“Azərbaycanda turizmlə bağlı geniş imkanlar var, amma...”
Tarix: 02.05.2019 | Saat: 13:31:00 | E-mail | Çapa göndər


Fransalı deputat Jülien Borowczyk: “Ölkələr arasında mədəni əlaqələrin qurulmasında V Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun çox əhəmiyyətli rolu var”

Azərbaycanın turizm potensialının inkişafı, turistlərin ölkəmizə cəlb edilməsi üçün xaricdə də təbliğatın gücləndirilməsinə ehtiyac var. Xüsusən ölkəmizin turizm sahəsində əlverişli imkanları əcnəbilərə göstərilməlidir. Elə müsahibimiz Fransa Milli Assambleyasının deputatı Jülien Borowczyk da "Palitra"ya özəl müsahibəsində bu məsələnin önəmli olduğunu dedi. Bakıda keçirilən V Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda iştirak etdən Jülien Borowczyk iki ölkə arasında turizm əlaqələrinin inkişaf etməsində də maraqlıdır. Buna görə də o, Bakıda Safari Azərbaycan turizm mərkəzinin rəhbər heyətilə görüşüb. Qeyd edək ki, Jülien Borowczyk Fransa-Azərbaycan Dostluq Qrupunun üzvüdür. Fransalı deputat hər zaman Azərbaycanın haqq səsini müdafiə edir.

- Azərbaycanı bəyəndinizmi?

-Bəli. İlk dəfədir sizin ölkənizdə oluram. Azərbaycan haqqında mən internetdən çoxlu maraqlı məlumatlar oxumuşam. Novruz bayramı haqqında məlumatım var. Şadam ki, gəlib real olaraq Azərbaycanı gördüm. Çox gözəl ölkəniz və paytaxt şəhəriniz var. İnsanlar şən və gülərüzdürlər. Zəngin və dadlı mətbəxiniz var.

- Azərbaycan-Fransa əlaqələrini necə qiymətləndirirsiz?

- İlk olaraq qeyd edim ki, Azərbaycan çox sülhsevər və yaxşı tərəfdaş ölkədir. Xüsusən bu tərəfdaşlıq Fransa ilə də özünü göstərir. Bu gün Fransa ilə Azərbaycan arasında dostluq əlaqələrinin olması buna əyani sübutdur. İki ölkə arasında münasibətlərin güclənməsində Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın da fəaliyyətini biz hiss edirik. Mən deputat seçiləndən sonra iki dəfə Fransada Mehriban Əliyevanın iştirak etdiyi tədbirdə olmuşam.

- Siz Bakıda keçirilən V Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda iştirak etdiniz. Bu haqda da fikirlərinizi bilmək istərdik...

- Deyə bilərəm ki, Forum çox önəmli tədbirdir. Burada qlobal məsələlər müzakirə olunur. Forumda Prezident İlham Əliyevin çıxışı bizə çox xoş təsir bağışladı. Müxtəlif ölkələr arasında mədəni əlaqələrin qurulmasında və inkişafında bu forumun çox əhəmiyyətli rolu var.

“Fransada ermənilər çoxdur. Mən də xoşlamıram ki, ermənilər Fransada Azərbaycan haqqında mənfi rəy yaratsınlar. Mən Azərbaycan haqqında çıxış edəndə onlar mənə qarşı çıxırlar. Hər zaman deyirəm ki, mən Azərbaycanın dostuyam. Buna görə də erməni lobbisi və mediası daimi məni tənqid edir”

- Mədəni əlaqələrin qurulmasında turizmin də rolu var. Azərbaycanla Fransa arasında turizm əlaqələrini necə inkişaf etdirmək olar?

- Düşünürəm ki, Azərbaycan Fransada kifayət qədər tanınmır. Yəni biz Azərbaycan haqqında lazımı qədər məlumata malik deyilik. Məsələn, Azərbaycanda turizmlə bağlı geniş imkanlar, mənzərəli yerlər, dağlar var, həmçinin bu ölkə Xəzər dənizinin sahilində yerləşir, amma bir çox fransız bunları bilmir. Ona görə də Azərbaycanın Fransada təbliğatını gücləndirmək lazımdır.
Fransada mənə dünyada ekstremal ovçu kimi tanınan Faiq Babanlı haqda danışmışdılar. Sevinirəm ki, Azərbaycanda ikən onunla görüşdüm. O çox heyrətamiz ovçu və sadiq dostdur. Azərbaycan ovçuluq turizmini Fransada və digər ölkələrdə tanıtmaq üçün Faiq Babanlı çox gözəl şansdır. Biz Fransadan Azərbaycana insanları, eləcə də ovçuları turist kimi dəvət edəcəyik ki, gəlib buranı gəzsinlər, ov etsinlər. Azərbaycana bu gələnlər Fransaya qayıtdıqdan sonra sizin ölkənin gözəllikləri haqqında geniş söhbət edəcəklər. Bundan sonra Fransadan Azərbaycana turist axını artacaq. Bu da turizm əlaqələrinin genişlənməsi üçün çox gözəl imkanlar yaradacaq.

- Siz Fransada Azərbaycan haqqında daimi müsbət çıxışlar edirsiz. Buna görə ermənilər sizə hər hansı təzyiq edirmi?

- Fransada ermənilər çoxdur. Mən də xoşlamıram ki, ermənilər Fransada Azərbaycan haqqında mənfi rəy yaratsınlar. Mən Azərbaycan haqqında çıxış edəndə onlar mənə qarşı çıxırlar. Hər zaman deyirəm ki, mən Azərbaycanın dostuyam. Buna görə də erməni lobbisi və mediası daimi məni tənqid edir. Biz istəyirik ki, Fransa Azərbaycana yaxın olsun. Amma erməni lobbisi buna imkan vermir. Azərbaycan və Ermənistanı Fransanın ətraf şəhərlərində daha az tanıyırlar. Ermənilər də bu boşluqdan istifadə etməsinlər deyə biz çalışırıq ki, Azərbaycanı Fransanın regionlarında da tanıdaq.

Fuad Hüseynzadə




 
Bölməyə aid digər xəbərlər
18.09.2019
“Gələcəkdə yəhudilik və xristianlıqla bağlı kadrların yetişdirilməsi də nəzərdə tutulur”
17.09.2019
Samir Mustafayev: “İdmanla daha çox məşğul olduqca, ürəkdə olan kiçik kapilyarlar daha yaxşı inkişaf edir”
17.09.2019
Əhalisi 1 milyon olan şəhərdə ən azı 2 insult mərkəzi qurulmalıdır
16.09.2019
Azərbaycan aşiqi Mariya Suvorovskaya “Üzümlüyün yanındakı ev“ adlı yeni kitabını təqdim edəcək
13.09.2019
Prezident təqaüdçüsü Rəşad Azadlı: “Hədəf qoymuşdum ki, Bakı Ali Neft Məktəbinin tələbəsi olum”

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Ağasəf Babayev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10888

1 В Великобритании перешли на систему образования СССР
2 Vilayət Eyvazov sərəncamda olan rəisə vəzifə verdi
3 “Siyasi partiyaların bir araya gəlməsi müsbət qiymətləndiriləsi hadisədir”
4 Gömrükçülər 2 milyon manatlıq dərman preparatları aşkarlayıblar
5 “Bəzi belarus tələbə qızlar artıq Azərbaycana gəlin köçməyə hazırlaşırlar”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info