“Ukraynanın regionlarında rəqs məktəbimizin filiallarını açmaqla bağlı çoxsaylı təkliflər gəlir”
Tarix: 07.05.2019 | Saat: 14:22:00 | E-mail | Çapa göndər


Nicat Mirzəyev: “Ukraynada müxtəlif dövlət tədbirlərinə dəvətlərimiz daha da çoxalır”

Azərbaycan həqiqətlərinin xarici ölkələrdə yayılması və təbliği dövlətimizin prioritetidir. Ukraynadakı Azərbaycan diaspor təşkilatları da dövlətimizin bu siyasətinə dəstək olaraq aktiv şəkildə ölkəmizin tarixini, milli mədəniyyətini təbliğ edirlər. Bu baxımdan Ukraynadakı Qafqaz Rəqsləri məktəbi və “Qafqaz” ansamblının, həmçinin “Gənclər Dünyası” İctimai Birliyinin rəhbəri Nicat Mirzəyev də fəallıq göstərir.

- Bugünlərdə Beynəlxalq Rəqs Günü qeyd olundu. Bu günü siz necə keçirdiz?

- Bu bayramla bağlı Kiyevdə bir sıra tədbirlər, festivallar keçirildi. Onlardan birində biz də öz milli rəqslərimizlə iştirak etdik. Və ən əsası biz böyük sarayda solo konsertimizi keçirdik. “V Ritme serdtsa” adlı bu tədbir həm Beynəlxalq Rəqs Gününə, həm də məktəbimizin və ansamblımızın 8 yaşına həsr olundu.

- Ukrayna dövləti tərəfindən sizin fəaliyyətiniz necə qiymətləndirilir?

- Çox yüksək səviyyədə bizim mədəniyyətimizə, o cümlədən məktəbimizə diqqət, sayğı və sevgi göstərirlər. Hətta bu il Ukrayna mədəniyyət naziri bizə Xalq ansamblı adı almağımız barədə şəhadətnaməni təqdim etdi. Bu da onun göstəricisidir ki, 8 il ərzində çəkdiyimiz əziyyəti onlar dəyərləndirir və yüksək səviyyədə mükafatlandırırlar.

- Ukrayna mediası sizin fəaliyyətinizi lazımı səviyyədə işıqlandırırmı?

- Ukrayna KİV-ləri bizim fəaliyyətimizi gözləniləndən də artıq dərəcədə diqqətdə saxlayır. Bəzən bir həftə içində bir neçə dəfə Ukrayna telekanalları və radiolarında çıxış edərək Azərbaycan mədəniyyəti haqda ətraflı danışırıq.

- Bu yaxınlarda Diasporla İş üzrə Dövlət Komitəsinin rəhbərliyi sizin rəqs məktəbində oldu. Bu, sizin fəaliyyətinizə nə kimi motivasiya oldu?

- Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradovun və diaspor təşkilatı rəhbərlərinin mədəniyyət mərkəzimizə təşrif buyurmaları bizim üçün çox xoş oldu. Uşaqlar onların qarşısında fəal şəkildə milli rəqslərimizi ifa etdilər. Qonaqlarımız bu ifaları çox bəyəndi və hər zaman bizə dəstək verəcəklərini bildirdilər. Bu da tələbələrimizə və bütün komandamıza qürur verdi.

- Qarşıda keçiriləcək hansı konsertlərə hazırlaşırsız?

- Xalq ansamblı adı alandan sonra daha da çox tanındıq. Ukraynada müxtəlif dövlət tədbirlərinə dəvətlərimiz daha da çoxalır. Bu da bizim rəqslərimizin peşəkar səviyyədə tamaşaçılara illərcə göstərməyimizin nəticəsidir. Məsuliyyətimiz daha da artır. Ukraynanın regionlarında rəqs məktəbimizin filiallarını açmaqla bağlı çoxsaylı təkliflər gəlir. Görüləsi işlərimiz, planlarımız çox böyükdür. Nə qədər aktiv şəkildə folklorumuzu yüksək səviyyədə təmsil etsək, o qədər də Azərbaycanımız, xalqımız üçün böyük uğurdur.

Fuad Hüseynzadə




 
Bölməyə aid digər xəbərlər
18.09.2019
“Gələcəkdə yəhudilik və xristianlıqla bağlı kadrların yetişdirilməsi də nəzərdə tutulur”
17.09.2019
Samir Mustafayev: “İdmanla daha çox məşğul olduqca, ürəkdə olan kiçik kapilyarlar daha yaxşı inkişaf edir”
17.09.2019
Əhalisi 1 milyon olan şəhərdə ən azı 2 insult mərkəzi qurulmalıdır
16.09.2019
Azərbaycan aşiqi Mariya Suvorovskaya “Üzümlüyün yanındakı ev“ adlı yeni kitabını təqdim edəcək
13.09.2019
Prezident təqaüdçüsü Rəşad Azadlı: “Hədəf qoymuşdum ki, Bakı Ali Neft Məktəbinin tələbəsi olum”

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Ağasəf Babayev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10887

1 Prezident İlham Əliyev AŞPA-nın prezidentini qəbul edib
2 В Великобритании перешли на систему образования СССР
3 Prezident Bakı Metropoliteninin “Xətai” stansiyasında görülən işlərlə tanış olub
4 “Siyasi partiyaların bir araya gəlməsi müsbət qiymətləndiriləsi hadisədir”
5 Gömrükçülər 2 milyon manatlıq dərman preparatları aşkarlayıblar


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info