“Biz Krasnoyarskda azərbaycanlıların milli kimliyini qoruya bilməsi üçün istəklərini dəstəkləməyə çalışırıq”
Tarix: 02.05.2019 | Saat: 17:52:00 | E-mail | Çapa göndər


Qubernator Aleksandr Uss: “Sibirin qəlbində ilk Qış Universiadasının keçirilməsi qərarı tamamilə doğru idi”

Krasnoyarsk vilayətinin qubernatoru Aleksandr Ussun “Palitra” qəzetinə eksklüziv müsahibəsi

- Cənab Qubernator, 2019-cu ilin martında Krasnoyarskda keçirilən Ümumdünya Qış Universiadası dünyada sülhün bərqərar olması və dövlətlərarası dostluğun güclənməsində nə kimi rolu var? Ümumiyyətlə, Universiadanın nəticələrini necə qiymətləndirirsiniz?

- Rusiya ilk qış Universiadasına çox ciddi hazırlaşırdı. Biz tarixdə ən səmimi və dostluq şəraitində olan tələbə oyunlarını etmək arzusunda idik. Beynəlxalq Tələbə İdman Federasiyasının nümayəndələrinin, yarış iştirakçılarının, eləcə də xarici ölkə rəsmilərinin müsbət və bəzən həvəsli baxışlarını qiymətləndirdik. On bir gün Krasnoyarsk bütün dünyadan gələn qonaqları qəbul etdi. Əlli səkkiz dövlətin idmançıları Universiadanın medalları üçün yarışdılar. Bu, Ümumdünya Qış Universiadası tarixində rekord saydır!
Oyunlar, idman və mədəni tədbirlərinə 320 min tamaşaçı və pərəstişkarını topladı. Dostluq və gənclik, böyük idman bayramı atmosferi müasir Sibirin simasını, bizim zənginliyimizi və diyarımızın qonaqpərvərliyini bütün dünyaya göstərdi. Krasnoyarsk vilayətinin 5 milyon sakini Universiada məşəlini gördü.
Əlbəttə ki, geniş miqyaslı idman hadisəsinin əhəmiyyətini tam olaraq qiymətləndirə bilərik. Amma bu gün biz inamla deyə bilərik: Sibirin qəlbində ilk Qış Universiadasının keçirilməsi qərarı tamamilə doğru idi və nəticələr ən cəlbedici gözləntiləri əsaslandırdı.
Tələbə Oyunları üçün yaradılan idman bazası ən yüksək beynəlxalq standartlara cavab verir, kütləvi və peşəkar idmanı inkişaf etdirməyə və yeni çempionların hazırlanmasına imkan verir. Krasnoyarsk, dünya səviyyəli nüfuzlu yarışlarda qış idmanlarının paytaxtı ola biləcəyini sübut etdi.
Tələbə Oyunları obyektlərinin hər biri özünəməxsus şəkildədir, bəziləri dünyada ən yaxşısıdır. Yəni yeni buz meydançalarımız, geniş miqyaslı konsert səhnələri və sərgi salonları və s. tikilib. Ümumiyyətlə, Universiada Krasnoyarskın infrastrukturunun yenilənməsi üçün güclü bir təşviq oldu. 34 obyekt inşa etdik, yenidən qurduq və tam təmir etdik. Yalnız idmana aid yox, Sibir Federal Universitetinin yeni aeroportu, yüksək texnologiyalı tibb mərkəzləri, rahat nəqliyyat qovşaqları, müasir binalar və yataqxanalarımız var.
Eyni zamanda, biz bütün tikinti işlərinin 95 faizinin Krasnoyarsk sakinləri tərəfindən həyata keçirilməsindən son dərəcə qürur duyuruq. Bizim növbəti addım regionun digər ərazilərində yeni yanaşmaların və texnologiyaların təkmilləşdirilməsinin tətbiqi olacaq.

- Sevindirici haldır ki, Azərbaycan Respublikasının Gənclər və İdman naziri Azad Rəhimov da “Ümumdünya Qış Universiadası-2019” çərçivəsində keçirilən tədbirlərdə iştirak edib...

- Bildiyimə görə, o, dünyada sülhün möhkəmlənəsi naminə gənclər arasında idmanının inkişafına həsr olunmuş Xarici İşlər nazirlərinin qeyri-rəsmi görüşündə iştirak etdi. Hesab edirəm ki, nazirlə tanışlığımız idmançıların hazırlanması və qış oyunlarının keçirilməsi təcrübəsinin toplanması baxımından da faydalı oldu.

