“İsa Qəmbərin namizədliyi qüvvədə qalır”
Tarix: 01.08.2013 | Saat: 23:21:00 | E-mail | Çapa göndər


Tiflisdə “milli şura” üzvlərinin Rüstəm İbrahimbəyovla görüşündən sonra Müsavat başqanı İsa Qəmbərin İbrahimbəyovla ayrıca görüş keçirməsi diqqət çəkən məqam oldu. Mətbuata qapalı keçirilən təkbətək görüşdə hansı məsələlərin müzakirə olunduğu bəlli olmadı.
Onu da qeyd edək ki, “milli şura”nın “Tiflis sammiti”nə qədər Müsavat başqanının prezidentliyə namizədliyi ətrafında qaynar müzakirələr gedirdi. Müsavat funksionerləri İsa Qəmbərin namizədliyinin qüvvədə qaldığını israrla bəyan etsələr də, “milli şura” üzvləri buna qarşı çıxaraq etirazlarını bildirirdilər. İsa bəyin namizədliyinin qüvvədə qalıb-qalmadığına son nöqtənin Tiflisdə qoyulacağı gözlənilirdi. Xüsusən də “milli şura”nın iki aparıcı liderinin - İsa Qəmbər və Rüstəm İbrahimbəyovun təkbətək görüşündə alternativ namizəd məsələsinin müzakirə olunacağı gözlənilirdi. Liderlərin son qərarı açıqlanmasa da İsa Qəmbərin namizədliyinin qüvvədə qalacağı bəlli oldu. Belə ki, sosial şəbəkələrdə açılan müzakirələrdən bəlli oldu ki, Müsavat başqanının müavini Gülağa Aslanlı verdiyi açıqlamasında İsa Qəmbərin namizədliyinin bundan sonra da qüvvədə qalacağını bəyan edib. Partiya rəsmisinin sözlərinə görə, Müsavat Divanı İsa Qəmbərlə Rüstəm İbrahimbəyovun görüşü ilə bağlı toplanacaq: “İsa bəylə Rüstəm İbrahimbəyovun görüşünün təfərrüatlarından xəbərsizik. Əgər İsa Qəmbər deyirsə ki, o, bu görüşdən razı qaldı, deməli Müsavat Partiyasını narahat edən suallara cavab tapılıb. Başqanla görüşüb bu barədə danışacağıq. Müsavat Divanında İsa bəyin bu görüşü müzakirə olunacaq. Nə qədər ki, Rüstəm İbrahimbəyov Azərbaycana gəlməyib, nə qədər ki, onun sənəd problemləri həll edilməyib. İsa Qəmbərin namizədliyi qüvvədə qalır. Ehtiyat variant kimi bu, qüvvədə qalacaq”-deyə Gülağa Aslanlı qeyd edib. Buradan bir daha görünür ki, Müsavat partiyası “milli şura”da son günlərini yaşayır. İsa Qəmbərin seçkilərə namizəd kimi qatılacağı isə İbrahimbəyovla görüşdən sonra bir daha bəyan olundu.

Tural




 
Bölməyə aid digər xəbərlər
19.01.2019
“The Washington Times“: Müstəqil Azərbaycan 20 Yanvar faciəsinin qurbanlarının xatirəsi üçün ən yaxşı dəyərdir
19.01.2019
Bakıdakı 5 saylı “ASAN xidmət” mərkəzinin fəaliyyəti Zimbabve Prezidentində böyük maraq doğurub
18.01.2019
Azərbaycanın müstəqil siyasətinə heç bir kənar qüvvə təsir edə bilməyəcək
18.01.2019
TÜRKSAM: “Azərbaycanın regionda dəyəri artır”
18.01.2019
Rusiya XİN-dəki ermənipərəstlər Rusiya-Azərbaycan əlaqələrindən narahatdır

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10565

1 Ukraynada oxucuların rəğbətini qazanan azərbaycanlı yazıçı
2 Struktur dəyişiklikləri dövlət idarəçiliyinin təkmilləşdirilməsini nəzərdə tutur
3 Hüseyn Babayev AAF-ın vitse-prezidenti təyin edilib
4 Dərslər təxirə salındı
5 Nikola Sarkozi: “Bakıda böyük quruculuq işlərinin şahidi oldum”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info