konfransı, Narkotiklərlə Mübarizə üzrə 36-cı Beynəlxalq Konfrans kimi tədbirlər Azərbaycan gömrük orqanlarının beynəlxalq aləmdəki nüfuzunun bariz nümunəsidir. İstər adıçəkilən beynəlxalq tədbirlər, istərsə də bu ilin iyununda Ümumdünya Gömrük Təşkilatının Bakıda keçiriləcək informasiya texnologiyaları sahəsində beynəlxalq konfrans və sərgisi Prezident İlham Əliyevin bilavasitə dəstəyi, tapşırıq və tövsiyələri əsasında təşkil olunan mühüm tədbirlərdir. Dövlət Gömrük Komitəsi sədrinin Ümumdünya Gömrük Təşkilatı Gömrük Əməkdaşlıq Şurasının sədr müavini, eləcə də bu təşkilatın 53 ölkəni özündə birləşdirən Avropa Regionu üzrə rəhbəri seçilməsi bir daha ölkə başçısının apardığı daxili və xarici siyasətin, yorulmaz və qətiyyətli fəaliyyətinin uğurlu nəticəsidir”, - deyə DGK-nın sədr müavini vurğulayıb.

Tural




 
Bölməyə aid digər xəbərlər
20.10.2019
Gələn il Azərbaycan manatının dollara məzənnəsi ilə bağlı proqnoz
19.10.2019
Moskva Bakıya nüvə elmi və texnologiyaları mərkəzinin yaradılmasını təklif edib
19.10.2019
Çinlə Azərbaycan arasında ticarət dövriyyəsi rekord həddə çatıb
19.10.2019
BP: Azərbaycanın bərpa olunan enerji mənbələri sahəsində böyük potensialı var
19.10.2019
Azərbaycanda həyata keçirilən iqtisadi islahatlar Vaşinqtonda müzakirə olunub

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10923

1 Mitinqi yox, Türk Şurasının nailiyyətini təbliğ edin...
2 Prezident: Gələn ilin büdcəsi həm sosial, həm investisiya yönümlü olmalıdır
3 Gələn il əmək pensiyaları bir daha artırılacaq
4 “Zəngəzurun Ermənistana birləşdirilməsi böyük Türk Dünyasını parçaladı”
5 70 saylı Masallı şəhər və 71 saylı Masallı kənd seçki dairələrində seminarlar keçirilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info