Ötən il Azərbaycan ilə Meksika arasında ticarət dövriyyəsi 35 faiz artıb
Tarix: 01.05.2019 | Saat: 14:30:00 | E-mail | Çapa göndər


Keçən il Azərbaycan və Meksika arasında ticarət dövriyyəsi 35 faiz artıb.
İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, bu barədə iqtisadiyyat naziri Şahin Mustafayev ölkəmizdə səfərdə olan Parlamentlərarası İttifaqın prezidenti, Meksika Deputatlar Palatasının üzvü Qabriela Kuevas Barron ilə görüşdə deyib.
Nazir Azərbaycan-Meksika əlaqələrinın qarşılıqlı dostluq və hörmət prinsiplərinə əsaslandığını qeyd edib. Bildirib ki, 2008-də Azərbaycanın Meksikada, 2014-cü ildə isə Meksikanın ölkəmizdə səfirlikləri açılıb. Hər iki ölkənin parlamentlərində qarşılıqlı əməkdaşlıq üzrə parlamentlərarası işçi qrupları fəaliyyət göstərir. 2012-ci ildə Meksika Senatının qərarı ilə Meksika Xocalı soyqırımını tanıyıb, Mexiko şəhərində Tlakskoake-Xocalı Meydanında Xocalı soyqırımına abidə ucaldılıb.
Görüşdə Azərbaycan iqtisadiyyatı barədə məlumat verən nazir Azərbaycandakı siyasi-iqtisadi sabitliyi, həyata keçirilən islahatları vurğulayaraq, beynəlxalq qurumların hesabatlarında ölkəmizin mövqeyinin davamlı olaraq yaxşılaşdığını, "Doing Business 2019" hesabatında Azərbaycanın 32 pillə irəliləyərək 190 ölkə arasında 25-ci yerdə qərarlaşdığını və 10 ən islahatçı ölkə sırasına daxil edildiyini diqqətə çatdırıb. Diqqətə çatdırıb ki, Azərbaycanın davamlı və dayanıqlı inkişafı ölkəmizi beynəlxalq tədbirlərin keçirildiyi məkana çevirib. Azərbaycan və Meksika arasında 2018-ci ildə ticarət dövriyyəsi 35 faiz artıb.
Ölkələrimiz arasında əlaqələrin inkişafı imkanlarından danışan Ş.Mustafayev Azərbaycan və Meksika arasında sənaye, ticarət, kənd təsərrüfatı, investisiya, turizm, humanitar və sair sahələrdə əməkdaşlığın inkişafı üçün potensialı diqqətə çatdırıb. Meksika şirkətləri, həmçinin Azərbaycanda sənaye parkları və məhəllələrində, aqroparklarda sahibkarlar üçün yaradılmış əlverişli şəraitdən istifadə edə bilərlər.
İqtisadiyyat naziri Azərbaycan və Meksika iş adamları arasında, xüsusilə kiçik və orta sahibkarlıq sahəsində əlaqələrin genişlənməsi, yeni əməkdaşlığın qurulması baxımından sərgilərin, biznes forumların, yarmarkaların keçirilməsinin önəmini qeyd edib. Parlamentlərarası İttifaqın prezidenti, Meksika Deputatlar Palatasının üzvü Qabriela Kuevas Barron mövcud potensialdan istifadənin, iş adamları arasında əlaqələrin genişləndirilməsinin ölkələrimiz arasında iqtisadi-ticarət əməkdaşlığının inkişafında əhəmiyyətini vurğulayıb. O, Meksika şirkətlərinin azərbaycanlı tərəfdaşlarla əməkdaşlıq əlaqələrinin qurulmasında maraqlı olduqlarını diqqətə çatdıraraq, Azərbaycana ticarət missiyasının təşkil olunmasını təklif edib.
Görüşdə Azərbaycan və Meksika arasında iqtisadi əməkdaşlığın inkişafı perspektivləri müzakirə olunub.

Anar




 
Bölməyə aid digər xəbərlər
28.02.2020
“Azərkosmos” dünyanın 20 ölkəsinə xidmət ixrac edib
28.02.2020
Tbilisidə Azərbaycan-Gürcüstan biznes forumu keçiriləcək
28.02.2020
Ağdamda 20 ədəd subartezian quyusunun layihələndirilməsi və qazılmasına 1,4 milyon manat ayrılıb
28.02.2020
2020-ci ilin yanvar ayında qeyri-neft sektoru 141 milyon dollar dəyərində mal ixrac olunub
28.02.2020
KOBİA və KOSGEB arasında əməkdaşlığın yeni istiqamətləri müəyyənləşdi: Birgə Fəaliyyət Planı təsdiqləndi

Şərh əlavə olunmayıb

    ,    
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11458

1 Ağstafada Xocalı soyqırımının 28-ci ildönümü qeyd olunub
2 Masallıda Xocalı soyqırımının 28-ci ildönümü anıldı
3 Çin xəstəxanalarından 36117 pasiyent yeni növ koronavirusdan sağalaraq evə buraxılıb
4 Hakan Şükür: “Peşmanam” – Video
5 Referendum Paşinyanın sonu ola bilər


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info