Startaplara dəstək məqsədilə konsorsium yaradılıb
Tarix: 01.05.2019 | Saat: 18:58:00 | E-mail | Çapa göndər


Startapların müxtəlif dövlət qurumları və ayrı-ayrı şirkətlər tərəfindən keçirilən tenderlərdə, eləcə də, əhəmiyyətli layihələrdə iştirakını təmin etmək, onlara bu sahədə dəstək göstərmək məqsədi ilə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında İnnovasiyalar Agentliyi, nazirliyin tabeli qurumu olan "AzİnTelecom" MMC, "Lenovo", "Nutanix" və "iQRex" şirkətləri ilə birgə konsorsium yaradılıb.
Konsorsium yerli startapçılara müxtəlif maliyyə mənbələri əldə etmək, mühüm layihələrdə, o cümlədən iri və orta büdcəli tenderlərdə iştirak etmək imkanı yaradacaq.
Bütün dünyada olduğu kimi, ölkəmizdə də startaplar riskli hədəf qruplarına aid edilir. Bu baxımdan onlar böyük maliyyə yükü olan layihələrdən kənarda qalır. Əksər vaxt startaplar istər dövlət qurumları, istərsə də özəl şirkətlər tərəfindən elan edilən tenderlərə buraxılmırlar. Yaradılan konsorsium bu sahədə startapların şansını artıracaq.

Anar




 
Bölməyə aid digər xəbərlər
20.10.2019
Gələn il Azərbaycan manatının dollara məzənnəsi ilə bağlı proqnoz
19.10.2019
Moskva Bakıya nüvə elmi və texnologiyaları mərkəzinin yaradılmasını təklif edib
19.10.2019
Çinlə Azərbaycan arasında ticarət dövriyyəsi rekord həddə çatıb
19.10.2019
BP: Azərbaycanın bərpa olunan enerji mənbələri sahəsində böyük potensialı var
19.10.2019
Azərbaycanda həyata keçirilən iqtisadi islahatlar Vaşinqtonda müzakirə olunub

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10923

1 Mitinqi yox, Türk Şurasının nailiyyətini təbliğ edin...
2 Prezident: Gələn ilin büdcəsi həm sosial, həm investisiya yönümlü olmalıdır
3 Gələn il əmək pensiyaları bir daha artırılacaq
4 “Zəngəzurun Ermənistana birləşdirilməsi böyük Türk Dünyasını parçaladı”
5 70 saylı Masallı şəhər və 71 saylı Masallı kənd seçki dairələrində seminarlar keçirilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info