Prezident Ümumdünya və Avrasiya Yəhudi konqresləri rəhbərlərindən ibarət nümayəndələri qəbul edib
Tarix: 01.05.2019 | Saat: 13:30:00 | E-mail | Çapa göndər


Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 1-də Ümumdünya Yəhudi Konqresinin, Avrasiya Yəhudi Konqresinin və Avropa Yəhudilərinin Bakı dini icmasının rəhbərlərinin daxil olduğu nümayəndə heyətini qəbul edib. AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı Ümumdünya və Avrasiya Yəhudi konqresləri rəhbərlərinin ölkəmizə geniş tərkibdə səfərinin əməkdaşlığın müzakirəsi üçün yaxşı imkan yaratdığını dedi. Prezident İlham Əliyev əsrlər boyu ölkəmizdə müxtəlif xalqların, o cümlədən yəhudilərin əmin-amanlıq şəraitində bir ailə kimi yaşadığını vurğulayaraq, bu gün də Azərbaycanın mədəniyyətlərarası dialoqun uğurla həyata keçirildiyi bir ölkə kimi tanındığını qeyd etdi. Dövlətimizin başçısı Azərbaycanın beynəlxalq aləmdə sivilizasiyalararası əlaqələrin təmin edilməsi işinə böyük töhfə verdiyini dedi. Çıxış edən qonaqlar Prezident İlham Əliyevlə görüşdən məmnunluq hissi keçirdiklərini bildirdilər. Onlar ölkəmizdə gördükləri inkişaf proseslərinin nümayəndə heyətinin üzvlərində dərin təəssürat doğurduğunu qeyd etdilər.
Söhbət zamanı Bakıda keçirilən V Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun əhəmiyyətinə toxunuldu, bu tədbirin xalqlararası və mədəniyyətlərarası dialoqa böyük töhfə verdiyi vurğulandı.




 
Bölməyə aid digər xəbərlər
20.10.2019
Gələn il Azərbaycan manatının dollara məzənnəsi ilə bağlı proqnoz
19.10.2019
Moskva Bakıya nüvə elmi və texnologiyaları mərkəzinin yaradılmasını təklif edib
19.10.2019
Çinlə Azərbaycan arasında ticarət dövriyyəsi rekord həddə çatıb
19.10.2019
BP: Azərbaycanın bərpa olunan enerji mənbələri sahəsində böyük potensialı var
19.10.2019
Azərbaycanda həyata keçirilən iqtisadi islahatlar Vaşinqtonda müzakirə olunub

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10923

1 Mitinqi yox, Türk Şurasının nailiyyətini təbliğ edin...
2 Prezident: Gələn ilin büdcəsi həm sosial, həm investisiya yönümlü olmalıdır
3 Gələn il əmək pensiyaları bir daha artırılacaq
4 “Zəngəzurun Ermənistana birləşdirilməsi böyük Türk Dünyasını parçaladı”
5 70 saylı Masallı şəhər və 71 saylı Masallı kənd seçki dairələrində seminarlar keçirilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info