“İranla əlaqələri yaxşılaşdırmağa hazırıq”
Tarix: 01.08.2013 | Saat: 22:49:00 | E-mail | Çapa göndər


İran və Britaniya xarici işlər nazirləri arasında telefon danışığı olub

İran və Böyük Britaniya xarici işlər nazirləri arasında telefon danışığı olub. Görüş İranda prezident seçkilərindən sonra beynəlxalq əlaqələr və ikili münasibətlər mövzusunda görüşmək hədəfi ilə reallaşıb. Uilyam Heyq İranla əlaqələri yaxşılaşdırmağa hazır olduqlarını və iranlı həmkarı ilə görüşmək istəyində olduğunu bildirib:
“Böyük Britaniya İranla ikitərəfli əlaqələri addımbaaddım yüksəltməyə hazırdır. Bunun üçün bu ilin sentyabr ayında Nyu-York şəhərində BMT Baş Assambleyasının sessiyası çərçivəsində ikitərəfli görüşün keçirilməsini təklif edirik”. Böyük Britaniya XİN rəhbəri həmçinin Qərb ölkələrinin İranın nüvə proqramı ilə bağlı narahatlığını da Əli Əkbər Salehinin diqqətinə çatdırıb və problemin həlli üçün təcili addımların atılmasının zəruri olduğunu vurğulayıb. Sonda tərəflər İran və Böyük Britaniya xarici siyasət idarələrinin diplomatlarının BMT Baş Assambleyasının sessiyasından əvvəl ikitərəfli əlaqələrin inkişaf etdirilməsi və gücləndirilməsi məqsədilə görüşünə zəmin hazırlamaq üçün mütəxəssislər səviyyəsində danışıqlara başlamaları qərarlaşdırılıb. Bu arada İran Hollandiyaya nota verib. Hollandiyanın İrandakı səfirliyinin müvəqqəti işlər vəkili bu ölkənin Xarici İşlər Nazirliyinə çağırılıb. “İRİB”in məlumatına görə, buna səbəb İranın Hollandiyadakı səfirliyinin telefon danışıqlarının dinlənilməsi ilə bağlı xəbərlərin yayılmasıdır. İran XİN holland diplomatdan məsələ ilə bağlı açıqlama tələb edib və Hollandiya rəsmilərindən mövzuya rəsmi münasibət bildirməsini istəyib. Diplomat da İranın tələblərini öz ölkəsinin diqqətinə çatdıracağını və rəsmi Tehranı məlumatlandıracağını vurğulayıb. İranın Rusiyadakı səfiri Mahmudrza Səccadi isə bildirib ki, İranla Rusiya arasında “Anti-2500” hava hücumundan müdafiə sistemi ilə bağlı heç bir razılaşma əldə edilməyib. Onun sözlərinə görə, rəsmi Kreml Tehrana iki ölkə arasında bağlanmış müqaviləyə uyğun olaraq təhvil verməli olduğu “S-300” hava hücumundan müdafiə sistemi əvəzinə, “Anti-2500” hava hücumundan müdafiə sistemi təklif etməyib: “İran belə bir şeyi qəti şəkildə qəbul etməyəcək və bununla bağlı hansısa görüş də keçirməyəcək”. Qeyd edək ki, İranın hava məkanının müdafiəsi üçün satılması nəzərdə tutulmuş “S-300” hava hücumundan müdafiə sistemi 2007-ci ildə iki ölkə arasında imzalanmış müqaviləyə əsasən, Tehrana verilməli idi. Ancaq rəsmi Moskva 2010-cu ildə bu sistemi İrana təslim etməkdən boyun qaçırıb. Bu səbəbdən İran müqaviləni birtərəfli qaydada pozduğuna görə Rusiyanın “Rosoboroneksport” şirkətini beynəlxalq məhkəməyə verərək 4 milyard dollar təzminat ödənilməsini istəyir.
Cavidan




 
Bölməyə aid digər xəbərlər
13.11.2018
Hillari Klinton 2020-ci ildə ABŞ prezidentliyinə namizədliyini irəli sürə bilər
12.11.2018
Misirdə sosial şəbəkələrdə yanlış informasiya yayanlar cəzalanacaq
11.11.2018
Türkiyə HHQ İraqın şimalında 14 terrorçunu məhv edib
11.11.2018
İranın xarici işlər nazirinin maraqlı “tviti”
10.11.2018
Angela Merkel antisemitizmin artmasına görə narahatdır

Şərh əlavə olunmayıb



    ,    
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Mehriban Nəsib
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10457

1 İncəsənət dünyaya sülh gətirir
2 İsveçdə Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şurası yaradılıb
3 “Universitet müəllimi 30-40 il əvvəl qazandığı bilik və metodlarla auditoriyaya girməməlidir”
4 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
5 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info