“Əsas səbəb Ermənistanın işğalçılıq siyasətini davam etdirməsidir”
Tarix: 12.05.2019 | Saat: 17:57:00 | E-mail | Çapa göndər


Azərbaycan Respublikası Prezidenti Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Ermənistanın baş naziri Nikol Paşinyanın atəşkəsin 25 illiyi ilə əlaqədar verdiyi açıqlamanı AZƏRTAC-a şərh edib.
Şöbə müdiri bildirib ki, Ermənistan gücdən istifadə edərək Azərbaycan ərazilərini işğal edib. İşğal olunmuş ərazilərdə bir milyondan artıq azərbaycanlı qanlı etnik təmizləməyə məruz qalıb və 25 ildən artıqdır ki, onlar qaçqın və məcburi köçkün statusunda yaşamaq məcburiyyətindədirlər. Ermənistanın Azərbaycana qarşı təcavüzü, həmçinin mülki insanlara qarşı çoxsaylı hərbi cinayətlərlə müşayiət olunub.
Hikmət Hacıyev vurğulayıb ki, BMT Təhlükəsizlik Şurasının münaqişə ilə əlaqədar qəbul etdiyi dörd qətnamədə Ermənistanın Azərbaycana qarşı gücdən istifadə etməsi pislənilir, ölkəmizin ərazi bütövlüyü və suverenliyi, Dağlıq Qarabağın Azərbaycanın ayrılmaz hissəsi olması bir daha təsdiqlənir, işğalçı qüvvələrin Azərbaycanın işğal olunmuş bütün ərazilərindən dərhal, tam və qeyd-şərtsiz çıxarılması tələb olunur.
“Atəşkəs sülh deyil. Ermənistan rəhbərliyi tərəfindən də etiraf olunur ki, 25 il keçməsinə baxmayaraq, atəşkəs davamlı sülhə çevrilməyib. Bu müddət ərzində atəşkəsin davamlı sülhə çevrilə bilməməsinin əsas səbəbi Ermənistanın işğalçılıq siyasətini davam etdirməsidir”, - deyə H.Hacıyev əlavə edib. O, həmçinin deyib ki, danışıqlar prosesinin formatı dəyişməzdir. Danışıqlar münaqişə tərəfləri olan Ermənistan və Azərbaycan arasında aparılır. Şöbə müdiri diqqətə çatdırıb ki, Ermənistan tərəfi regionda davamlı sülhün təmin olunmasını həqiqətən istəyirsə, mövcud format əsasında danışıqlar prosesində konstruktiv şəkildə iştirak etməli, BMT Təhlükəsizlik Şurasının qətnamələrinin tələblərinə uyğun olaraq öz qoşunlarını Azərbaycanın işğal edilmiş ərazilərindən çıxarmalı, azərbaycanlı məcburi köçkünlərin öz doğma torpaqlarına qayıtmalarına mane olmamalıdır. Yalnız bundan sonra regionda davamlı sülh təmin oluna bilər.




 
Bölməyə aid digər xəbərlər
25.05.2019
İsmayıllıda avtomobil ustaları emalatxanada heroinlə tutuldular
25.05.2019
Binəqədidə doqquzmərtəbəli yaşayış binası yanıb
24.05.2019
Gürcüstan milli çempionatında futbolçular arasında kütləvi dava düşüb
24.05.2019
Qocalar evində 92 yaşlı qadını yastıqla boğub öldürdülər
24.05.2019
“Qədim” ləqəbli narkotacir saxlanılıb

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10787

1 Üç müharibə iştirakçısı olan general-mayor
2 Oqtay Zülfüqarovun uşaq mahnıları müasir aranjemanda səslənəcək
3 “İrəvan quberniyasına aid arxiv materiallarını oxuduqca hiss edirsən ki, buralar döğma torpaqlardır”
4 …Hər sözdə vətən axtaran soydaşımız
5 Erməni əsilli gimnast: Mxitaryanın yerində olsaydım, komandamla birgə Bakıya gələrdim


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info