Yeni inkişaf strategiyası hazırlanır: iqtisadi artım keyfiyyətcə yeni mərhələyə keçir
Tarix: 01.05.2019 | Saat: 13:45:00 | E-mail | Çapa göndər


Prezident İlham Əliyevin tapşırığı ilə hazırlanan iqtisadiyyatın yeni inkişaf strategiyası barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlının şərhini təqdim edirik:
Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Respublikasında iqtisadi islahatların yeni mərhələsinin uğurla həyata keçirilməsi iqtisadiyyatın rəqabət qabiliyyətini və dayanıqlığını artıb. Xüsusən də Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 16 mart tarixli Sərəncamı ilə “Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritəsinin başlıca istiqamətləri”nin təsdiq edilməsi və bu sərəncama uyğun olaraq, milli iqtisadiyyat və 11 sektor üzrə strateji yol xəritələri hazırlanaraq qəbul edilməsi ölkədə həyata keçirilən iqtisadi islahatların daha da dərinləşdirilməsinə və sistemli xarakter almasına xidmət edib.
Prezident İlham Əliyevin tapşırığı ilə hazırlanan iqtisadiyyatın yeni inkişaf strategiyasını zəruri edən aşağıdakı səbəblər var:

1. Yenilənən qlobal və regional perspektivlər, gündəlik və çağırışlar

Dünyada gedən siyasi və iqtisadi proseslər, o cümlədən, 4-cü Sənaye İnqilabı, iqlim dəyişikliyi, ticarət müharibələri, iqtisadi idarəetmə arxitekturasının dəyişilməsi, yeni infrastruktur layihələrinin həyata keçirilməsi, həmçinin Azərbaycanda yeni iqtisadi modelə transformasiyanın yekunlaşma üzrə olması ölkə iqtisadiyyatını yeni perspektivlər və cağırışlarla üz-üzə qoyub. Yeni dövrdə sistemli yanaşmanın tətbiqi üçün Prezident İlham Əliyevin tapşırığı ilə hazırda iqtisadiyyatın yeni inkişaf strategiyası hazırlanır.

2. Yeni tarazlıq nöqtəsi həm də yeni inkişaf xəttinin başlanğıcıdır

2015-ci ilə qədər Prezident İlham Əliyevin rəhbərliyi altında üç dəfədən çox böyümüş iqtisadiyyatı post-neft dövründə xarici şokları da dəf etməklə belə bir baza əsasında yenidən davamlı inkişaf xəttinə çıxarmaq tarixi bir missiya idi və cənab Prezidentin rəhbərliyilə uğurla icra olundu. Prezident İlham Əliyev tərəfindən təsdiqlənən strateji yol xəritələrinə uyğun olaraq: 1.2016-2017-ci illərdə Azərbaycan iqtisadiyyatı xarici şokların mənfi təsirindən uzaqlaşdı və sabitləşdi; 2. 2017-ci ilin sonundan başlayaraq və 2018-ci ildə şaxələnmə və yeni hərəkətverici qüvvələr hesabına inkişaf xətti bərpa edildi; 3. 2019-2020-ci illərdə iqtisadi artımın daha yüksək pilləyə çıxması ilə, rəqabət qabiliyyətinin artırılması və dünya iqtisadiyyatına səmərəli inteqrasiyanın daha da dərinləşməsi dövrü sayılır. 2019-cu ildən başlayaraq Azərbaycan iqtisadiyyatı yeni tarazlıq vəziyyətində növbəti inkişaf mərhələsinə qədəm qoyacaq. Bu da yeni inkişaf strategiyasının zəruriliyini şərtləndirir.

