Ermənistanı 6 ayda 123 min insan tərk edib (Yenilənib)
Tarix: 01.08.2013 | Saat: 20:23:00 | E-mail | Çapa göndər


Mənfi saldo 6 ay ərzində Ermənistanda 123 min təşkil edib. Ermənistanın Milli Statistika Xidməti 2013-cü ilin ilk 6 ayı ərzində vətəndaşların ölkədən gediş-gəlişi barədə Ermənistanın rəsmi məlumatlarını açıqlayıb. Bu məlumatlar sadəcə insanı dəhşətə gətirir. Bu haqda “Aykakan Jamanak” qəzeti özünün bugünkü nömrəsində yazır və əlavə edir ki, bu məlumatlara əsasən, qeyd olunan dövr ərzində Ermənistanı 1 milyon 17 min nəfər şəxs tərk edib və yalnız 922 min şəxs ölkəyə qayıdıb. Yəni, mənfi saldo 123 min təşkil edib ki, bu da ötən ilin həmin dövrünə olan göstəricidən təxminən 30% çoxdur: “İlin sonuna kimi mənfi saldo xaricdə mövsümi işlərə getmiş bizim həmyerlilərimizin bir hissəsinin qayıdışı nəticəsində müəyyən dərəcədə azalacaq. Amma yuxarıda göstərilən statistikanı nəzərə alaraq, artıq bu gün iddia etmək olar ki, 2013-cü ildə Ermənistandan mühacirət etmiş insanların sayı 80 min təşkil edəcək” . Görünür ki, emiqrasiyanın tempi faciəli surətdə artır. Rəsmi məlumatlara görə, Ermənistandan yalnız son üç il ərzində 200 min nəfər insan mühacirət edib.
Elnarə




 
Bölməyə aid digər xəbərlər
17.11.2018
Viqen Sarkisyan: “Ötən aylar Ermənistanın xarici siyasəti ilə bağlı narahatlıqlar yaradır“
16.11.2018
«Rosbalt»: «Ermənistandan güclü şantaj və oğurluq qoxusu gəlir»
15.11.2018
Makron: “ABŞ-ın müttəfiqi olmaq vassal dövlət olmaq demək deyil”
15.11.2018
Seçkilər yaxınlaşdıqca Ermənistanda siyasi gərginlik artır
14.11.2018
Ermənistandakı bəzi siyasi qüvvələr parlament seçkilərində iştirakdan imtina edirlər

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10492

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info