“Horadiz-Aslandüz sərhəd keçid məntəqəsinin açılması barədə razılıq var”
Tarix: 31.07.2013 | Saat: 22:42:00 | E-mail | Çapa göndər


“Azərbaycan və İran Horadiz-Aslandüz sərhəd keçid məntəqəsinin açılması barədə razılıq əldə edib, bununla bağlı müvafiq qərar var. Ramazan ayından sonra orada işin gedişatı ilə tanış olacacağam”.
Bu barədə İranın Azərbaycandakı səfiri Möhsün Pak Ayin bildirib. Onun sözlərinə görə, bu məsələ ilə bağlı müzakirələr davam edir: “Aslanduz-Horadiz sərhəd keçid məntəqəsində münasib şəraitin yaradılmasına çalışırıq”.

“Dünya ictimaiyyəti Fələstin məsələsinə daha çox diqqət yetirməlidir. İranın bu məsələ ilə bağlı təklifi var. Düşünürük ki, Fələstin xalqının öz taleyini müəyyənləşdirmək hüququ var. Buna görə də, Fələstində referendumun keçirilməsi təklifini irəli sürürük. Bu, məntiqli və ədalətli təklifdir”.
Bu fikirləri də Möhsün Pak Ayin bildirib. Səfir əlavə edib ki, onların irəli sürdüyü bu təklifə İsrail də qarşı çıxmır. Suriyada münaqişə ilə bağlı danışan Möhsün Pak Ayin bildirib ki, münaqişənin hərbi yolu ilə həlli yoxdur.
Səfir onu da deyib ki, İran və Azərbaycan 42 ildən çoxdur Araz çayından istifadə məsələsində əməkdaşlıq edir və bu çayın su ehtiyatlarından istifadəyə dair müqavilə var. Araz çayının suyunun Urmiya gölünə axıdılması ilə bağlı İran ancaq öz payından istifadə edir. Bu məsələdə Azərbaycan tərəfinin razılığı var , çünki hər iki tərəf özünə düşən paydan istifadə etmək hüququna malikdir. Səfir vurğulayıb ki, Urmiya gölünün vəziyyəti ilə bağlı Azərbaycanın həssaslığını anlayır: “Bu layihənin təməli təzə qoyulub və icrası üçün 2-3 il lazımdır. Araz çayının artıq və əlavə suyu Urmiya gölünə axıdılacaq. Güclü yağıntılardan sonra bəzən Arazda suyun səviyyəsi artır və daşqınlar əmələ gəlir. Hazırlanan xüsusi mexanizm əsasında bu artıq su Urmiya gölünə axıdılacaq. Azərbaycanın aidiyyəti orqanları bu barədə tam xəbərdardır”.
Urmiya gölünə axıdılacaq suyun çayın hansı hissəsindən götürüləcəyi barədə danışan səfir bildirib ki, Arazın üzərində bəndlər qurulub və bu bəndlərin sularından istifadə olunacaq: “İran bu suların 50 faizini istifadə edəcək. Texniki məsələlərlə bağlı İran və Azərbaycan tərəfləri 1-2 aydan bir müzakirələr aparırlar. Görülən işlər qarşı tərəflə razılaşdırılıb, heç bir qeyri-qanuni hərəkət olmayıb”.
Rasim




 
Bölməyə aid digər xəbərlər
19.11.2018
Avropa İttifaqı vahid kəşfiyyat mərkəzi yaradır
19.11.2018
İranda bahalaşma davam edir
19.11.2018
Ermənistanda bir qrup şəxs istefa tələbi ilə katolikos II Qareginin ofisinə hücum edib
19.11.2018
“Bu gün Ermənistan-Belarus münasibətlərinin böhran həddinə çatdığı göz önündədir”
18.11.2018
Ermənistanda cinayətlərin sayı artır

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10500

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
3 “Gedir dayanmadan zamanın köçü”
4 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info