İnkişaf müxalifətə sərf etmir...
Tarix: 02.05.2019 | Saat: 18:39:00 | E-mail | Çapa göndər


Hazırda Azərbaycan sürətli inkişaf mərhələsini yaşayır. Danılmaz faktdır ki, bu gün 90-cı illərdən fərqli olaraq, regionun lider dövlətinə çevrilən ölkəmizdə həyata keçirilən son iqtisadi və sosial islahatlar dövlətimizin gücünə güc qatır. Amma təəssüf hissi ilə qeyd etməliyik ki, Azərbaycanı güclü, iqtisadi və siyasi cəhətdən qüdrətli bir dövlət kimi görmək istəməyən bir sıra xarici qüvvələr də mövcuddur. Məsələnin ən pis tərəfi isə odur ki, daxildə də xaricdəki bu Anti-Azərbaycan dairələrin quluna çevrilən, qrant sevdalıları, sapı özümüzdən olan baltalar da var ki, onlar daim görülən müsbət işlərə ləkə yaxmağa çalışırlar. Xüsusən də bu qüvvələr son dönəmlərdə həm xaricdə, həm də ölkə daxilində sosial şəbəkələr vasitəsilə insanların beyinlərini “zəhərləməyə” cəhdlər edirlər. Mühacirətə qaçmış, siyasətdən uzaq olan söyüşcül dəstənin öz anormal metodları- söyüş və təhqirlərlə müşayiət edilən videoçəkilişlər, beş-on nəfərlik aksiyalar kimi fəaliyyətləri var ki, bu da əslində effektiv olmur. Ənənəvi müxalifət nümayəndələri, 90-cı illərin əvvəllərində ölkəni viran qoymuş keçmiş məmurlar-indiki müxalifət partiya təmsilçiləri isə qarayaxma kampaniyaları və yalan dolu məlumatlar yaymaqla məşğuldurlar. Yəni hər iki tərəfin mübarizə metodları bir qədər fərqli olsa da mahiyyət etibarı ilə eyni işi görürlər-Azərbaycan dövlətinin və görülən müsbət işlərin əleyhinə fəaliyyət göstərirlər.
Bu gün müxalifət də gözəl anlayır ki, ölkəmizdə həyata keçirilən siyasətin mərkəzində vətəndaşlarımızın rifahı, milli maraqlarımızın təmin olunması və müstəqil dövlətimizin beynəlxalq nüfuzunun yüksəlməsi amilləri dayanır. Amma bunu bilə-bilə niyə ictimai rəyə mənfi yöndən təsir göstərməyə çalışırlar? Səbəblər çoxdur. Ən başlıcası isə, əsasən radikal müxalifət nümayəndələri olan Əli Kərimli, Cəmil Həsənli, Gültəkin Hacıbəyli, Tofiq Yaqublu və ya xaricdə oturub xalqa ağıl verən bir qrup agentura şəbəkəsinin üzvü olan gənc belə radikal mövqe sərgiləməsələr xaricdəki havadarlarından maliyyə yardımları, qrantlar ala bilməzlər. Bu gün 5-ci kolonun aktiv üzvləri olan bir sıra radikal düşüncəli müxalifətçilər iddia edirlər ki, Azərbaycanda iqtisadi durum geri gedir, ölkədə, guya inqilab əhval-ruhiyyəsi yaranıb. Halbuki son bir ildə ölkədə həyata keçirilən iqtisadi-siyasi islahatlar əhalinin rifahının yüksəlməsinə səbəb olub. Hətta ayrı-ayrı beynəlxalq təşkilatların hesabatlarında xüsusi rəqəmlərlə qeydlər yer alır ki, Azərbaycan son illərin ən islahatçı ölkələrindəndir, iqtisadi göstəricilər müsbət istiqamətdə durmadan artır. Amma nə yazıq ki, bu reallığa qara eynəklə baxan qüvvələr də mövcuddur və onlar daim “iş başındadılar”, inkişaf onlara sərf etmir. Yəni iş başında deyəndə, əslində onların elə bir ciddi çabalarını da müşahidə etmirik. Sadəcə olaraq, həyat təcrübəsi olmayan gənclərin beynini doldurmaqla məşğul olan müxalifətçilər, əsasən sosial şəbəkələr üzərindən müəyyən anti-təbliğati işlər görməyə çalışırlar. Hətta uydurma iddialarla özünü qəhrəman, xalqın qeydinə qalan kimi göstərənlər də var. Bu işdə ən çox fərqlənən isə heç şübhəsiz Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimlidir. Əli Kərimli artıq neçənci dəfədir iddia edir ki, guya ölkədə həyata keçirilən sosial-iqtisadi islahatlar məhz onun əməyinin nəticəsidir! Yəni bir stadion qədər toplanmış mitinqin... Gülməlidir, elə deyilmi? Əvvəla, hakimiyyət, şəxsən ölkə başçısı dəfələrlə ciddi sosial-iqtisadi islahatlara gedib, hətta bir neçə il əvvəl başı Soros fondundan aşkar şəkildə qrantlar almağa qarışan müxalifətin yalnız yeyib-yatmaqla məşğul olduğu vaxtlarda da ölkədə xeyli islahatlar həyata keçirilirdi. Bununla bağlı onlarla misal göstərmək olar. Hər il pensiya və maaşlarda, sosial