- Bildiyiniz kimi, Rusiya və Azərbaycan tarixən qonşu və dost ölkə olub. Bu gün bu dostluq iki dövlətin prezidentləri, eləcə də xalqları səviyyəsində ən yüksək səviyyədə davam edir. Bəs Krasnoyarsk vilayətini Azərbaycanla nə birləşdirir?

- Krasnoyarsk vilayəti Rusiyanın ən böyük çoxmillətli və çoxsaylı konfessional bölgələrindən biri hesab olunur. Bizim torpaq 159 millətin nümayəndələri üçün ümumi bir yerə çevrilmişdir. Yalnız regionun paytaxtında deyil, bir çox şəhər və regionda yaşayan 16 mindən çox azərbaycanlı var. Böyük Krasnoyarskda bütün xalqlar barış və harmoniyada yaşamaq arzusu ilə bir araya gəlmişdir.
Biz ortaq tarixin, əməkdaşlıq üçün ortaq bir istəyin mərhələləri ilə bağlıyıq. Bizim babalarımız və atalarımız birlikdə dünyanı faşizmdən qurtardı. Sizin xalqınızın nümayəndələri Sibirin sənayeləşdirilməsində, regionumuzun şəhərlərinin inkişafında və sənaye qurğularında aktiv iştirak etmişlər. Xatırladaq ki, Krasnoyarsk hidroelektrik stansiyasının tikintisinin ilk rəhbəri İslam İslamzadəni xatırlamaq kifayətdir. Krasnoyarsk Musiqi və Teatr Akademiyasının keçmiş prorektoru İradə Rüstəmova bölgənin sakinlərinin şərəfinə və hörmətinə malikdir. Ədəbiyyatsevərlər arasında şair və yazıçı Eldar Əhədovun yaradıcılığı məşhurdur.

- Regionun ictimai-siyasi həyatında Azərbaycan diasporu nə dərəcədə fəal iştirak edir?

- Diasporun nümayəndələri regionun ictimai və mədəni həyatında əhəmiyyətli rol oynayır. Krasnoyarsk, Norilsk, Açinsk və bölgənin bəzi rayonlarında bir neçə Azərbaycan muxtariyyəti və birliyi var. "Oqni Baku" jurnalı bir neçə ildir nəşr olunub. Diasporun vizit kartı olan "Odlar yurdu" ansamblı yalnız regionda deyil, həm də bölgədən kənarda, o cümlədən, digər ölkələrdə özünün xoreoqrafiya məharətini göstərir. Bu ansambl Krasnoyarsk ərazisində orijinal Azərbaycan mədəniyyətini layiqincə təmsil edir. Ansambl rəsmi olaraq "Xalq ansamblı" adına layiq görülmüşdür.
Biz Krasnoyarsk vilayətinin azərbaycanlılarının milli kimliyini qoruya bilməsi üçün istəklərini dəstəkləməyə çalışırıq. Hər il "Krasnoyarsk vilayəti xalqlarının etno-mədəni inkişafı" regional proqramı çərçivəsində, Azərbaycan Mədəniyyət Gününü, "Nar festivalı" və "Novruz" adlı uşaqlara ünvanlanmış tədbirləri təşkil etmək ənənə halını alıb.
Mən ümid edirəm ki, xalqlarımız arasında dostluq və tərəfdaşlıq növbəti illər ərzində də inkişaf edəcək! Azərbaycan xalqına sülh və əmin-amanlıq arzu edirəm. Sizi isə qonaqpərvər Krasnoyarsk diyarına dəvət edirəm!

Fuad Hüseynzadə
(Bakı-Krasnoyarsk-Bakı)




 
Bölməyə aid digər xəbərlər
24.05.2019
Fuad Abbasov saxlanmasının əsl səbəbini açıqlayıb
23.05.2019
Vahid Rzayev:”Səhər gördük ki, ermənilər arxiv sənədində özlərinə sərf etməyən hissəni qayçı ilə kəsiblər”
23.05.2019
“Gəmi mühiti insana möhkəm, iradəli olmağı öyrədir”
21.05.2019
“İrəvan quberniyasına aid arxiv materiallarını oxuduqca hiss edirsən ki, buralar döğma torpaqlardır”
20.05.2019
Oqtay Zülfüqarovun uşaq mahnıları müasir aranjemanda səslənəcək

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10787

1 Üç müharibə iştirakçısı olan general-mayor
2 Oqtay Zülfüqarovun uşaq mahnıları müasir aranjemanda səslənəcək
3 “İrəvan quberniyasına aid arxiv materiallarını oxuduqca hiss edirsən ki, buralar döğma torpaqlardır”
4 …Hər sözdə vətən axtaran soydaşımız
5 Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevdən


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info