“Seçki hüququ pozulan iddiaçılar məhkəmələrə müraciət edə bilərlər”
Tarix: 31.07.2013 | Saat: 21:00:00 | E-mail | Çapa göndər


Mərkəzi Seçki Komissiyasının (MSK) təşəbbüsü ilə dairə seçki komissiyaları (DSK) sədrləri üçün seçki hüququ üzrə ixtisaslaşdırılmış kursda çıxış edən Ali Məhkəmənin sədri Ramiz Rzayev bildirdi ki, seçkilərdə yalnız məhkəmənin qərarı ilə fəaliyyət qabiliyyətsizliyi təsdiq edilən şəxslərin iştirak etmək hüququ yoxdur. Onun sözlərinə görə, qanunla müəyyən edilən digər hallarda isə seçki hüququ məhdudlaşdırıla bilməz: “Konstitusiyaya görə, hər kəsin məhkəməyə müraciət etmək hüququ var. Seçki hüquqları pozulduğunu iddia edən Azərbaycan vətəndaşları da onların bərpası məqsədilə məhkəmələrə müraciət edə bilərlər”.
R. Rzayev qeyd etdi ki, Ali Məhkəməyə birbaşa müraciət edilə bilməz. Bunun üçün seçicilər, namizədlər, siyasi partiyaların, blokların, təşəbbüs qruplarının şikayətləri əvvəlcə müvafiq məhkəmə instansiyasına təqdim olunmalıdır. Qanunun tələbləri haqda danışan Ali Məhkəmənin sədri onu da bildirdi ki, qanun nə qədər geniş olsa da, həyat zəngindir: “Qarşıya çıxan elə məqamlar olur ki, qanun buna münasibət bildirməkdə çətinlik çəkir. Ola bilər ki, qərarınız qanunudur. Nəticəvi hissədə əsaslandırmasanız bunu sübuta yetirmək çətin olacaq və şübhə yaradacaq”.
R. Rzayev Ali Məhkəmədə seçkilərlə bağlı baxılan işlər haqda da bildirdi ki, 2010-cu ildə Ali Məhkəmənin Mülki Kollegiyasında 168 işə baxılıb: “Onlardan apelyasiya instansiyası məhkəməsinin 160 iş üzrə gəldiyi nəticə qanuni və əsaslı hesab edilərək qəbul olunub, məhkəmə qərarı qüvvədə saxlanılıb. Həmçinin, 8 iş üzrə apelyasiya məhkəməsinin qətnaməsi qanunsuz olduğundan ləğv edilib. Onlardan 4 iş üzrə yeni qərar qəbul edilib, 4 iş üzrə apelyasiya instansiya məhkəməsinin qərarı ləğv edilərək, işlər yenidən baxılması üçün məhkəməyə göndərilib. 2010-cu ildə baxılmış işlərin 16-sı bələdiyyə seçkiləri ilə əlaqədar, 152-si Azərbaycan Respublikasının Milli Məclisinə keçirilən seçkilərlə əlaqədar olub”.

Nigar




 
Bölməyə aid digər xəbərlər
22.09.2018
Azərbaycanda gördüklərim məndə xoş təəssüratlar yaratdı
22.09.2018
Azərbaycan ilə İordaniya dost və qardaş ölkələrdir
22.09.2018
Azərbaycan-Rusiya parlamentlərarası əlaqələri yüksək səviyyədədir
22.09.2018
İsveçrə və Azərbaycan arasında çox yaxşı əlaqələr mövcuddur
21.09.2018
Yıldırım: “Azərbaycanı vətənim kimi qəbul edirəm“

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10130

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info