Bakıda Azərbaycan-Xorvatiya biznes forumu keçirilib
Tarix: 29.04.2019 | Saat: 19:20:00 | E-mail | Çapa göndər


İqtisadiyyat Nazirliyinin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə aprelin 29-da Bakıda Azərbaycan-Xorvatiya biznes forumu keçirilib. Tədbirdə rəsmi şəxslərlə yanaşı, hər iki tərəfdən iqtisadiyyatın müxtəlif sahələrində fəaliyyət göstərən 80-dən çox sahibkar iştirak edib. İqtisadiyyat nazirinin müavini Rüfət Məmmədov Azərbaycan-Xorvatiya iqtisadi-ticarət əlaqələrinin inkişaf etdiyini vurğulayıb. Diqqətə çatdırıb ki, indiyədək Azərbaycanla Xorvatiya arasında müxtəlif sahələrdə 22 sənəd imzalanıb. Azərbaycanda Xorvatiya şirkətləri uğurla fəaliyyət göstərir. Ötən il iki ölkə arasında ticarət dövriyyəsi əvvəlki illə müqayisədə 16 faiz artaraq 250 milyon dollar təşkil edib. Azərbaycan iqtisadiyyatı, həyata keçirilən sistemli və ardıcıl iqtisadi islahatlar barədə məlumat verən R.Məmmədov beynəlxalq qurumların hesabatlarında ölkəmizin mövqeyinin davamlı olaraq yaxşılaşdığını, "Doing Business 2019" hesabatında Azərbaycanın 32 pillə irəliləyərək 190 ölkə arasında 25-ci yerdə qərarlaşdığını və 10 ən islahatçı ölkə sırasına daxil edildiyini diqqətə çatdırıb. Nazir müavini keçirilən biznes forumun işgüzar dairələr arasında müzakirələrin aparılması, əməkdaşlığın perspektiv sahələrinin müəyyənləşdirilməsi baxımından əlverişli platforma olduğunu qeyd edib. O, Xorvatiya iş adamlarını Azərbaycanda yaradılmış əlverişli biznes və investisiya mühitindən yararlanmağa, azərbaycanlı həmkarları ilə fəal əməkdaşlığa dəvət edib.
Xorvatiya Baş nazirinin müavini, xarici işlər və Avropa məsələləri naziri xanım Mariya Buriç Azərbaycana səfərindən məmnunluğunu bildirib, biznes forumda iş adamlarının fəal iştirakının qarşılıqlı əlaqələrin inkişafına marağın göstəricisi olduğunu, eyni zamanda, tədbirin əməkdaşlığın genişləndirilməsinə, yeni əlaqələrin qurulmasına töhfə verəcəyini qeyd edib. M.Buriç regionun önəmli ölkəsi olan Azərbaycanda Xorvatiya səfirliyinin açılmasının siyasi-iqtisadi əməkdaşlığın genişlənməsində əhəmiyyətini vurğulayıb. Tədbirdə Azərbaycan ilə Xorvatiyanın biznes mühiti və investisiya imkanlarına dair təqdimatlar keçirilib.

Anar




 
Bölməyə aid digər xəbərlər
30.10.2020
Mərkəzi Bank gələn il Azərbaycanda inflyasiyanı 3,6-4 faiz səviyyəsində proqnozlaşdırır
30.10.2020
Elman Rüstəmov: “Strateji valyuta ehtiyatlarımız 50 mlrd. dollardan çoxdur“
29.10.2020
79 sahibkarlıq subyektində zəruri qayda və tələblərin pozulduğu müəyyən edilib
28.10.2020
Yeni Susay-Xınalıq avtomobil yolunda tikinti işləri aparılır
27.10.2020
Ermənistanın hərbi itkiləri 2,7 milyard dolları keçdi - İNFOQRAFİKA

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Tural RASİMOĞLU
Anar MİRİYEV
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11805

1 Burunda olan tükləri kəsmək olmaz...
2 Azərbaycan əsgərinə həsr edilən mahnı Türkiyədə təqdim olunub
3 Şimpanzelər və yaşlı insanlar özlərinə dostu eyni yolla seçirlər
4 Минская группа ОБСЕ должна прекратить помогать Армении в оккупации земли Азербайджана
5 Qubadlıda 5 mindən çox nadir muzey eksponatı talan edilib -Tarixçi


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info