müavinətlərdə artımlar müşahidə edilirdi, minlərlə Qarabağ qazisi, şəhid ailələri və digər kateqoriyadan olan vətəndaşlarımız üçün mənzillərin verilməsi və s. kimi mühüm addımlar da unudulmamalıdır. Bəs onda niyə AXCP sədri çıxıb demirdi ki, bütün bunlar onun “əməyinin” nəticəsidir? Hələ 2004-cü ildən həyata keçirilən Azərbaycan Respublikası regionların sosial-iqtisadi inkişafı dövlət proqramları əhalinin rifahının yüksəldilməsi demək deyildimi? Bütün bu və buna bənzər müsbət addımlar iqtisadi islahatlar sayılmırmı? Əlbəttə, sayılır. Sadəcə olaraq, hər şeydə qaragüruhçuluq edən müxalif qüvvələrə bu cür müsbət addımları təqdir etmək sərf etmir, ya da siyasi qısqanclıqları, eqoları buna imkan vermir. Halbuki uzağa getməyərək bizə qardaş olan Türkiyə müxalifətini nümunə göstərmək olar ki, onlar yaxşını yaxşı, pisi pis kimi deyirlər! Daha bizdəki müxalifətçilər kimi ucdantutma hər şeyə pisdir demirlər... Hətta Türkiyə müxalifəti Avropanı təəccübləndirərək məşhur hərbi çevrilişə cəhd hadisələri-“15 temmuz darbesi” zamanı Milliyətçi Hərəkat Partiyası belə, iqtidarın yanında olduğunu bəyan etdi, ümummilli məsələlərdə xalqla, dövlətlə bir olacaqlarını bildirdilər. Bəs bizim cəbhəçilər, müsavatçılar, digər radikal qüvvələr necə davranırlar? Nardaran olayları, Gəncədəki kriminal qrupların həyata keçirdikləri xaos, digər arzuolunmaz anormal proseslər zamanı cinayətkar dəstələrin, Nardaranda birbaşa bəzi xarici qüvvələrin nəzarətində olan radikalların addımını xalqa nümunə göstərirdilər. Hətta Tofiq Yaqublu ilə İlqar Məmmədovun beş-on adamın küçəyə çıxıb aksiya keçirməsini görən kimi, “fürsətdir” deyib bölgəyə getməsini, orada qarışıqlıq yaratmaq istəyənlərə dəstək verməsini də unutmamışıq...
Qısası, məqsəd və məramlar bəllidir-var gücləri ilə ölkəmizə ziyan vurmaq, yenidən ölkədə xaos yaratmaq, “ərəb bahar”ı hadisələrini burada təkrarlamaq və ölkəni beləcə viran qoymaq. Bütün bunları arzu və xəyal edənlər sosial-iqtisadi islahatları necə təqdir edə bilərdilər axı? Əli Kərimli son statusunda məhz ölkə vətəndaşlarının rifahının yüksəldilməsinə hesablanmış növbəti addımı-qaz limitinin qaldırılmasını da öz adına çıxaraq gülməli şəkildə iddia edib ki, bütün bu addımlar və sonuncu müsbət addım guya mitinqlərin nəticəsidir. Bir vaxtlar hakimiyyətdə yüksək vəzifədə olarkən satqınçılığına və rəhbərliyə xəyanətinə görə tanınan indiki müxalifət rəhbərləri elə öz liderlərinin də daim əleyhinə çıxışlar ediblər, hətta Əbülfəz Elçibəy dünyasını dəyişdikdən sonra onun bəzi addımlarını öz adlarına belə, çıxmaqdan çəkinmədilər... Son olaraq qeyd edək ki, bugünkü müxalifətin hansı yolda olması, ölkəmizin və milli dövlətçiliyimizin əleyhinə fəaliyyət göstərməsi Azərbaycan cəmiyyətində yalnız hiddət doğurur, olub- qalan sosial bazalarının daha da azalmasına səbəb olur, desək yanılmarıq...

Tural Tağıyev





 
Bölməyə aid digər xəbərlər
19.09.2019
“Bəzi belarus tələbə qızlar artıq Azərbaycana gəlin köçməyə hazırlaşırlar”
16.09.2019
“Müəllim olmaq istəyənlərin sayı artır“
10.09.2019
Vladislav Kanevski: “Azərbaycan beynəlxalq aləmdə güclü oyunçuya çevrilib”
05.09.2019
Ayrı-ayrı Avropa ölkəsində oturan iki müxalifətçinin də internetini hakimiyyət kəsdi?
02.09.2019
Norveçdə keçirilən bələdiyyə seçkilərində Azərbaycan əsilli xanım namizəd iştirak edəcək

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Ağasəf Babayev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10897

1 Müəllimlərin təkmilləşdirilməsi üçün təlimlər keçiriləcək
2 В Великобритании перешли на систему образования СССР
3 Vilayət Eyvazov sərəncamda olan rəisə vəzifə verdi
4 “Bəzi belarus tələbə qızlar artıq Azərbaycana gəlin köçməyə hazırlaşırlar”
5 “Siyasi partiyaların bir araya gəlməsi müsbət qiymətləndiriləsi hadisədir”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info