“Siyasi təcrübəsi olmayan şəxsi namizəd seçmək anormallıqdır”
Tarix: 01.08.2013 | Saat: 23:20:00 | E-mail | Çapa göndər


“Milli şura”nın Tiflis toplantısından sonra müxalifət liderləri arasında olan narazılıqlar daha da böyüyüb. Buna səbəb prezident seçkilərinə qısa zaman qalmasına baxmayaraq müxalifətin özlərinə vahid namizəd seçdikləri Rüstəm İbrahimbəyovun hələ də ölkəyə gəlmək istəməməsidir. O, seçkilər üçün qeyri-ciddi bir insan olduğunu Tiflis toplantısında bir daha sübut etdi.
Siyasi şərhçi Qabil Hüseynli “Palitra”ya verdiyi açıqlamada “milli şura” və onun sədrinin son addımlarının anlaşılmaz olduğunu söylədi. O, müxalifət liderlərinin özlərinə heç bir siyasi təcrübəsi olmayan bir şəxsi vahid namizəd seçməsini də anormal hal saydı: “Putinin Azərbayacana gəlmək haqqında qərar verməsi Rüstəm İbrahimbəyovun planlarını alt-üst edib. Onun pasportla bağlı olan məsələləri o qədər də əhəmiyyətli deyil. Yəni, İbrahimbəyovun fikrində ciddilik olsaydı o bunu çoxdan etməli idi ki, indi həmin narazılıq yaradan məsələlərlə baş-başa qalmasın. Çünki, o yaxşı bilirdi ki, prezidentliyə namizəd olan şəxsin ikili vətəndaşlığı olmamalıdır. Bu məsələnin bir tərəfidir. Digər tərəfdən onun anormal bəyanatları da qıcıq doğurur. İbrahimbəyov deyir ki, mənim yaradıcılıq və bizneslə bağlı başqa işlərim də olur. Ora-bura çağırırlar, vaxt məhdudluğu yaranır. Burada da işlər çoxdur axı... Çünki “milli şura”nın vahid namizədi və sədri həm quruma rəhbərlik etməlidir, həm də seçkiqabağı bir sıra prosesləri-imzatoplama kampaniyasından tutmuş seçki qərargahının yaradılmasına qədər irimiqyaslı işləri həyata keçirmək lazımdır. İrahimbəyovun ölkədə yoxluğu şəraitində bu işlərin uğurla görüləcəyinə təminat yoxdur. Onun Bakıya qayıdıb qayıtmayacağına da heç zəmanət yoxdur. Bu isə o deməkdir ki, “milli şura” seçkiqabağı yerində sayır.”
Qabil Hüseynli deyir ki, “milli şura”nın əsas fiqurlarından sayılan Rəsul Quliyev də “milli şura”da heç bir işin görülməməsindən gileylənmişdi. Politoloq onu da vurğuladı ki, seçkiqabağı təbliğatların da aparılmaması qurumda çatların yaranmasından xəbər verir: “Milli şura”nın seçki platformasını insanlara çatdırılması ilə bağlı planlar da tutulmayıb. Bütün bunlar onu göstərdi ki, İbrahimbəyov bu işlərin öhdəsindən gələ biləcək adam deyil. Bu yaşda belə məsuliyyətli və çox işin öhdəsindən gəlmək qeyri-mümkündür. Üstəlik də onun namizədliyinin qeydə alınması məsələsində böyük sual işarəsi durur. Seçki qanunvericiliyinin ən azı dörd maddəsi onun namizdəliyinin qeydə alınmasının əleyhinədir. Belə bir şəraitdə İbrahimbəyov faktoru qısa müddətdə müxalifəti birləşdirən faktor rolunu oynadısa, indi bu düşərgəni ayıran amilə çevrilməyə başlayıb. Bir müddətdən sonra bu faktorlar daha qabarıq şəkildə özünü göstərəcək”. Qabil Hüseynli deyir ki, İbrahimbəyov yaxın günlərdə ölkəyə gəlməyəcəyi təqdirdə “milli şura” ciddi dilemma qarşısında qalacaq. Bu isə kifayət qədər real görünür: “Ya yeni namizəd irəli sürülməlidir, ya da seçkiləri boykot eləməyə çalışacaqlar. Bir qrup şəxslər-indiyə kimi birləşmək uğrunda çıxışlar edən adamlar başlayacaqlar seçkilərin boykot edilməsi çağırışına. Beləliklə, müxalifətin elektoral bazasının əriməsinin əsas səbəbi belə tərəddüdlər və qeyri-ardıcıllıqlar olacaq. Nəyə görə bunlar özləri birləşə bilmirlər, amma Pənah Hüseyn demişkən, özlərinin rejissoru olmadıqları oyuna həvəslə qatılırlar? Müxalifət liderlərinin bu, ciddi səhvi oldu. Bu səhf seçkilərdə onların imicinə tutarlı zərbə vuracaq. İbrahimbəyovun yağlı vədindən şirniklənərək dərhal bir araya gəlməyin sonu belə də olmalı idi. Bütün bunlar siyasi məsuliyyət yaradır ki, bu da bəzi şəxslərin tərcümeyi-halında ciddi rol oynayacaq.”

Tural




 
Bölməyə aid digər xəbərlər
15.06.2019
15 iyun - Müstəqilliyimizi şərəfləndirən şanlı tarix
15.06.2019
Birinci vitse-prezident Mehriban Əliyeva: Əsas hədəfimiz, savadlı və müasir düşüncəli gəncliyin yetişməsidir
15.06.2019
“Azərxalça”nın filiallarında Milli Qurtuluş Günü qeyd olunub
15.06.2019
Həlimə Əliyevanın cənazəsi Kələkiyə göndərildi: Prezident xüsusi təyyarə ayırıb
15.06.2019
Dövlətin və cəmiyyətin Qurtuluşu: Ulu Öndərin tarixi xilaskarlıq missiyası

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10805

1 Naxçıvanda “Cavidşünaslıq” oncildliyinin təqdimatı olub
2 Rufiz Qonaqov: Xəzəryanı ölkələrin xalqları arasında dostluq və əməkdaşlıq platformaları əhəmiyyətlidir
3 “Aa.com.tr”: “2020-ci ilə qədər Azərbaycan qazının Avropa bazarlarına çatması gözlənilir”
4 Ermənilərin təyyarəmizi vurmaq cəhdi uğursuzluqla nəticələnib - VİDEO
5 Çilidə güclü zəlzələ olub


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info