3. İqtisadi artım keyfiyyətcə yeni mərhələyə keçir

İqtisadi artımda neft sahəsinə nisbətən qeyri-neft sahəsi, dövlət bölməsinə baxanda özəl bölmə və qeyri-ticari sektorla müqayisədə ticari sektor getdikcə drayver rolunu daha çox oynamalıdır. Bir sözlə, iqtisadi artımın keyfiyyəti daha da yüksəlməlidir. Digər tərəfdən dövlət investisiyalarının qidalandırdığı iqtisadi model, islahatların transformasiya etdiyi, məhsuldarlığa və əlverişli biznes mühitinə əsaslanan modellə əvəzlənir. 2018-ci ilin sonlarında cənab Prezident bu münasibətlə deyib: “Biz Azərbaycan iqtisadiyyatının transformasiyası prosesini bitiririk.” Beləliklə, iqtisadiyyat yeni inkişaf mərhələsinə qədəm qoyur.

4. Fiskal dayanıqlılıq və monetar siyasətdə yeni parktik həllər

Fiskal ekspansiyadan fiskal konsolidasiya, orta müddətli xərclər çərçivəsi, nəticə əsaslı büdcə, proqram büdcəsi, büdcə qaydaları və dövlət borcunun idarəedilməsi strategiyasına keçid 2020-ci ildən başlayaraq fiskal siyasətdə yeni və daha təfsilatlı yanaşmanı tələb edir. Monetar siyasətdə tam üzən məzənnə rejiminə keçid 2020-ci ildə nəzərdə tutulduğundan, bundan sonrakı period üçün yeni monetar rejimdə sistemli yanaşma olmalıdır. Eyni zamanda fiskal və monetar siyasətin kombinasiyası da 2020-ci ildən başlayaraq yeni bir yanaşmanı tələb edəcəkdir. Proqram əsaslı büdcə yanaşması 2020-ci ildən başlayaraq mərhələlərlə dövlət proqramlarının idarəetməsinin strateji menecment prinsiplərinə uyğunlaşdırılmasını zəruri edir.

5. Yeni iqtisadi drayverlər yeni strategiya ilə yönləndirilməlidir

Azərbaycanda post-neft dövrü üçün iqtisadiyyatın əsas inkişaf drayverləri bunlardı: 1.Qeyri-neft sənayesi (neft-kimya, polad, alüminium, ərzaq, müdafiə sənayesi və s.); 2. Aqrar sahə (pambıq, tütün, kartof, meyvə-tərəvəz, üzüm və s.); 3. Xidmət sektoru (turizm, nəqliyyat, logisitika, İKT, kosmik xidmətlər və s.); 4.Tikinti. Post-neft dövründə iqtisadiyyatın yeni strukturunun (yeni drayverlərin müəyyənləşməsi fonunda) formalaşması əsasən tamamlanır. Bundan sonrakı müddətdə yeni struktur və uyğun institutsional altyapıya müvafiq olaraq iqtisadi inkişafın təmin edilməsinə sistemli yanaşmanı özündə ehtiva edən (sector-scan təhlillərinə əsasən) iqtisadiyyatın yeni inkişaf strategiyasının yaradılması məqsədəuyğun görünür. Bu sırada 4-cü Sənaye İnqilabının Azərbaycanda qlokalizasiya edilməsi (fiziki, rəqəmsal və bio texnologiyaların tətbiqi) və biznes mühitinin daha da təkmilləşdirilməsi zərurəti var. Artıq diversifikasiya olunmuş Azərbaycan iqtisadiyyatının şaxələnmədən ixtisaslaşmaya, sektor əsaslı (sector-specific) yanaşmadan məhsul əsaslı (product-specific) yanaşmaya keçidi zərurəti yaranmışdır.

6. Miqyas effekti və yeni bazarlara çıxış

İqtisadiyyatın miqyas effekti sübut edir ki, hər bir milli iqtisadiyyat (xüsusən də kiçik) yalnız o halda uğurla inkişaf edə bilər ki, kifayət qədər həcmi olan bazarlara çıxışı olsun. Qloballaşma və ticarət müharibələrinin fonunda Azərbaycan yeni dövrdə yeni xarici iqtisadi fəaliyyət istiqamətlərinin konturlarını müəyyənləşdirərək, xüsusilə, xarici bazarlara çıxış imkanlarını yenidən qiymətləndirə bilər. Bu mənada qlobal dəyər zəncirlərinə qoşulma, həmçinin effektivlik, strateji obyektlər və bazarlar axtaran xarici birbaşa sərmayələrin cəlbi məqsədəuyğundur.

