ABŞ Dövlət katibinin və Dünya Bankının nümayəndələri “ASAN xidmət”də olublar
Tarix: 01.05.2019 | Saat: 18:47:00 | E-mail | Çapa göndər


Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev ABŞ Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisinin müavini Corc Kentin rəhbərlik etdiyi nümayəndə heyəti və Dünya Bankının Azərbaycan üzrə ölkə meneceri Navid Həsən Naqvi ilə görüşüb. Agentliyin ictimaiyyətlə əlaqələr şöbəsindən bildiriblər ki, ABŞ nümayəndə heyəti ilə keçirilən görüşdə ABŞ-ın ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Örl Litzenberqer də iştirak edib. “ASAN xidmət” mərkəzi ilə tanış olan qonaqlara mərkəzlərin yaradılması məqsədi, fəaliyyət istiqamətləri, innovasiyaların tətbiqi barədə məlumat verilib. Qonaqlar, həmçinin “ASAN Könüllüləri”, “ASAN Radio”, “ASAN Təlim-Tədris Mərkəzi” və “ABAD” publik hüquqi şəxsin fəaliyyəti ilə də tanış olublar. Dünya Bankının nümayəndəsi ilə keçirilən görüşdə isə agentlik ilə qurum arasında mümkün əməkdaşlıq perspektivləri müzakirə edilib. Yaradılmış şərait və iş prinsipi ilə tanış olan qonaqlar “ASAN xidmət”ə gələcək fəaliyyətində uğurlar arzulayıblar.




 
Bölməyə aid digər xəbərlər
07.04.2020
Koronavirus tətilləri
07.04.2020
Baş infeksionist xüsusi karantin rejiminin müddəti barədə danışıb
07.04.2020
Çinin Cek Ma və Alibaba fondları Azərbaycana tibbi humanitar yardım göndərib
07.04.2020
Diaspor rəhbərindən dünya azərbaycanlılarına birlik çağırışı
07.04.2020
Həmrəy olaq, koronavirusa birlikdə qalib gələk!

Şərh əlavə olunmayıb

    ,    
Tural Tağıyev
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11498

1 “300 minə yaxın işçinin əməkhaqqısının 50 faizə qədərinin dövlət tərəfindən dəstəklənməsi nəzərdə tutulur”
2 Türkiyədə azan vaxtı çəkilən bu video heyrətə gətirdi-VİDEO
3 “Dövlət tərəfindən iqtisadiyyatın sabitləşməsi üçün bütün lazımi addımlar atılır”
4 İtaliyada koronavirusdan 5 nəfər ölüb, qalanları isə...
5 Prezident Bakı-Sumqayıt yolunda görülən işlərlə tanış olub YENİLƏNİB


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info