İranla Suriya arasında 3,6 milyard dollarlıq müqavilə imzalanıb
Tarix: 01.08.2013 | Saat: 23:05:00 | E-mail | Çapa göndər


BMT Suriyada kimyəvi silahlardan istifadə faktlarını araşdırmaq üçün yaxın vaxtlarda bu ölkəyə missiya göndərəcək. Missiya Suriyada konkret olaraq kimyəvi silahdan istifadə olunmasına dair üç insidenti
araşdıracaq.


BMT-nin Yaxın Şərqdə sülh prosesi üzrə xüsusi əlaqələndirici Robert Serri bildirib ki, təşkilatın baş katibi Pan Gi Mun artıq 13 insident barədə məlumat alıb, Rusiya isə bir insident üzrə öz təhlilini təqdim edib. Həmin təhlildə qeyd olunur ki, bu ilin martın 19-da Suriyanın Hələb vilayətində yerləşən Xan əl-Əsəl qəsəbəsində münaqişə tərəfləri kimyəvi silahdan istifadə ediblər. Nəticədə 26 nəfər həlak olub, 86 nəfər isə müxtəlif dərəcəli xəsarətlər alıb. Bu arada İranla Suriya arasında yeni müqavilə imzalanıb. Saziş rəsmi Tehranın Dəməşqə 3,6 mlrd. dollar dəyərində neft ixracını özündə ehtiva edir. Bunun qarşılığında İrana Suriyada əvəzsiz ticarət etmək və müxtəlif sahələrə investisiya qoymaq hüququ verilib. Müqavilə İran Mərkəzi Bankının sədri Mahmud Bəhməni və Suriya Mərkəzi Bankının sədri Ədib Miyalə arasında imzalanıb. Sazişin imzalanması İranın neft naziri Rüstəm Qasımi ilə suriyalı həmkarı Süleyman Abbasın görüşündən bir gün sonraya təsadüf edib. “Şərq əl-Əvsət” qəzetinin yazdığına görə, İran Suriyanı neft-kimya məhsulları ilə təmin etmək niyyətindədir. İki ölkənin neft nazirlərinin görüşündə də İran qazının İraq üzərindən Suriyaya ixrac edilməsi məsələsi ilə bağlı da razılıq əldə edildiyi bildirilir.




 
Bölməyə aid digər xəbərlər
25.09.2018
Roma Papası Latviyada səfərdədir
25.09.2018
Mərkəzi Asiyada ilk beynəlxalq turizm universiteti Astanada açılacaq
25.09.2018
PKK başçısının yaxın silahdaşı həbs olunub
24.09.2018
Moldova Konstitusiya Məhkəməsi Dodonun səlahiyyətlərini müvəqqəti dayandırlb
24.09.2018
Şoyqu açıqladı: Rusiya Suriyaya S-300 kompleksləri göndərir

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10139

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Yalnızlıq qorxusu
4 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info