Rusiya Elmlər Akademiyası buraxılır
Tarix: 01.08.2013 | Saat: 22:44:00 | E-mail | Çapa göndər


“İyun ayının sonunda Rusiya Elmlər Akademiyasının üzvləri çox böyük təəccüb içində yeni islahatlar layihəsi haqqında məlumat alıblar. Həmin layihə Rusiya Elmlər Akademiyasının bağlanmasını nəzərdə tutur”. Bu haqda “Liberation” qəzetinin müxbiri Etyen Buş məlumat yayıb.
Onun sözlərinə görə, Rusiyanın təhsil naziri Dimitri Livanov Rusiya Elmlər Akademiyasının, Tibb Akademiyasının və Kənd Təsərrüfatı Akademiyasının buraxılması ilə bağlı qanun layihəsi hazırlayıb. Təklif edilir ki, buraxılacaq bu üç elm ocağının bazasında vahid elmi mərkəz yaradılsın. Hökumət üzvləri əmindirlər ki, nəzərdə tutulan islahat Rusiyada elmin inkişafına yardım edəcək. Rusiya Elmlər Akademiyasının rəhbəri Fortovun bundan sonra əlindən gələ biləcək ən yaxşı iş buraxılmanın vaxtını 3 aydan 3 ilə qədər uzatmaq ola bilər. Qanun layihəsinin tərəfdarları hesab edir ki, nəzərdə tutulan islahat elmlə məşğul olmaq istəyənlər üçün böyük kömək olacaq. Bundan sonra alimlər özlərini bütünlüklə elmə həsr edə biləcəklər. Rusiya Elmlər Akademiyasının əmlakının idarə olunması ilə bağlı xüsusi agentlik yaradılacaq. İndi Rusiya mətbuatında müzakirə olunan əsas məsələlərdən biri də budur ki, akademiyanın əmlakı kimə qismət olacaq? Qanun layihəsinin payızda Dövlət Dumasında müzakirəyə çıxarılacağı gözlənilir.
Anar




 
Bölməyə aid digər xəbərlər
21.11.2018
“Ermənistan nümayəndəsinin KTMT-nin baş katibi seçilməməsi Paşinyana ciddi zərbə olacaq”
21.11.2018
Çavuşoğlu S-400-lə bağlı məsələyə son qoydu: “Anlaşmanın ləğv edilməsi mümkün deyil”
21.11.2018
RecExpo 2018-də Monteneqronu kəşf et: 2019-da açılacaq ruhlandırıcı dənizkənarı kurort Portonovi
20.11.2018
Belarus səfəri Ermənistanda böyük rezonans doğurub
20.11.2018
Moldova prezident idarəçiliyinə qayıtmaq istəyir

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10509

1 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
2 Şervin Nəcəfpur: “Norveçdə doğulub boya-başa çatsam da, Vətən uzaqda deyil”
3 “Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
4 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir
5 Eldar Əzizov Bakı Şəhər İcra Hakimiyyətinin başçısı təyin edildi


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info