7. 2020-ci il əsas icra planlarının son ilidir

Strateji yol xəritələri 2016-2020-ci illər üçün iqtisadi inkişaf strategiyasını və tədbirlər planını, 2025-ci ilədək olan dövr üçün uzunmüddətli baxışı və 2025-ci ildən sonrakı dövrə hədəf baxışı özündə ehtiva edir. Hazırda strateji yol xəritələrinin tədbirlər planı icra edilir və 2020-ci ildə həmin tədbirlərin icrası yekunlaşacaqdır. Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 29 dekabr tarixli 800 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan 2020: Gələcəyə baxış” İnkişaf Konsepsiyası 2020-ci ildə yekunlaşır. Bununla yanaşı “Azərbaycan Respublikasında sənayenin inkişafına dair 2015-2020-ci illər üçün Dövlət Proqramı”nın, eyni zamanda bir çox sahəvi proqramın da (2012-2020-ci illərdə Azərbaycan Respublikasında üzümçülüyün inkişafına dair Dövlət Proqramı və s.) icrası 2020-ci ildə yekunlaşır.
Beləliklə, post-2020-ci il üçün iqtisadiyyatın yeni inkişaf strategiyasının hazırlanması zərurəti yaranıb.

8. Yaxşı idarəetmə və açıq hökumət həlləri

Elektron hökümətdən rəqəmsal hökümətə, reaktiv yanaşmadan proaktiv yanaşmaya, one-stop-shop-dan non-stop-shopa keçid, həmçinin big data və rəqəmsal həllərin inkişafı idarəetməni daha səmərəli, hesabatlı və şəffaf edəcəkdir. Bu mənada məhkəmə-hüquq islahatlarının daha da dərinləşdirilməsi yeni dövrün tələbidir. Bunun üçün iqtisadiyyatın yeni inkişaf strategiyasına ehtiyac var.

9. Sosial bazar modeli yeni dövrün tələblərinə uyğunlaşdırılacaq

Yeni dövr icbari tibbi sığortanın tətbiqi və təhsil islahatları, sosial siyasətdə yardımdan reabilitasiyaya keçid, əhalinin gəlirlərinin artırılması, dövlət-vətəndaş dialoqu, sosial infrastrukturun daha da yaxşılaşdırılması və insan kapitalının inkişafı baxımından yeni perspektivlər və çağırışlar ortaya qoymuşdur. İqtisadiyyatın yeni inkişaf strategiyası artan iqtisadi imkanları insan amilinə xidmətə istiqamətləndirəcək.

Anar




 
Bölməyə aid digər xəbərlər
20.10.2019
Gələn il Azərbaycan manatının dollara məzənnəsi ilə bağlı proqnoz
19.10.2019
Moskva Bakıya nüvə elmi və texnologiyaları mərkəzinin yaradılmasını təklif edib
19.10.2019
Çinlə Azərbaycan arasında ticarət dövriyyəsi rekord həddə çatıb
19.10.2019
BP: Azərbaycanın bərpa olunan enerji mənbələri sahəsində böyük potensialı var
19.10.2019
Azərbaycanda həyata keçirilən iqtisadi islahatlar Vaşinqtonda müzakirə olunub

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10923

1 Mitinqi yox, Türk Şurasının nailiyyətini təbliğ edin...
2 Prezident: Gələn ilin büdcəsi həm sosial, həm investisiya yönümlü olmalıdır
3 Gələn il əmək pensiyaları bir daha artırılacaq
4 “Zəngəzurun Ermənistana birləşdirilməsi böyük Türk Dünyasını parçaladı”
5 70 saylı Masallı şəhər və 71 saylı Masallı kənd seçki dairələrində seminarlar keçirilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info