Dava qrant davasıdır...
Tarix: 07.05.2019 | Saat: 15:58:00 | E-mail | Çapa göndər


Son günlər Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimli sosial şəbəkələr, əsasən da “Facebook” səhifəsi üzərindən daha çox “mitinq-mitinq” harayı çəkməyə başlayıb. AXCP sədrinin hər iki statusundan birində mitinqlərin vacib olması, insanların daha çox meydan hərəkatlarına cəlb olunmasının vacibliyi vurğulanır. Bu işdə mitinq təbliğatları, sonda xaosa aparacaq meydan hərəkatlarını insanların beyninə yeritməkdə Əli Kərimlinin media “qanadları” da var. Yəni onu sosiallıqda daim “havaya qaldıran” sağ və sol “qanadları” Qənimət Zahid ilə Sevinc Osmanqızı az qala hər həftə Əli Kərimli ilə müsahibələr edirlər, “şanlı” lider kimi təqdim edilən AXCP sədrini siaysi proseslərin şərhçisi kimi verilişlərinin ulduzuna çevirirlər. Olsun. Bu da onların öz metodudur, öz maraq dairələrinə uyğun hərəkətləridir. Amma bu hərəkətlərin hamısı vahid mərkəzdən-Qərbdəki Anti-Azərbaycan dairələrdən idarə edilir və izlənilir. Bu, şübhəsizdir! Qayıdaq Əli Kərimlinin mitinq sevdasına. Adam o qədər haqsız, şər və böhtan dolu statuslar yazaraq, sonda bu “problemlərin” həllini mitinqlərlə əlaqələndirir ki, heyrətlənməyə bilmirsən. Əslində, təkcə Əli Kərimli deyil, digər müxalifət nümayəndələri də daim sosial şəbəkələr üzərindən mitinqlə bağlı uğursuz çağırışlar ediblər. Əsasən “Facebook” üzərindən aparılan bu mitinqə çağırış kampaniyaları ona görə uğursuzluğa düçar olur ki, insanlar nəinki bu çağırışları edənlərin səmimiyyətinə inanmırlar. Mitinqlə bağlı çağırışlara ona görə uğursuz deyirik ki, təsəvvür edin, bu adamlar özlərinin statuslarında etiraz aksiyasına dəfələrlə çağırışlar etsələr də, insanlar buna əhəmiyyət vermirlər. Belə statuslara uzağı 200-300 bəyənmə gəlir.
Əli Kərimlinin Sevinc Osmanqızına verdiyi videomüsahibəyə baxanda yüksək səs tonu ilə danışaraq həyəcanlı çağırışlar edib, insanlara psixoloji təsir etməyə çalışan birinin hakimiyyətin həyata keçirdiyi iqtisadi-sosial, eləcə də siyasi islahatlarını necə görməzdən gəlməsini də müşahidə etmək olur. Hər şeyi qara görən AXCP sədri həm də ona görə durmadan mitinqlər keçirilməsini istəyir ki, bu cür aksiyalar “yağlı çörək” vəd edir. Yəni dəfələrlə olub ki, aksiyalara gələnlər burada xüsusi fotolar çəkdirirlər və bir müddət sonra həmin şəxslər Avropanın ayrı-ayrı şəhərlərində peyda olaraq, siyasi mühacir olduqlarını bəyan edirlər. Təbii ki, ciblərində də yeni AXCP vəsiqəsi... Bu vəsiqələrin hansı yolla verilməsi və satılması da ayrıca söhbətin mövzudur. Avropada mühacir həyatını yaşayan Orduxanlar da elə vaxtilə heç bir siyasi fəaliyyəti olmayaraq şişirdilmiş, ölkədən “partbiletlərlə”, min bir hiylə yolu ilə qaçmış fırıldaqçılardılar. Ona görə fırıldaqçı deyirik ki, nə siyasət adamı kimi siyasətlə məşğul olurlar, nə də blogger kimi bloggerliklə. Heç jurnalistika ilə də məşğul olmurlar. Bu adamların bir məqsəd və amalı var ki, bu da bacardıqları qədər qrant almaqdır! Bunun üçün isə sosiallıq üzərindən insanlarda iqtidara, hakimiyyətə, ümumilikdə dövlətə qarşı inamsızlıq yaratmaq lazımdır. Onsuz da cəmiyyətimiz gözəl anlayır ki, bu cür fəaliyyətlər səmimi deyil, arxasında maddi maraqlar dayanır.

Tural Tağıyev




 
Bölməyə aid digər xəbərlər
11.10.2019
Paşinyan “pripiska”nı bərpa edir: “Ermənistanda dövlət qurumları iflic vəziyyətindədir”
09.10.2019
Paşinyanın sərsəm bəyanatının qurbanı: xarici işlər naziri işdən qovulur
07.10.2019
Bir amalın iki qəhrəmanı
02.10.2019
Ermənistanda kişi qıtlığı yaranıb
01.10.2019
Paşinyanın komandasında təmizləmə əməliyyatı çox erkən başladı

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10914

1 Aşqabadda Azərbaycan və Türkmənistan prezidentlərinin görüşü olub
2 Azərbaycanda sifilis xəstəliyinə yoluxmuş insanların sayı artıb
3 Ankarada “Buta Bakı“
4 Prezident Əli Əsədovun Baş nazir təyin edilməsi haqqında Sərəncam imzalayıb
5 Bakıda Rus Kitab Evinin açılmasının 10 illik yubileyi qeyd olunub


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info