“Azərbaycanla münasibətlərin dərinləşdirilməsi bizim üçün prioritet məqsəddir”
Tarix: 31.07.2013 | Saat: 22:46:00 | E-mail | Çapa göndər


Teymuraz Şaraşenidze: “Azərbaycan iş adamları
Gürcüstan iqtisadiyyatına 210 milyon dollar yatırıb”


“Azərbaycanla münasibətlərin dərinləşdirilməsi bizim üçün prioritet məqsəd daşıyır”.
Bu fikirləri mətbuat konfransında Gürcüstanın Azərbaycandakı səfiri Teymuraz Şaraşenidze bildirib. Səfir qeyd edib ki, Azərbaycanın Gürcüstan üçün nə qədər vacib ölkə olduğunu tez-tez baş tutan qarşılıqlı səfərlər sübut edir: “Gürcüstan hökumətinin demək olar ki, bütün üzvləri, o cümlədən baş nazir İvanişvili artıq Azərbaycana səfər ediblər. Ərazi bütövlüyü və regionun iqtisadi inkişafı kimi ümumi çağırışlar hər iki hökumət üçün əhəmiyyətlidir".
Teymuraz Şaraşenidzenin sözlərinə görə, Xəzər qazının Avropaya nəqli üçün TAP layihəsinin seçilməsi Gürcüstan iqtisadiyyatına təqribən 2 milyard dollar investisiya yatırılmasına və yeni iş yerlərinin açılmasına səbəb olacaq: "Bakı-Tiflis-Qars layihəsi də iqtisadi əməkdaşlığın inkişafında mühüm rol oynayır. Azərbaycan iş adamları artıq Gürcüstan iqtisadiyyatına 210 milyon dollar investisiya yatırıblar. Bunun nəticəsində minlərlə yeni iş yerləri yaradılıb”.

“Yaxın günlərdə delimitasiya üzrə komissiyanın planı
təsdiqlənəcək”

Yaxın günlərdə Azərbaycan-Gürcüstan sərhədlərinin delimitasiyası üzrə komissiyanın iş qrafiki və planı təsdiqlənəcək. Bu barədə Teymuraz Şaraşenidze keçirdiyi mətbuat konfransında bildirib. Səfirin sözlərinə görə, sərhədlərin delimitasiyası üzrə işlər 2014-cü ildə yekunlaşacaq. Komissiyanın növbəti iclasının isə sentyabr və ya oktyabr ayında keçirilməsi nəzərdə tutulur. T.Şaraşenidze həmçinin qeyd edib ki, bu il Bakıda Azərbaycan-Gürcüstan hökumətlərarası komissiyasının iclasının keçirilməsi planlaşdırılır.
Son 5 ayda iki ölkə arasında ticarət dövriyyəsində artımın müşahidə olunduğunu vurğulayan səfir rəsmi Tiflisin Azərbaycanın ərazi bütövlüyünü beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində tanıdığını, Ermənistan-Azərbaycan münaqişəsinin sülh yolu ilə həllinə tərəfdar olduğunu vurğulayıb.
Qorqud




 
Bölməyə aid digər xəbərlər
22.02.2019
İnnovasiyalar Agentliyinin Nizamnaməsi və Strukturu təsdiqlənib
22.02.2019
Dövlət Gömrük Komitəsi növbəti mediatur təşkil edib
22.02.2019
Naxçıvanda yeni Günəş Elektrik Stansiyası istifadəyə verilib
22.02.2019
Azərbaycanın turizm imkanları Moskvada təqdim olunub
22.02.2019
“Xocalıya ədalət“: İsraildə soyqırımı qurbanlarının anım günü keçirilib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10615

1 Milli qəhrəmanlara və şəxsiyyətlərə hücum savaşın tərkib hissəsidir
2 Diaspor üzvləri Ümumavropa Qarabağ mitinqinə çağırış edib
3 Əsərləri dünyanın bütün elektron kitabxanalarında yer alan azərbaycanlı yazar
4 Londonda Karl Marksın məzarına növbəti dəfə vandal hücumu olub
5 1400 manat maaşla sürücü axtarılır


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info