“Milli şura” biabırçı sonluğa doğru gedir
Tarix: 01.08.2013 | Saat: 00:17:00 | E-mail | Çapa göndər


“Milli şura”nın Tiflis toplantısından sonra müxalifət partiyaları arasında olan ciddi narazılıqlar daha da alovlanıb.
Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) sədrinin iştirak etmədiyi bu toplantıda Müsavat başqanı İsa Qəmbərin ayrıca və qapalı olaraq vahid namizəd Rüstəm İbrahimbəyovla görüş keçirməsi cəbhəçilərin hiddətinə səbəb olub. Hətta AXCP düşərgəsində belə söz-söhbət gəzir ki, İsa Qəmbər İbrahimbəyovdan namizədlikdən geri çəkilmək razılığı alıb. Ümumilikdə müxalifətçilərin Bakıda gözlədiyi Rüstəm İbrahimbəyovun Tiflisdə peyda olması və onun “onsuz da mən kino işlərimlə əlaqədar Gürcüstana gələcəkdim” deməsi sıravi müxalifətçilərin ciddi narazılığına səbəb olub. Bu səbəbdəndir ki, sosial şəbəkələrdə müxalifətçilər öz liderlərini tənqid edən fikirlər paylaşaraq müzakirələr açırlar.
Azadlıq Partiyasının sədri Əhməd Oruc “Palitra”ya verdiyi açıqlamada müxalifət partiyası liderlərinin Tiflisə hansısa kinodramaturqun ayağına getməsini pislədi. O, ümumilikdə müxalifət adına ləkə gətirən intriqaların bu liderlər tərəfindən aparılmasını də kəskin tənqid etdi: “Hansısa məqsədi bilinməyən bir kinorejissoru özlərinə sədr seçib onun tapşırıqlarının arxasıyla getmək müxalifət liderləri üçün gülünc doğuran haldır. Hələ bu azmış kimi sonradan onun təyin etdiyi xarici bir ölkədə görüşə qaçmaq halı da ortaya çıxdı. Bunlar hamısı proseslərə şou xarakterli yanaşımdır. Bu məsələlərdə ciddi heç nə görmürəm. Ona görə də, təəssüf hissi ilə qeyd edirəm ki, müxalifət ciddi şəkildə toplanıb demokratik proseslərin aparılması əvəzinə “milli şura” adıyla oyuna başladılar. Bu da belə biabırçı sonluqla nəticələnməyə doğru gedir”.
Əhməd Oruc deyir ki, cəmiyyətdə böyük kəsim müxalifət daxilində gedən prosesləri çox həssaslıqla izləyir. Buna görə də bəzi müxalifət liderləri özlərini aktiv göstərməyə çalışaraq lazımsız və mənasız hərəkətlərə yol verir: “Müxalifət liderlərinin oyunbazlığı, son zamanlar isə loru dildə desəm “siyasi hoqqa”lar çıxartmaları ictimai rəydə mənfi rəy formalaşdırır. İnsanlar siyasi proseslərdən kənarda qalmağı seçirlər. Çünki görürlər ki, bunlar özləri də heç bilmirlər, nə edirlər. Son 15-20 gün ərzində müxalifətçilərin özlərinə lider seçdikləri Rüstəm İbrahimbəyovdan fərqli-fərqli bəyanat gəlib. Bunlar gah etimad hökumətindən, gah da keçid hökumətindən danışırlar. Vahid namizədləri isə bir tərəfdən deyir, ayın sonu gələcəyəm, sonra deyir, gələsi olmadım, siz gəlin yanıma. Bir də görürsən ki, özlərini hansısa tarixi proseslərlə müqayisə edib “milli şura”nın yüz il əvvəlki vəziyyətindən söz açırlar. Əlbəttə ki, bu müxalifətə olan inamı zəiflədir. Təəssüf hissi ilə qeyd edirəm ki, Azərbaycanda bir sıra qüvvələr vaxtında siyasi meydanı tərk edə bilməyiblər. Onların ortada qalmış cəsədləri artıq çürüməkdədir. Bu da iy verib cəmiyyətin də ürəyini bulandırır”.
Tural Tağıyev




 
Bölməyə aid digər xəbərlər
23.09.2018
Aİ nümayəndələri Naxçıvanda fiziki məhdudiyyətli uşaqlarla görüşüblər
23.09.2018
Naxçıvan Biznes Mərkəzində avropalı diplomatların sahibkarlarla görüşü olub
23.09.2018
Naxçıvanda “Avropa şəhərciyi”nin rəsmi açılış mərasimi olub
23.09.2018
Otman-Bozdağ palçıq vulkanında püskürmə baş verib
23.09.2018
Payız fəsli Azərbaycana daxil oldu

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10136

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 Yalnızlıq qorxusu
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info