“Tiflis görüşü müxalifətin bu seçkidə də məğlubiyyətə uğrayacağını göstərdi”
Tarix: 01.08.2013 | Saat: 23:26:00 | E-mail | Çapa göndər


Millət vəkili, Yeni Azərbaycan Partiyası (YAP) Siyasi Şurasının üzvü Aydın Mirzəzadə müxalifətin Tiflis toplantısı haqda maraqlı fikirlər səsləndirib. Aydın Mirzəzadə sosial şəbəkələrdə yayımladığı yazısında Tiflis görüşünün müxalifətin pat vəziyyətinin saxlanmasına qərar verdiyini deyib:
“Radikal müxalifət liderlərinin bu günlərdə Gürcüstanın paytaxtı Tiflis şəhərində keçirdiyi görüş siyasi analitiklər üçün müəyyən maraq doğurdu. Bu ilin payızında keçirilən prezident seçkisində iştirak edəcək qüvvələrdən birinin strategiyası onun fəaliyyətini qiymətləndirməyə imkan verirdi. Görüşün nəticələri barədə müxtəlif proqnozlar verilsə də, onun nəticəsiz başa çatacağı gözlənilən idi. Radikalların seçkiqabağı yaratdıqları “milli şura”nın prezidentliyə namizədi Rüstəm İbrahimbəyov yenə də situasiyanı həll edə bilmədi. Onun Bakıya dönməsi mövzusu cəmiyyət üçün maraqlı olmadığı, bu amildən istifadənin heç bir səmərə verməyəcəyi başa düşüldü. Yenə müxalifətin sosial bazası “milli şura”nın seçki ilə bağlı nə addım atacağı barədə suala cavab ala bilmədi. Ehtiyat namizəd variantının müzakirə edilib-edilmədiyi isə qaranlıq qaldı. Müsavat Partiyasının başqanı İsa Qəmbərin İbrahimbəyovla ayrıca görüşü isə tərəflərin hələ də bir-birinə inam bəsləmədiklərini və özləri üçün əlverişli situasiyanı gözlədikləri üzə çıxdı”.
Aydın Mirzəzadə deyir ki, radikalların Tiflis görüşü onların əslində seçkidə iştirak etməmək istəyini üzə çıxardı. Müxalifətin digər cinahları aktiv surətdə seçki məsələləri ilə məşğul olduqları və tərəfdarları ilə iş apardıqları halda, radikallar hələ də "pasport sindromundan" əziyyət çəkirlər. Onların cəmiyyətin problemlərinin həllinə dair proqramlarının olmaması isə üzdə olan ciddi faktorlardan biridir: “Tiflis görüşü müxalifətin bu seçkidə də ciddi məğlubiyyətə uğrayacağı və daxili çəkişmələrdən azad olmadığını göstərdi. 2013-cü il seçkisində onlar yeni seçki texnologiyası tətbiq etməyə çalışsalar da, onun uğursuzluğu bariz görünür. Daxili məzmunu dəyişmədən, cəmiyyətin əhval-ruhiyyəsini tutmadan uğur qazanmaq qeyri-mümkün olan məsələdir”
Tural




 
Bölməyə aid digər xəbərlər
24.04.2019
Baş Dövlət Yol Polisi İdarəsi vəBakı Beynəlxalq Avtovağzal Kompleksi birgə maarifləndirici tədbir keçirib
23.04.2019
Sumqayıtda yeni yaşayış məskənləri telefonlaşdırılacaq
23.04.2019
Masallı rayonundakı N.Gəncəvi adına 1 nömrəli tam orta məktəbində maraqlı tədbir
23.04.2019
“Qala Sığorta” və “Qala Həyat” tələbələrin sosial layihəsinə dəstək olub
23.04.2019
Prezident Mərdəkan-Qala avtomobil yolunun açılışında iştirak edib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10758

1 Tarixin ibrət dərsləri...
2 Ramiz Mehdiyevin sərəncamı ilə tədbirlər planı təsdiqləndi
3 Ermənistanda daha 400-ə yaxın məmur işdən qovulacaq
4 Gülnar Səmanın kitabının təqdimatı keçiriləcək
5 “Azərbaycan dilinin Orfoqrafiya Normaları” təsdiq edilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info