Azərbaycan “Pekin Ekspo 2019” Botanika Sərgisində milli pavilyonla təmsil olunur
Tarix: 29.04.2019 | Saat: 17:43:00 | E-mail | Çapa göndər


Aprelin 29-da Çin Xalq Respublikasının paytaxtı Pekində “Pekin Ekspo 2019” Botanika Sərgisi açılıb. Azərbaycan sərgidə Heydər Əliyev Mərkəzinin və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin dəstəyi ilə milli pavilyonla təmsil olunur. “Pekin Ekspo 2019” “Təbiəti qoruyaq, daha yaxşı yaşayaq” mövzusunda təşkil edilib. Sərgi 503 hektar ərazini əhatə edir. Oktyabrın 7-dək davam edəcək sərgidə 16 milyon ziyarətçinin olacağı gözlənilir. “Azərbaycan: təbiət və incəsənətin harmoniyası” (“Azerbaijan: Harmony of Nature and Art”) adlanan milli pavilyonun ümumi konsepsiyası ölkəmizin öz tarix və ənənələrinə sadiq qalaraq daim inkişafda olduğunu nümayiş etdirir. Pavilyonun spiralvari forması Azərbaycanın davamlı, sabit inkişafını və dinamikliyini, eksteryerdə qoyulan nar ağacı isə ölkənin məhsuldar gələcəyini xarakterizə edir. Pavilyonun interyer dizaynı ölkənin adət-ənənələrini nümayiş etdirir. Azərbaycan xalçalarının timsalında incəsənət və təbiətin yaxın əlaqəsi diqqətə çatdırılır, ətraf mühitin qorunmasının vacibliyi vurğulanır. Pavilyon Azərbaycanın xalçaçılıq məktəbləri üzrə dörd hissəyə bölünüb: Qarabağ, Təbriz, Gəncə-Qazax, Quba-Şirvan. Hər bir bölgəyə xas xalça motivləri xüsusi proyeksiya vasitəsilə döşəmə üzərində əks olunur. Burada xalçaların toxunmasının nümayişi məqsədilə xana qoyulub və eyni zamanda, xalça toxunuşunu öyrədən videomaterial təqdim edilir. Pavilyonda xalçalarda istifadə olunan rənglər əsasında landşaft dizaynı hazırlanıb və buna uyğun bitki çeşidləri əkilib. Burada, həmçinin Azərbaycan təbiətinə xas olan ağac və çiçəklər təqdim olunur. Pavilyonda Xarı bülbül gülünü rəqəmsal formatda əks etdirən eksponat da nümayiş etdirilir. Ekspo ziyarətçiləri burada, həmçinin milli musiqi alətlərimizlə tanış ola biləcək, nümayiş olunan videomateriallar vasitəsilə Azərbaycan musiqisini dinləmək və milli rəqslərimizlə tanış olmaq imkanı əldə edəcəklər. Burada, həmçinin Azərbaycan milli geyimləri də təqdim olunur. Pavilyonun ətrafında Azərbaycan təbiətinin gözəlliklərini əks etdirən böyük ölçülü fotostendlər quraşdırılıb. Sərgidə, həmçinin böyük İpək Yolunu və Azərbaycanın bu yolun bərpası məqsədilə Çin hökumətinin “Bir kəmər, bir yol” təşəbbüsünü dəstəkləyən layihələrini əks etdirən foto-video materiallar və məlumatlar təqdim edilir. Pavilyonun çıxış hissəsində quraşdırılan “I love Baku” stendi ziyarətçilərə Azərbaycana xas ornamentlərin əks olunduğu müxtəlif suvenirlər, hədiyyələr təqdim edir.




 
Bölməyə aid digər xəbərlər
20.10.2019
Gələn il Azərbaycan manatının dollara məzənnəsi ilə bağlı proqnoz
19.10.2019
Moskva Bakıya nüvə elmi və texnologiyaları mərkəzinin yaradılmasını təklif edib
19.10.2019
Çinlə Azərbaycan arasında ticarət dövriyyəsi rekord həddə çatıb
19.10.2019
BP: Azərbaycanın bərpa olunan enerji mənbələri sahəsində böyük potensialı var
19.10.2019
Azərbaycanda həyata keçirilən iqtisadi islahatlar Vaşinqtonda müzakirə olunub

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10923

1 Mitinqi yox, Türk Şurasının nailiyyətini təbliğ edin...
2 Prezident: Gələn ilin büdcəsi həm sosial, həm investisiya yönümlü olmalıdır
3 Gələn il əmək pensiyaları bir daha artırılacaq
4 “Zəngəzurun Ermənistana birləşdirilməsi böyük Türk Dünyasını parçaladı”
5 70 saylı Masallı şəhər və 71 saylı Masallı kənd seçki dairələrində seminarlar keçirilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info