SOCAR-la “Petronas”ın mövcud tərəfdaşlıq məsələləri müzakirə olunub
Tarix: 29.04.2019 | Saat: 18:50:00 | E-mail | Çapa göndər


SOCAR ilə “Petronas” şirkətinin mövcud tərəfdaşlıq məsələləri müzakirə edilib. SOCAR-dan bildirilib ki, şirkətin prezidenti Rövnəq Abdullayev Formula 1 SOCAR Azərbaycan Qran-Prisi ilə əlaqədar ölkəmizdə səfərdə olan Malayziyanın “Petronas” şirkətinin prezidenti Tan Sri Van Zulkifli Van Ariffinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb. R.Abdullayev qonaqları “Mercedes-AMG Petronas Motorsport” komandasının Formula 1 SOCAR Azərbaycan Qran-Prisində uğur qazanması münasibətilə təbrik edib. “Petronas” şirkətinin rəhbərliyi Formula 1 SOCAR Azərbaycan Qran-Prisinin hər il yüksək səviyyədə keçirildiyini qeyd edərək minnətdarlığını bildirib. Görüşdə SOCAR və “Petronas” arasında mövcud tərəfdaşlıq məsələləri müzakirə olunub, o cümlədən “Şahdəniz” layihəsinin yüksək səviyyədə inkişaf etdirilməsi ilə bağlı qonaqlara məlumat verilib. Bildirilib ki, “Şahdəniz” yatağının işlənməsinin ikinci mərhələsi və Cənub Qaz Dəhlizinin digər seqmentləri üzrə işlər tam sürətlə, bəzən hətta qrafiki qabaqlamaqla yerinə yetirilir. Şirkətlər arasında hasilat, satış və digər sahələrdə əməkdaşlıq perspektivlərinin müzakirə edildiyi görüşdə qeyd olunub ki, maraq doğuran müxtəlif sahələrdə tərəfdaşlıq imkanlarının dəqiqləşdirilməsi aparılacaq. “Petronas”ın prezidenti bu cür yüksək səviyyəli görüşlərin faydalı olduğunu bildirib, gələcəkdə Bakıda və Malayziyada növbəti görüşlərin keçirilməsi ilə bağlı fikirlərini bölüşüb. Xatırladaq ki, “Petronas” şirkəti “Şahdəniz” yatağının işlənməsi layihəsində 15,5 faiz, Cənubi Qafqaz Boru Kəməri layihəsində 15,5 faiz, həmçinin “Azerbaijan Gas Supply Company” şirkətində 12,4 faizlik paya sahibdir.




 
Bölməyə aid digər xəbərlər
20.10.2019
Gələn il Azərbaycan manatının dollara məzənnəsi ilə bağlı proqnoz
19.10.2019
Moskva Bakıya nüvə elmi və texnologiyaları mərkəzinin yaradılmasını təklif edib
19.10.2019
Çinlə Azərbaycan arasında ticarət dövriyyəsi rekord həddə çatıb
19.10.2019
BP: Azərbaycanın bərpa olunan enerji mənbələri sahəsində böyük potensialı var
19.10.2019
Azərbaycanda həyata keçirilən iqtisadi islahatlar Vaşinqtonda müzakirə olunub

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10923

1 Mitinqi yox, Türk Şurasının nailiyyətini təbliğ edin...
2 Prezident: Gələn ilin büdcəsi həm sosial, həm investisiya yönümlü olmalıdır
3 Gələn il əmək pensiyaları bir daha artırılacaq
4 “Zəngəzurun Ermənistana birləşdirilməsi böyük Türk Dünyasını parçaladı”
5 70 saylı Masallı şəhər və 71 saylı Masallı kənd seçki dairələrində seminarlar keçirilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info