Bədənində partlayan məscid tatuirovkası olan kişi həbs olundu
Tarix: 01.08.2013 | Saat: 16:39:00 | E-mail | Çapa göndər


Britaniya polisi bədənində partlayan məscid təsvirinin tatuirovkası olan kişini həbs edib. Şəkildə partlayışın təsviri “Bum!” (“Boom!”) yazısıyla müşayiət edilib. Bu haqda “BBC News” məlumat verir. Adı açıqlanmayan 39 yaşlı kişi nifrətin oyadılmasında şübhəli bilinir. O, İngiltərənin şimal-şərqində Saut-Şilds şəhərində yaşayır. Tatuirovkanın sahibini Birminhemdə İngilis Müdafiə Liqası (English Defence League) tərəfindən təşkil edilmiş etiraz aksiyasından sonra həbs ediblər. “Lent.ru” xəbər verir ki, kişi mitinqdə iştirak edərkən qabırğasındakı tatuirovkanı göstərərək şəkil çəkdirib. Nifrəti qızışdırmaqda şübhəli bilinən şəxs hazırda zaminə buraxılıb. Etiraz aksiyasında bütünlükdə iki minə qədər insan iştirak edib. Polis onlardan 20-ni saxlayıb.
Qeyd edək ki, İngilis Müdafiə Liqası qeyri-formal təşkilatdır. Onun üzvləri Böyük Britaniyanın islamlaşması əleyhinə çıxırlar. Hərəkatın üzvləri islamın zorla qəbul etdirilməsinin əlaməti hesab etdikləri məscidlərin və başqa şeylərin tikintisinə qarşı etiraz aksiyaları təşkil edirlər. Britaniya hakimiyyəti təxminən liqanın nümayəndələrinin sayının üç min insana qədər olduğunu bildirir.
Elnarə




 
Bölməyə aid digər xəbərlər
25.03.2019
Türkiyə Qolan yüksəklikləri məsələsini BMT Baş Assambleyasına çıxaracaq
24.03.2019
Türkiyə Mozambikə humanitar yardım göndərib
24.03.2019
Tailandda parlament seçkiləri keçirilir
24.03.2019
Malidə silahlı hücum nəticəsində ölənlərin sayı 115-ə çatıb
24.03.2019
Çin Pakistan iqtisadiyyatının dirçəldilməsi üçün 2,1 milyard dollar kredit verir

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10702

1 Elektromaqnitizmin müxtəlif sahələrinə mühüm töhfələr verən görkəmli azərbaycanlı alim
2 Azərbaycan xalqı zəngin mədəniyyətə sahibdir
3 Lənkəranın ucqar kənd məktəbində Novruz şənliyi keçirilib
4 İraqda bərə qəzaya uğrayıb: 71 ölü
5 Prezident və xanımı Bakıda Novruz şənliyində


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info