SOCAR-ın 1,8 milyard dollarlıq neft-kimya kompleksi 2023-cü ildə istifadəyə veriləcək
Tarix: 29.04.2019 | Saat: 20:38:00 | E-mail | Çapa göndər


“SOCAR Turkey”in direktorlar şurasının sədri Vaqif Əliyev 2008-ci ildə fəaliyyətə başlayan “SOCAR Türkiyə”nin investisiyalarına davam etdiyini söyləyib. Sərmayələrinin neft-kimya və emal sektorunda cəmləşdiyini deyən V.Əliyev, Türkiyə ilə Azərbaycan arasında uzun illərə söykənən mədəniyyət və qardaşlıq bağı olduğunu, bu vəziyyətin iki ölkənin iqtisadi əməkdaşlığına təsir etdiyini vurğulayıb. O, bu əməkdaşlıq çərçivəsində əhəmiyyətli layihələrdən birinin, Trans Anadolu Təbii Qaz Boru Xətti (TANAP) olduğunu deyib: “TANAP vasitəsilə Türkiyəyə 1 aprel etibarilə təxminən 1,5 milyard kubmetr qaz daşındı. 15 apreldə boru xəttinin ikinci fazasında da son mərhələyə gəlinib və test məqsədi ilə qaz verilməyə başlanılıb. Layihənin qaz nəqli qabiliyyəti 24 milyard kubmetrə, daha sonra isə 31 milyard kubmetrədək artırıla bilər. Bundan sonra da BOTAŞ ilə əməkdaşlıq üçün imkanları dəyərləndiririk”. V.Əliyev onu da qeyd edib ki, TANAP-ın iqtisadi əməkdaşlıqla yanaşı, Türkiyənin enerji təhlükəsizliyində rolu baxımından da çox əhəmiyyətli bir yeri var: “Türkiyənin həm dünyada baş verən proseslər, həm də öz siyasi istiqamətində lazım olan tədbirləri gördüyünə inanırıq. Bizə hər hansı bir vəziyyətdə ehtiyac olduğunda, hər zaman Türkiyə ilə birlikdə çalışırıq”.

Müəssisənin təməli ilin sonunda və ya 2020-ci ildə atılacaq

V.Əliyev, Türkiyədə neft-kimya sektorunda yeni bir sərmayə üçün BP ilə əməkdaşlıq içində olduqlarını və sözügedən müəssisənin təməlinin ilin sonunda və ya 2020-ci ildə atılacağını bildirib: “BP ilə Türkiyədə yeni bir neft-kimya kompleksi üçün əməkdaşlıq edirik. Təxminən 1,8 milyard dollarlıq investisiya ilə qurulacaq kompleks də digər layihələrimiz kimi çox önəmlidir. Fəaliyyətə başladığında Türkiyənin 1 milyon tonluq saf tereftalik turşu (PTA) idxalatını sıfırlayacaq. Pareksilen (PX) məhsullarında idxal etdiyimiz 800 min tonluq məhsul, Türkiyədə istehsal edilməyə başlanacaq. Yeni müəssisəni 2023-cü ildə istifadəyə verməyi planlaşdırırıq. Onun SOCAR-ın digər müəssisələrindən əldə edilən xam maddə və infrastruktur mənbələrinə çox yaxın yerləşdirilməsi, rəqabət baxımından böyük üstünlük təmin edəcək. Aliağada inşa edilmiş böyük təmizləyici və neft-kimya müəssisələri ilə qardaş iki ölkə olan Türkiyə və Azərbaycanın iqtisadiyyatlarına təsir göstərməyə və Türkiyənin enerji sektorunda qlobal oyunçular arasında güclü bir mövqeyə gəlməsi üçün yatırımlarımıza sürətlə davam edəcəyik. Petkim, Türkiyənin tək inteqrasiya neft-kimya zavodudur və bazarın ancaq 20 faizini qarşılaya bilir. Bu payı artırmaq üçün qarşımızda çox əhəmiyyətli bir fürsət var. Bu səbəbdən yatırımlarımızda əsas payı neft-kimya və emal təşkil edir”.
O, Türkiyədə təbii qaz və maye yanacaq sektorunda böyük bir çatdırılma şəbəkəsi qurmaq üçün imkanları qiymətləndirdiklərini, ancaq bu mövzuda tələsmədiklərini söyləyib.

Neftin qiyməti ilin sonuna doğru yüksələcək

V.Əliyev son dövrlərdə yüksəlməkdə olan neftin qiyməti ilə də bağlı fikirlərini bildirib: “SOCAR 2019-cu ildə büdcəsin neftin qiymətini 60 dollar olaraq müəyyənləşdirib. İl boyunca qiymətlərin dəyişkən olmasını və ilin sonuna doğru bir az artacağını gözləyirik. Neftin qiymətinin artması bizim gəlirlərimizə müsbət təsir edir. Bununla yanaşı, mənfi amillər üçün də hazırlıqlıyıq”.

Nigar Abdullayeva




 
Bölməyə aid digər xəbərlər
20.10.2019
Gələn il Azərbaycan manatının dollara məzənnəsi ilə bağlı proqnoz
19.10.2019
Moskva Bakıya nüvə elmi və texnologiyaları mərkəzinin yaradılmasını təklif edib
19.10.2019
Çinlə Azərbaycan arasında ticarət dövriyyəsi rekord həddə çatıb
19.10.2019
BP: Azərbaycanın bərpa olunan enerji mənbələri sahəsində böyük potensialı var
19.10.2019
Azərbaycanda həyata keçirilən iqtisadi islahatlar Vaşinqtonda müzakirə olunub

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10923

1 Mitinqi yox, Türk Şurasının nailiyyətini təbliğ edin...
2 Prezident: Gələn ilin büdcəsi həm sosial, həm investisiya yönümlü olmalıdır
3 Gələn il əmək pensiyaları bir daha artırılacaq
4 “Zəngəzurun Ermənistana birləşdirilməsi böyük Türk Dünyasını parçaladı”
5 70 saylı Masallı şəhər və 71 saylı Masallı kənd seçki dairələrində seminarlar keçirilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info