Moskva bazarlarında kütləvi yoxlamalar
Tarix: 31.07.2013 | Saat: 22:48:00 | E-mail | Çapa göndər


Moskvanın Qərb inzibati dairəsinin prefekturası 2015-ci ilin yanvarın 1-dək Matveyev bazarını bağlamağa qərar verib. Qeyd edək ki, iyulun 27-də qeyd olunan bazarda polislə satıcılar arasında baş vermiş münaqişə nəticəsində bir əməliyyatçı ağır yaralanıb. “İTAR-TASS”ın verdiyi xəbərə görə, bu barədə “İzvestiya” qəzetinə prefekturanın mətbuat katibi Olqa Veldina bildirib.
Qeyd edək ki, Matveyev bazarı ilə birlikdə daha 4 bazarın ləğv edilməsi nəzərdə tutulub və beləliklə 2015-ci ilə dairənin ərazisində cəmi üç - Doroqomilov, Kuntsev və Krılatski bazarları qalacaq.
“Biz açıq bazarların bağlanması barədə federal proqram çərçivəsində addımlayırıq. Ticarət obyektlərinə qarşı hazırda çox sərt tələblər irəli sürülür. Bu tip köşk qalamaları ləğv olunacaq”- deyə Olqa Veldina bildirib.
O da qeyd edilir ki, Moskva bazarlarında həyata keçirilən profilaktik əməliyyat tədbirləri çərçivəsində 1000-dən çox insan saxlanılıb. “İTAR-TASS”ın verdiyi xəbərə görə, kriminalistik məlumat bazasında yoxlanılması məqsədilə Rusiya paytaxtının polis şöbələrinə 530 şəxs gətirilib. Onlardan barmaq izləri götürülüb, bir neçə şəxs barəsində inzibati xətalara yol verdikləri üçün protokollar tərtib olunub.
Baş Polis İdarəsinin mətbuat xidmətinin yaydığı məlumata görə, ötən gün isə Moskvanın qərbindəki 3 bazarda 470 şəxs saxlanılıb. Qeyd edək ki, əməliyyat zamanı qafqazlı və orta asiyalı görkəmində olan bütün şəxslər saxlanılır. Qeyd edək ki, ötən şənbə Moskvanın “Matveyevski” bazarında polis şübhəli şəxsi - Maqomed Maqomedovu saxlamaq istəyərkən 20-25 nəfər onlara hücum edib. Nəticədə polis əməkdaşlarından biri başından ağır zərbə alıb. O, ağır kəllə-beyin travması ilə xəstəxanaya yerləşdirilib.
Bu hadisədən sonra Moskva Baş Polis İdarəsinin rəisi Anatoli Yakunin tərəfindən bütün paytaxt bazarlarında profilaktik əməliyyat tədbirlərinin həyata keçirilməsi göstəriş verilib.




 
Bölməyə aid digər xəbərlər
24.09.2018
Yerevan meri postuna seçkilərdə xeyli qanun pozuntusu və insident qeydə alınıb
24.09.2018
Aşot Qriqoryan: “Bu gün Ermənistanın yürütdüyü siyasət acınacaqlı vəziyyətdədir”
24.09.2018
Minsk şəhərində “Bakı Bulvarı”
23.09.2018
İrəvanda “ölü canlar” da seçki bülletenlərinə salınıb
22.09.2018
Qalust Qriqoryan: “İsrailin müdafiə nazirinin Bakı səfəri Ermənistana xüsusi mesajdır ”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10139

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Yalnızlıq qorxusu
4 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info